Ana səhifə Əlaqə          בס"ד
Radio Sarı Gəlin
non-stop
Azərbaycan musiqisi







Elanlar

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Webmoney

Hörmətli qonaqlar!
Bizim layihəmiz qeyri komersial və digər reklamlardan istifadə etmir. Buna görə də, biz Sizin maddi köməyinizə ehtiyac duyuruq.
Əgər Sizdə bizim layihəmizə necəsə kömək etmək istək varsa, Sizə minnətdar olardıq. Bütün yığılan vasitələr serverin ödəməsinə xərclənəcək.
Hesabımız:
Z246503364336

Harada ödəmək
(Dünya üzrə ödəmə məntəqələri)

Rəsmi syatlar

Qonaqlar

Flag Counter


Yəhudi təqvimi



Partnyorlar

Ulpan Moiz

Международная Ассоциация Израиль-Азербайджан

Şalom Gazetesi | Haftalık Siyasi ve Kültürel Gazete

РИЗВАН ГУСЕЙНОВ

1905.az - Genocide 1905

Архитектурная мастерская Ильгара Алиева

Hasturk

Təqvim

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

Şavuot

Şavuot nədir?
Şavuot Yəhudi tarixindəki ən əhəmiyyətli hadisə olan Sinay dağında Tora'nın verilişi xatirəsinə qeyd olunur.
Şavuot, Pesah'ın ardından 7 həftə (49 gün) ərzində sayılan "Omer" in tamamlandığı gündür. Buna görə Şavuot adı "həftələr" mənasındadır-Sinay'da Tora'nın yüksədilməsinə hazırlanılan 7 həftəni ifadə edir.
3300 il əvvəl Pesah gecəsi Misirdən çıxdıqdan sonra Yəhudilər Sinay səhrasına səfər etdilər. Artıq, bütün Yəhudi milləti - 3 milyon kişi, qadın və uşaq-birbaşa olaraq ilahi mühiti gördülər:
"Tanrı sizə alovun içindən səsləndi; sözlərin səsini eşitdinizmi, ancaq bir surət görmədiniz yalnız bir səs. Sizə razılaşmasından bəhs etdi, On Əmrə tabe olmağı əmr etdi və onları daş həblərdə yazdı. "(Devarim 4:12-13)
Tora'nın verilişi, Yəhudi millətini tək bir xarakter, inanc və qədərlə bağlayan bir hadisədir.Və bu hadisədən bəri 3300 ildir ki  Tora idealları-təkallahlıq, ədalət, məsuliyyət-dünya  sivilizasiyasının əxlaq təməlləri olmuşdur.
Necə  qeyd olunur?
Şavuot'un çox bilinməməsinin səbəbi bu bayramın açıq "simvollar" ının olmamasıdır-nə Şofar, nə Suka, nə Xanukiya.
Şavuot'da, diqqətləri Yəhudi həyatının mərkəzi olan Tora 'dan başqa istiqamətə çevirən simvollar yoxdur. O halda Şavuot'u necə biləcəyik?
Olduqca məşhur olan bir ənənə, bütün gecəni Tora öyrənərək keçirməkdir.
Şavuot səhəri sinaqoqlarda Rut'un kitabı oxunar. Rut, Tanrı və Tora'ya olan sevgisi üzündən sonradan Yahudilik'i qəbul edən bir qadın idi. Tora, sonradan Yahudilik'i qəbul edənlərin ruhlarının Sinay dağında olduğunu söyləyir:
 "Allahımız Əfəndimizin qarşısında bu gün burada olan və eyni zamanda burada olmayanlarla  [anlaşma] edirəm." (Devarim 29:13)
Rut'un Şavuot'la başqa bir əlaqəsi daha vardır. Şavuot'da doğan və Şavuot'da ölən Kral David, Rut'un soyundandır.
Şavuot'da Sinaqoqlar çiçəklər və budaqlarla bəzənməsi ənənədir. Bu da Sinay dağının Tora'nın verildiyi gündə çiçəklərlə örtülməsi xatirəsinə. Şavuot eyni zamanda buğda və meyvələrin məhsul zamanı olub, Bet-Amikdaş'a ilk meyvələrin təşəkkür olaraq gətirildiyi bayramdır. (Şemot 23:16, 34:22, Bamidbar 28:26)
Südlü YEMƏKLƏR
Şavuot'da südlü yeməklərin yeyilməsi ənənədir. Bunun bir çox səbəbi vardır. Bunlardan bir neçəsi:
Şir-Aşirim (Mahnıların mahnısı - 4:11) də Tora'nın dəyərindən belə bəhs edər: "" Dodaqlarından bal və süd kimi axar ".
Şemot (Çıxış) 23:19 da Şavuot bayramını et və südün qarışdırılması qadağası  birlikdə sıralar. Buna görə Şavuot'da ayrı yeməklər yeyərik-biri ətli biri südlü.
Sinay dağında Tora'nın yüksəldilməsindən sonra Yəhudilər Şehita-heyvan kəsimi qaydalarından məsul oldular. Kaşer ət   hazırlamaq zamanı olmadığından, südlü yeməklər yedilər.
4. İvrit dilində "süd" sözünün qarşılığı "Xalav" dır. "Xalav" sözünün rəqəmsal dəyəri, XaLaV = Xet + Lamed + Bet = 8 + 30 + 2 = 40'tır.
 Bu ədəd, Moşenin Sinay dağında qaldığı günlərin sayıdır.
Şavuot 'un Dərin Mənası
Sivan ayının 6-sı(aprel-may ayları), 49 gün davam edən Omer sayıının ertəsində , bu yeddi həftənin (Şavuot) tamamlanışıyla Şavuot bayram olaraq qeyd olunar. [Erets-Yisrael xaricində bayram 6 və 7 Sivan'da qeyd olunur. İki gün arasında müqəddəslik baxımından fərq yoxdur, hətta Tora'nın alındığı əsl gün 7 Sivan'dır.]
Ravinlərimiz "Görəsən Tora niyə Şavuot bayramını Omer sayımına başlamış və digər bayramlar kimi özünə xas bir tarix yazmamıştır?" sualını soruşarlar və cavabı belə verərlər: "Çünki Bene-Yisrael'e Misirdən çıxışlarının əlli gün sonra Tora'yı alacaqları bildirilmişdi. '[Allah Moşeyə belə dedi:] Xalqı Misirdən çıxardığın zaman Tanrıya bu dağda xidmət edəcəksiniz '(Şemot 3:12) bu kəlamda ' xidmət edəcəksiniz 'mənasındakı söz' TaavduN'dur. Ancaq normal şərtlərdə söz 'Taavdu' olmalı idi. Tora burada artıqdan bir Nun hərfi istifadə etmiş və ədədi dəyəri 50 olan bu hərf yolu ilə bu hadisənin çıxışdan 50 gün sonra reallaşacağına dair bir bilgi  vermişdir.  Bu səbəbdən Bene-Yisrael(Bəni-İsrail) Misirdən çıxışından etibarən bu 50 günü sevgiylə saymağa başladılar. 'Budur bir gün keçdi', 'Budur  iki gün keçdi' vs. deyərək həmin tarixi dörd gözlə gözlədilər. Bu şəkildə Şavuot bayramı ilə Misir çıxışı, bu sayma vasitəsilə bir bütünün parçaları halına gəldilər və buna görə Şavuot'un tarixi birbaşa Misir çıxışına bağlandı ".
3300 il əvvəl Pesah gecəsi Misirdən çıxdıqdan sonra Yəhudilər Sinay səhrasına səfər etdilər. Artıq, bütün Yəhudi milləti - 3 milion kişi, qadın və uşaq-birbaşa olaraq ilahi mühiti gördülər:
"Tanrı sizə alovun içindən səsləndi; sözlərin səsini eşitdinizmi, ancaq bir surət görmədiniz yalnız bir səs. Sizə razılaşmasından bəhs etdi, On Əmrə tabe olmağı əmr etdi və onları daş həblər yazdı." (Devarim 4:12-13)
Tora'nın verilişi, Yəhudi millətini tək bir xarakter, inanc və qədərlə bağlayan bir hadisədir.Və bu hadisədən bəri 3300 ildir Tora idealları-təkallahlıq, ədalət, məsuliyyət-dünya  sivilizasiyasının əxlaq təməlləri olmuşdur.
Şavuot Bayramı, bütün din alimlərinin, tarixində razı olduqları tək bayramdır. Şavuot Pesah Bayramının ilk gününün 50 gün sonraya təsadüf edir. Bu gün, Allahın Sinay dağında Moşeyə 10 Emirin verdiyi günün tarixidir.
Tora'nın verildiyi zamanda, insanlar göyguruldamaları , şimşəklər, dağın təpəsindən tüsdüləyən tüsdülər , qüvvətli sofar səsləri eşidirdilər. (Şemot Çıxış 20:18).
Sinay dağında Moşeyə verilən 10 Emir, son dərəcə təbii və sadə əxlaq qaydalarını nəzərdə tutan əmrlərdir. Cinayət, oğurluq, zina, bütə tapınma və bunun kimi sadə və təbii əmrlərdir. İnsanın yaxşı və əxlaqlı fərdlər olmalarını təmin edəcək olan qaydalardır. Lakin Tora'nın İsrail oğullarına verilişində başka bir sözlə   insanda oyandırdığı gözəl  duyğuları duyumsanmaktadır. Bu duyğunun içində diqqətli davranma, diqqət göstərmə, risk ehtimalının hiss edilməsi və hər şeyə baxmayaraq eşq və sevgi vardır. Eşq və sevgi duyulmadan  kim özünü qeydsiz şərtsiz bir bilinməyənə təslim edə bilər? Bu naməlum son dərəcə güclü və öz xaricində inkişaf edən bir çəkiliş və təsir gücüdür. Bu güc isə Tanrının özüdür.
Sinay dağında Tanrı Moşeyə 10 Əmiri və ya sözləri təbliğ etdiyi zaman Moşeyə ilk olaraq bu sözlərlə xitab edər. "Anohi Haşem  Elokeha". Bu üç sözün mənası "Mən sizin Rəbbiniz Allaham" deməkdir.
Doğru bir düşüncə ilə , hadisəyə bu şəkildə yaxınlaşan Tanrının insanlara "Mən sizinəm" deməsiylə, bir sevgi, eşq və zəmanət vermə duyğusunu insanlara köçürmək istədiyi ortaya çıxmaqdadır.
Elə  onun üçündür ki Şavuot'un zamanı və tarixi əsla müzakirə edilməmişdir. Son dərəcə səmimi və xoşbəxt vaxtları zaman ölçüsü ilə ölçmək nə cür doğru ola bilər? Əlbəttə ki, zaman anlayışı həyatımızın hər dövründə və saatında, yaxşı gündə və qaranlıq zamanlarda bizi terketməz. Amma insanın Tanrı ilə olmasının zamanı və məkanı yoxdur; olmamalıdır da.
Tanrı, Tora'yı Yəhudiyə Sinay çölündə vermiştir.çünkü çölün tənhalığı , durğunluğu və səssizliyi insanın zaman və məkan anlayışından  kənara, mistik bir yerə götürür. Çölün o bitməz tükənməz təkrarlanan davamlılığı insanları fərqli hisslərə yaxınlaşdırır. Çöl, çətin, isti və narahat bir həyata forması təqdim edər insana, insan orada bir şeyin gücünə sığınaraq yaşar. Tanrı özünü insanlara daha qüvvətli bir şəkildə qəbul etdirmək üçün bəlkə də çölü xüsusilə seçmişdir.
Tora'yı gözlə görmək, qulaqla eşitmək, dəhşət içində qalmaq; işdə bu, duyğuların insan ruhunda təzahür etmiş halıdır.
Tora'yı sevmək bir eşq elanının. Ona yaxınlaşarkən bütün duyğu və düşüncələrimizi geridə buraxıb, özümüzü tamamilə ona qul olmağımız lazımdır.
Şavuot günü oxunan Rut'un Megilası'nda bunun ən gözəl nümunələrinə rast gəlmək olar. Yəhudi dinindən olmayan bir bütpərəst olan Moav'lı Rut, öz azad iradəsi və məntiqiylə, İsrailin Tanrı'sına inanmış, ailəsini və doğulduğu torpaqları buraxıb qayınanası Naomi ilə birlikdə Bet Lehem'e getmiş, Tanrıya könüldən iman edib bütlərini atmış və Yəhudi olmuşdur. Daha sonra Boaz ilə evlənərək David Ameleh soyunun başlanğıcı olmuşdur. (Rut Oved'in anası, Oved Yesse'nin, Yesse isə David Ameleh'in atasıdır.) Maşiyah'ın da David soyundan gələcəyi inancı vardır.
Rut'un bu davranışı Tanrı ilə qulu arasında eşqə, heç kimin müdaxilə etməməsi lazım olduğunu son dərəcə açıq bir şəkildə izah etməkdədir.
Şavuot notları
[Tora, 2448-ci ildə (bundan 3310 il əvvəl) verilmişdir. Tora bir Şənbə günü verilmişdi. Bu, normal işlərin edilmədiyi gün olan Şabat'ın, Tora təhsilinə ayrılması lazım olduğunu göstərir.
[Dünyanın yaradılışı ilə əlaqədar hissənin sonunda, Şənbə günü Kiduş'ta söylədiyimiz bu cümlə diqqət çəkicidir: "Vayhal Elokim Bayo Aşevii Melahto Aşer Asa - Və Tanrı Yeddinci Gün, etmiş olduğu İşləri Bitirdi."
Midraş'a görə Tanrı dünyanı Tora üçün yaratmışdı. Bu səbəblə, Tora verilmədən əvvəl yaradılış hələ məqsədinə çatmış deyildi və gerçəkdə tamamlanmamışdı. Yaradılış Tora verildiyi gün tamamlandı. Tanrının "işlərini bitirdiyi" "yeddinci gün", Tora'nın verildiyi Şənbə günü idi.
[Şavuot, bundan başqa üç fərqli  adla adlandırılır:
Hag Abikurim-Turfandalar Bayramı (Şavuot'da turfandalar Bet-Amikdaş'a gətirilirdi)
2. Atseret-Durdurma; bağlamaq (Omer sayı bu günün əvvəlində tamamlanır.Beləliklə Şavuot, Pesah'la başlayan dövrün sonunu göstərir)
3. Zeman Matan Toratenu. - Toran'ın Verilməsi vaxtı
Şavuot sözü dörd hərflə yazılar (Şin - Bet - Ayin - TAV) və bu hərflərin hər biri bu dördı xatırladır:
Şin - Şavuot
Bet - Bikurim
Ayin - Atseret
Tav - Tora

Bayrama "Şavuot" adının verilməsinin səbəbi nədir?
İvit dilində "Şavuot", "Həftələr" mənasındadır. Bu bayram, Pesah'ın ikinci günündən etibarən Omerin yeddi həftəlik bir müddət sayılmasının dərhal qurtacağındadır. "Həftələr" olaraq adlandırılması də, bu yeddi həftəlik dövr üçündür.
Şavuot sözü, eyni zamanda "Şevua - And" sözündən əmələ gəlir. Tora'nın verilişi zamanında, Tanrı və Bene-Yisrael bir-birlərinə and içdilər. Bene-Yisrael, Tora'Ya əməl edəcəklərinə  və Aşem'den(Tanrıdan0 başqa hər hansı bir gücə etibar etməyəcəklərini, Tanrı da, Bene-Yisrael'i başqa bir millətlə dəyiş toqquş etməyəcəyinə dair and içmişdir.
Talmud'daki haxamlardan Rabi Xananya Ben Akaşya, Tora və Mitsvalar'la əlaqədar olaraq bunları söyləmişdir: "Müqəddəs və Mübarək Olan (Allah), Yisrael'in (bir çox mükafata) haqq qazanmasını istədi; buna görə onlara Tora və Mitsvaları çox verdi." Tora 365 dənə qadağa və 248 dənə "elə " şəklində əmr daxildir.
Hər nə qədər, "Mitsva" sözünün tam tərcüməsi, "əmr" isə də, bu söz eyni zamanda "başlamaq - birləşdirmək" mənasındadır. Çünki Tora öyrənib, mitsvaları yerinə yetirdiyimiz zaman Allahla olan bağlantımız daha da güclənəcəkdir. Tanrıya olan bağlılığımız, yerinə yetirdiyimiz mitsvalar nisbətində güclüdür. Mitsvaları bəzi səbəblərdən ötəri yerinə getirmədiyimiz müxtəlif zamanlarda belə, tətbiq başqa qaydalar sayəsində Allahla bağlılığmız qopmaz. Tanrı Bene-Yisrael'ə çox mitsva verərək bu əlaqənin davamlılığını zəmanət altına almışdır.
"İşığım və qurtuluşum Rəbbdir. Kimdən qorxum? Həyatımın qüdrəti Rəbbdir. Kimdən çəkinim?"
(Teilim 27 - 1)
"Çünki şər günündə məni çardağında saxlayacaq,
Çadırın örtüyü ilə məni örtəcək, Kaya üzərinə məni yüksəldəcək. "
(Teilim 27 - 5)