Ana səhifə Əlaqə          בס"ד
Radio Sarı Gəlin
non-stop
Azərbaycan musiqisi







Elanlar

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Webmoney

Hörmətli qonaqlar!
Bizim layihəmiz qeyri komersial və digər reklamlardan istifadə etmir. Buna görə də, biz Sizin maddi köməyinizə ehtiyac duyuruq.
Əgər Sizdə bizim layihəmizə necəsə kömək etmək istək varsa, Sizə minnətdar olardıq. Bütün yığılan vasitələr serverin ödəməsinə xərclənəcək.
Hesabımız:
Z246503364336

Harada ödəmək
(Dünya üzrə ödəmə məntəqələri)

Rəsmi syatlar

Qonaqlar

Flag Counter


Yəhudi təqvimi



Partnyorlar

Ulpan Moiz

Международная Ассоциация Израиль-Азербайджан

Şalom Gazetesi | Haftalık Siyasi ve Kültürel Gazete

РИЗВАН ГУСЕЙНОВ

1905.az - Genocide 1905

Архитектурная мастерская Ильгара Алиева

Hasturk

Təqvim

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

Roş ha-Şana

Roş ha-Şana, bir tərəfdən Yeni İlin qeyd olunduğu bir gün, digər tərəfdən də bir mühakimə günü olması səbəbiylə bir parodoksdur.Və niyə yeni ilin ilk günündə mühakimə olunuruq? Keçmiş ilin sonunda mühakimə olunmağımız daha uyğun deyilmi? Bütün bu ziddiyyətli vəziyyətlər daha dərin bir araşdırma tələb edir.
MƏNƏVİ ENERJİ
Roş ha-Şana günündə hansı tarixi hadisə reallaşmışdır? Hər hansı bir anını qeyd edir bilirikmi? Tişri ayının birindəki enerji nədir?
Roş ha-Şana dualarında bunları söyləyirik: "Bu gün yaradılışının başlanğıc günüdür, ilk günün yadasalınması... Bu gün dünya anlayışının yaradıldığı gündür."
Ənənələr bizə bu gündə Adəm 'ın yaradıldığını söyləyir.Əslində, Tanrı bu gündə dünyanın planını yəni dünya konsepsiyasını yaratmışdır.Roş ha-Şana yeni bir anlayışın, təkrar yaratmaq və yeni bir plana sahib olma günüdür.
Hər il əldə edilən enerji elə bu enerjidir.
Hər Roş ha-Şanada yaradılış öncəsini təkrar yaşamaqdayıq.Yenidən əsas dünyanın planlaşdırılması... Bu günün dualarında peşmanlıqdan, günahlardan bəhs edilməz.Çünki bu gün təkrar yaratıldığımızdan, peşmanlıq duyulacaq keçmiş yoxdur.
İvritcədə ilin qarşılığı olan Şana sözünün iki mənası daha var: Təkrarlamaq və dəyişmək.
YENİ PLAN
Tanrı, dünyanı və bütün varlıqları bu gündə, yeni ilin şərtlərini, statuslarını və varoluşlarının dəyərini təyin mühakimə edir.Biz "yeni" olduğumuza görə, bu məhkəmə keçmişimizə bağlı deyilsə, o halda nəyə bağlıdır? Tanrı bizim Hayat Kitabına yazılıb yazılmayacağımıza necə qərar verir?
Tanrı, bu gündə gələcək üçün bir plan hazırlamış və Allahın Krallığında aktiv olma istəyinə sahib olmamızı gözləməkdədir. Mühakiməmiz buna bağlıdır.
Keçmiş məhdudiyyətlərdən özümüzü qurtararaq, yeni plana sahib olma istəyiylə, gərək fərdi gərəksə millət olaraq, həyatı seçərək, yeni ildə "Həyat Kitabına" yazılmağımıza çalışaq.
Sofarın mənası
Roş ha-Şanada çslınsn Sofardan üç fərqli səs eşidilər:
Tekia - düz və uzun bir səs
Şevarim - orta uzunluqda üç səs
Terua - bir-birini izləyən qısa və güclü on səs...
Bu Sofar səslərinin Roş ha-Şananın fərqli mövzularını necə əhatə etdiyini araşdıraq:
TEKİA SƏSİ
Roş ha-Şana Tanrının hakimiyyətinin elan edildiyi gündür.Allah yenilməz qüvvət sahibi, Tanrı Yaradandır, Tanrı qoruyandır, Tanrı Nəzarət edəndir.Qısaca, Tanrı Kainatın yaardıcısı və kralıdır.
Ancaq çoxumuzun ağılında "Kral" üçün, öz eqoist məqsədləri üçün Emrindəkiləri əzən, acgöz və güc ehtirasına sahib despot bir imic vardır.
Yəhudi ənənələrinə görə isə, kral xalqın ən qabaqda gələn hizmətkarıdır.Onu tək maraqlandıran şey xalqının xoşbəxtlik və uyğunlaşma içində yaşamasıdır.Onun əmrləri və qərarları özü üçün deyil, yalnız xalqın yaxşılığı üçündür. (Maymonides, Kralların qanunları 2:6)
Roş ha-Şananın məqsədi Tanrını Kralımız olaraq qəbul etməkdir.Tekia-düz və uzun sofar səsi - Kralın tac geymə mərasiminin səsi olub, bizə və dünyaya Tanrının Kralımız olduğunu elan etməkdədir. Öz dəyərlərimizi bir tərəfə buraxaraq Tanrının dünyanı idarə edən olduğu gerçəyinə geri dönərik.Tarixi istiqamətləndirən, dağları hərəkət etdirən və hər kəslə ayrı-ayrı şəxsən maraqlananlanan odur.
Maymonides bir əhəmiyyətli xüsusiyyət daha əlavə edir: Tanrının yalnız Mənim Kralım olması kafi deyildir.Əğər BÜTÜN insanlıq Tanrını Kral olaraq tanımasanız, mənimlə Tanrı arasındakı əlaqəmdə əskik bir şey qalacaqdır.Tanrıya olan sevgimizin bir yanı da bütün insanların Onu tanımalarında yol göstərici olmaqdır. Bu da mənim başqalarına hiss etdiyimi dərin sevginin bir ifadəsidir.
ŞEVARİM SƏSİ
Keçmiş il haqqında düşündüyümüzdə, bütün potansiyalımızı istifadə etmə mövzusunda müvəffəqiyyətsiz olduğumuzu bilir və gələcək il, bu fürsəti qaçırmamaq istəyərik. Kabalaya görə, Şevarim - üç yalvarış səsinin - bağlanma, inkişaf, bacarma istəyiylə dolu Yəhudi ürəyinin hıçqırıqlarla ağlama səsini işarələyir.
Hər adamın dəyişmə və böyük olma qabiliyyəti vardır.Xəyal etdiyinizdən daha sürətli müvəffəqiyyətə çata bilərsiniz. Bunun açarı Tanrıya içdən dua edərək böyümə üçün lazımlı qabiliyyəti istəməkdir Çox böyük potansiyala sahib olduğunuzu bilin və keçmişin təzyiqindən xilas olun.
Sofarın çalındığı an, ruhumuzun dərinliklərindən Tanrıya yalvarırıq.Bu an - Tanrının qarşısında heç bir maneə olmadan ruhlarımızın dayandığı və həqiqətən irəliyə gidəbildiyimiz andır.
TERUA SƏSİ
Roş ha-Şanada, həyatımız haqqında obyektiv və dürüst olmağa və oyandırılmağa ehtiyacımız vardır: Kim olduğumuz, harada var olduğumuz, və hansı istiqamətə yənləndiyimiz. Terua sesi - bir-birini izləyən 10 qısa güclü səs-saat zənginə bənzəyir və yatan manəviyyatımızı oyandırır.
Talmud belə deyir: "Aşağıda məhkəmə varsa, yuxarıdan bir mühakiməyə ehtiyac yoxdur." Bunun mənası, keçmişdə nə üçün əskik qaldığımızı anlayıb, gələcəkdə dəyişdirməmiz lazım olanlar üçün zaman ayırdığımızda, onsuz da bildiyimiz bir şey üçün Tanrı 'nın bizi "oyandırmasına" ehtiyacımız olmayacağıdır.
Tanrı bizə verdiyi hədiyyələri ən yüksək dərəcəyə çıxarmaq üçün içdən bir səy göstərməmizi istəyir.Sizdən sahib olmadığınız bir şey gözlənilmir.
Təması itirməyimizə və səhvlər etməyimizin səbəbi hər gün təkrar əlaqəni qurmağa zaman ayırmamağımızdır. Həlli isə hər gün özümüzdən bu sualı soruşmaqdır: Doğru yola bağlandımmı ? Nəticədə həyatımda və dünyada böyük dəyişikliklər edəcək məqsədləri izləyirəmmi?
Özünüzlə hesablaşma vərdişinə sahib olduöunuzda, Roş-Asana gəldiyi zaman, Sofarın sesinin şokunu hiss etməyəcəksiniz!
Niyə Hökm
Yəhudiliyin görə, Roş ha-Şananın bir yeni il günü olması ilə birlikdə, Hökm Günü olaraq da bilinir. Bu hadisəni bizə bildirməsi üçün Tövratya ehtiyac hiss etməyimiz belə, bu bayramın əvəz edilməzliyinin bir göstəricisidir.
Tövratda, o biri Yəhudi bayramlarının keçmişləri və məqsədlərinə əlaqədar şərhlər var; bəziləri haqqında genis söz edilir, bəziləri haqqında isə bir neçə dəfə söz edilir. Halbuki Tövratda Roş ha-Şananın məqsədi və niyyəti əlaqədar olaraq yalnız balaca bir ipucu vardır.
Tanrı Moşeyə danışdı və belə dedi: Bene İsrail'ə belə danış: Yeddinci ayın ilk günü, sizin üçün bir iş buraxma günü - xatırlama [və sofar] sesi [yoldaşlığında] bir bayram olacaq. (Vayikra 23:24)
Bu hissənin, üstü örtülü bir dillə hökm günündən söz etdiyini ancaq hahamların şərhləri və Şifahi Tövratın sayəsində anlaya bilirik. Bu oxuyacağınız yazının mövzusu da, burada sözü keçən hökmlə əlaqədar ipucunu nə cür açıqca göürünməsidir. Niyə Tora bizə o biri bayramları izah edirdə, bu bayramın məna və əhəmiyyətini açıqlamamış ola bilər?
Ramban - Nahmanides'in şagirdlərindən və Tövratın məşhur şərhçilərindən biri olan Rabenu Bahıe, belə yazmışdır:
Yom Kipur'la sona çatan onuncu günün ilki sayılan, ayın birinci günündə (yəni, yeddinci ayın-Tişri - birinci günü olan Roş Aşana və eyni zamanda On Teşuva Gününün başlanğıcı) eynilə o biri uca mövzularla əlaqədar sirləri gizlədiyi şəkildə, Tövratın gizli tutması lazım olan bir sirr yatmaqdadır. Buna görə Tövratda əsla, ruhların dünyası ilə bağlı şərhlər edilməz, yalnız üstü bağlı göstərişlər verilir, çünki Tora yalnız seçilmiş bir seqmentə deyil, bütün Yəhudi cəmiyyətinə verilmişdir və bu dünyanın həqiqi təbiəti, seçkinlər  tərəfindən belə tam olaraq qavranamamışkən, bunun geniş xalq kütlələri arasında necə qəbul ediləcəyini bir düşünün. 
Yəni Rosh Asana, sıravi insanların düşüncələrinin elə üstündə bir səviyyədə yer alır kı, açıq-aydın deyilə bilməz, yalnız üstü bağlı bir şəkildə söz edilə bilər. Bunu bizə açıqlamaq, eynilə oda yad olan və suda yaşayan balıqlar kimi, tamamilə xarici olduğumuz ruhlar dünyasına girməyimiz mənasını verir. Fanilərə Roş ha-Şananın nə demək olduğunu şərhinə çalışmaq, balıqlara atəşi izah etməyə bənzəyir!
Yaxşı amma niyə?
RUHUN DÜNYASI
Heç şübhəsiz biz ölümlülər, mühakiməyə çağırılmağın nə demək olduğunu bilirik.Məhkəmələrə və hökmlərə dostuq, qanunlara və qanunlara əməl edirik.Hamımız Tövratın içində iştirak edən əmrlərin, Allahın əmrləri, yəni riayət edilməsi lazım olan qanunlar olduqlarını bilirik.Bu əmrlərə uyanlar mükafatlandırılmalı, qarşı gələnlərsə caydırılıb, cəzalandırılmalıdır; və onlara lazım olduğu şəkildə riayət edilməsi üçün, davamlı qiymətləndirmələr edilməsi lazımdır. Yaxşı amma bütün bunların ruhun dünyası haqqında ətraflı məlumat sahibi olmaqla nə cür bir əlaqəsi ola bilər?
Açıqca görünən bu ki, Rabenu Bahay'a görə, Roş ha-Şananın təmsil etdiyi məhkəmə növü bu deyil. Sirrin səbəbi, Roş ha-Şananın ruhların hökmü ilə, yəni tamamilə fərqli bir üsulla olan əlaqəsi ola bilər. Yaxşı amma bu, necə mümkün ola bilər? Oxuduğumuz gündüz duasından, Roş ha-Şananın bu dünyadakı hadisələrlə əlaqədar olduğunu bilirik:
Bu gün, ölkələr haqqında, kimin döyüşüb, kimin sülh içində yaşayacağına, kimin aclıq çəkib, kimin bolluq içində yaşayacağına qərar veriləcək; və bütün varlıqlar həyatda və ölümdə bunları xatırlamağa çağırılacaqlar. (Musaf duası)
Çəkinin bu dünyadan köç edib, neçəsinin yaradılacağı Roş ha-Şanada yazılıb, Yom Kipur'da möhürlənəcək; kimin yaşayıb, kimin öləcəyi; kimin əvvəldən təyin edilən zamanda ölüb, kimin vaxtından əvvəl öləcəyi... (Nesane Tokef duası)
Yaxşı amma bütün bunların ruhlar dünyası ilə nə cür bir əlaqəsi ola bilər?
Haham Kruspedoy, Haham Yohanan adına bunları öyrətmişdi: "Roş ha-Şanada üç kitab açılar, biri ruhunda pislik bəsləyən kitabıdır, o birisi dürüstük kitabıdır, üçüncüsü isə ikisinin arasında kitabıdır. Dürüst və ədalətli olanların adları, həyat kitabına yazılıb, dərhal möhürlənir, pis ruhluların adları , ölüm kitabına yazılıb, dərhal möhürlənir, aradakılarin adları isə Roş ha-Şanadan, Yom Kipur'a qədər təxirə salınar. Layiq olsalar, adları yaşayanlar arasında iştirak edər, əks halda öləcəklər arasında iştirak edərlər." (Rosh Asana, 16b)
Tosfot dərhal bunu soruşar: Üçüncü kitab aradakıların kitabıysa, bunun mənası, bu səviyyədən azca xaricində qalan insanların, qətiliklə dürüst və ya qətiliklə pis olaraq qruplaşdırılmasıdır. Əvvəlcə, niyə belə olması lazımdır? Necə olar da, qətiliklə yaxşı ya da qətiliklə pis olan insanlar arada qalanların bir üst və ya alt sinifini meydana gətirir ola bilirlir? Üstəlik, fərdi təcrübələrimizə görə bu doğru deyil - ədalətli və dürüst insanlar ölərkən, pislər əksəriyyətlə müvəffəqiyyətli olurlar.
Pisi və yaxşını, ən sadə söz mənalarında qavraya bilsəydik, bu fərqlilikdən narahatlıq duymazdıq; çünki qüsursuz insanların sonsuza qədər yaşayacaqlarını bilərdik, halbuki bu insanlar arada qalanlarla davamlı müqayisə olunduqları üçün, bunun əsla gərçəkləşməyəcəyinin fərqindəyik  və buna görə də Haham Yuhanan'ın ifadəsini səhv olaraq deyə bilərik - təcrübələrimə bizə bunun əksini isbat edir.
Tosfot bu sualı belə cavablayır: Tövratın sözünü etdiyi həyatla ölüm, bu dünyadakı deyil, o biri dünyadakı həyatla ölümdür.
YENİ SUALLAR
Halbuki bu cavab, yeni suallar meydana gətiri.Tosfot nə demək istəyir? Heç şübhəsiz, Tosfot'u yazanlar, dua mətnləri və Rosh Asana hökmünün bu dünyayla əlaqədar olduğunu bildirən, hahamların ortaq fikirlərini ən az bizlər qədər yaxşı bilirdilər. Üstəlik dəlilləri, başqa məlumatlarla arasında ziddiyyətin olmasına yanında, çox bir məna da ifadə etmir.Bir insanı hələ ölmədən, O biri Dünyanın qanunlarına görə mühakimə qeyri-mümkündür.İnsanlar ölənə qədər azad bir iradəyə sahibdirlər və dəyişə bilər.Bir insanın, o biri dünyaya köç etdiyində, ədalətli, yoxsa pis ruhlu mu olacağına Rosh Asana günündə necə qərar verilir?
Rosh Asana hökmü, əlbəttə ki, bu dünyayla əlaqədar bir hökmdür.Amma ilahi ədalət, qərarını, insanın gələcəkdəki vəziyyətinə görə verir. Hər şey Tövratın, Tosefos tərəfindən sitat gətirilmiş sətirlərində sözü edildiyi kimi keçir:
Hər kimin ki, günahdan çox fəziləti varsa, ona Tövratın qəsdən yandırmış bir insana verilən fəlakətlərlə dolu bir həyat verilir və hər kimin ki, fəzilətdən çox günahı varsa, ona da Tövratın hər sözünü əzbərdən bilən bir insana bağışlanan rəfah dolu bir həyat verilir . (Talmud, Kiduşin 39b)
İlahi ədalət, əsla tək başına dünyayla maraqlanmaz.Bədəndən çox, ruha yönəlmişdir. O biri Dünyada yaşamasına qərar verilən bir ruh, oraya qətiliklə ədalətli bir şəkildə gəlməlidir. Yalnız dürüst və ərdəmli olanların adları Həyat Kitabında iştirak edir.Yaxşı ya ruh bu cür saf deyilsə?
Ruhu Təmizləmək
Roş ha-Şanada, ruhu təmizləmə qərarı alınır.Ruh, ağrıya həssas olan bədənə iztirab çəkdirərək arındırılır.Digər tərəfdən, o biri dünyada həyatına davam etməyəcək bir ruhun, bu mərhələdə acı çəkməsinə ehtiyac yoxdur.Əksinə, bu dünyadakı fəziləti üçün mükafatlandırılmalıdır, nə də olsa adı, pis ruhlu insanlarla birlikdə Ölüm Kitabında yer alacaqdır.Beləcə o biri dünyaya, bütün fəzilətələrinin qarşılığı verilmiş, geriyə yalnız günahları qalmış halda gedəcəkdir.
Rosh Asana günündə,digər Dünyayla əlaqədar son bir qərar verilemediyi kimi, eyni şəkildə bir insan ölənə qədər onun haqqında qəti bir mühakimə edilməz, çünki insanlar yaşadıqca, dəyişmək üçün azad iradə gücünə sahibdirlər, kənar yandan insanın izlədiyi yolun doğru olub olmadığı haqqında müvəqqəti bir tərif gətirilə bilər . Və insanın bu dünyada yaşadığı müddətcə, özünü necə bir həyatın gözlədiyi, bu müvəqqəti tərifdən asılıdır.
Ruhun gedişatı doğru yöndədirsə , mənəvi problemlərini həll edib , mənəvi saflığa çata bilsin  deyə, ona dünyəvi dərdlər və kədərlər verərək köməkçi olmaq lazımdır.Ruhun gedişatı səhv yöndəysə, ona dərdlər və kədərlər vermənin heç bir mənası yoxdur, aid olmadığı mənəvi dünyayla maraq heç bir haqq iddia edə bilməməsi üçün, ona verilməsi lazım olan tək şey rifah və dinclik dolu bir həyatdır.
Roş ha-Şanada özünə nə cür bir həyat verilmiş olursa olsun, hər iki vəziyyətdə də insan, ruhunun gedişatını yaxşı ya da pis istiqamətdə dəyişdirmə azadlığına malikdir.Yenə də, həyatınızdakı hadisələr sizi müəyyən bir istiqamətə doğru itələdiyində, hədəfinizə çatmanız asanlaşar.Roş ha-Şanada verilən hökm, insanın izlədiyi istiqamətdə göstərdiyi qərarlılıq və İlahi Təkdir'in, bu yolda irəliləyərkən özünə göstərdiyi köməklə əlaqədardır.
Əslində Roş ha-Şanayı, o günə qədər edilən işlərin qiymətləndirilməsi mənasında, bir "investisiya araşdırması" olaraq görmək daha doğru olardı.
Adəmin Yaradılışının İldönümü
Rosh Asana, Adəmın yaradıldığı günün ildönümüdür. Insanoğluna böyük nisbətdə ilahi güc və düşüncə xərclənib.Bütün kainat, saysız qalaktika və ulduzlar, gərək maddi, istərsə də mənəvi bütün kompleks həyat növləri, insanoğlunun uyğun bir mühitdə yaşayıb, fiziki və ruhi inkişafını tamamlaması və nəticədə  mükafatlandırlması üçün yaradıldı.Böyük investisiyalar, davamlı araşdırma və qiymətləndirmələr tələb edir. 
Bu vəziyyət, Roş ha-Şanada oxuduğumuz duaların qeyri adiliyini şərh etməyə kifayətdir.
Bu dualar, Roş ha-Şananın məna və əhəmiyyətini qavramış olan biz Yəhudi Cəmiyyətinin üzvlərinin oxuması üçün yazıldı. Ölümlə həyat arasında gerçək bir hökmlə qarşı-qarşıya isək, elə isə Roş ha-Şanada oxuduğumuz Şemoneh Esrey duasında, bu mövzudan niyə bu qədər qısaca söz edilir deyərsiniz.Nəzəri olaraq, o günümüzü həyatımızı qurtarmaq üçün dua edərək keçirir olmalıydıq.Halbuki Cənnət Krallığı haqqında danışarıq.Yaxşı bunun, qarşı-qarşıya olduğumuz hökmlə əlaqəsi nədir?
Cavabı çox açıq, xüsusilə də buna Allahın bizə vermiş olduğu məsuliyyətin qiymətləndirməsi gözüylə baxsaq.Belə bir qiymətləndirməyə hazırlanmanın ən yaxşı yolu, Allahın bizə verdiyi nemətlərin mənasını qavramaq və hədəflərinə çatmağa qərarlı və əzmli olduğumuzu Ona göstərməkdir.Tanrıya nə cür əzmli, müvəffəqiyyətli və niyyətli olduğumuzu göstərsək, bizə daha böyük nemətlər vercəkdir.
Yerıüzündə bir Cənnət qurma anlayışına gəlincə ... Allaha xidmət etmək söz mövzusu olduğunda, bir çoxumuz Tanrını bir Kral kimi deyil də, bir işəgötürən olaraq görür. Nə də olsa, vəzifəmizi yerinə yetirməyimiz üçün bizə əmrlər verdi; vəzifəmizi müvəffəqiyyətlə etsək bizi mükafatlandırar, müvəffəqiyyətsiz olsaq da hamımızı qova bilər. Əgər Allaha xidmət etmək demək budursa, onu bir Kral olaraq əsaslandırmağımız səhv olar.
İşin gerçəyi, bizlər Allah üçün çalışmırıq.Bizlər Onun İlahi Ehtişamının konkret hallarıyıq.Tanrı bizləri öz görünüşündə yaratdı. 
Nəhayət, Tövratda Rosh Asana ilə əlaqədar olaraq sözü edilən, "Sofar səsləriylə sədalanan bir xatırlatma" hadisəsinin özünü ortaya çıxartmağa hazır sayılarıq.
İnsanın yaradılışı, Başlanğıc Kitabında təyin olunar (2:7):
Və Tanrı, torpağın tozundan insanı yaratdı və ona həyatın ruhunu üfürdü; və beləcə insan canlı bir varlığa çevrildi.
Sofar, insan nəfəsini bir qoç buynuzuna üfürərək  çıxartdığı səsdir.İnsan, Allahın torpağın tozuna üfürdüyü  nəfəsinin səsidir.Tanrı, insanı yaratdığı günün ildönümündə, etdiklərinin nəticəsini görmək istəyir.İnsana, Allahın nəfəsini geri üfləyib, çıxartdığı səsi diqqətlə dinləməsini söyləyir.Bu səs bizə Tanrının nəfəsini xatırladır.
Yəni qısacası, Tanrı bu kainatda iştirak edir və parlaq izzəti, ətrafına işıq saçır.
Yazan: Haham Noson Weisz