Ana səhifə Əlaqə          בס"ד
Radio Sarı Gəlin
non-stop
Azərbaycan musiqisi







Elanlar

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Webmoney

Hörmətli qonaqlar!
Bizim layihəmiz qeyri komersial və digər reklamlardan istifadə etmir. Buna görə də, biz Sizin maddi köməyinizə ehtiyac duyuruq.
Əgər Sizdə bizim layihəmizə necəsə kömək etmək istək varsa, Sizə minnətdar olardıq. Bütün yığılan vasitələr serverin ödəməsinə xərclənəcək.
Hesabımız:
Z246503364336

Harada ödəmək
(Dünya üzrə ödəmə məntəqələri)

Rəsmi syatlar

Qonaqlar

Flag Counter


Yəhudi təqvimi



Partnyorlar

Ulpan Moiz

Международная Ассоциация Израиль-Азербайджан

Şalom Gazetesi | Haftalık Siyasi ve Kültürel Gazete

РИЗВАН ГУСЕЙНОВ

1905.az - Genocide 1905

Архитектурная мастерская Ильгара Алиева

Hasturk

Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Yosef

14-05-2013, 14:14 | Bölüm: Tarix | Baxılıb: 98 | Səhv tapdınız?
Yosef'in (Yusifin) hekayəsi, Diaspora Yahudisi'nin klassik tarixi hekayəsini əks etdirir. Kasıb olaraq gələn Yəhudilər çox çalışarlar və ən üst səviyyəyə çatarlar 
Yaakov, - Lea ilə evləndirilmək üçün aldadılmaq yerinə-məqsəd qoyduğu kimi Rəhilə ilə evlənmiş, Yosef də onun ilk oğlu kimi olmuşdur. Yosef, Yaakov'un 11-ci . oğlu olduğu halda, 12 qardaşının da həyatını istiqamətləndirər.
Yosef'in hekayəsində möhtəşəm tarixi hadisələr gözümüzə dəyir. Başlarkən bunu söyləməliyik: Yosef, Yaakov'un ən sevdiyi arvadından uzun müddətdir gözlədiyi ilk uşağı olduğundan, ailədə əhəmiyyətli bir mövqeyə malikdir. Atası, ona diqqət çəkəcək qədər çox maraq göstərər ¬. Yosef'ə xüsusi bir köynək alır, bu da digər qardaşların Yosef'i qısqanmalarına səbəb olar. Lakin, qardaşların bu davranışları, hər ailədə ortaya çıxa biləcək adi bir vəziyyət şəklində qiymətləndirmək səhv olar. Bu insanlar şübhəsiz, səhv etmiş  olsalar da, ruhi mənada inanılmaz yüksək  bir səviyyədədirlər. Bu səbəblə, burada olan hadisələri yaxşı bir şəkildə araşdırmamız lazımdır. Yosef, yuxular görər və onları yozar.
Öyrəndiyimizə görə, Yosef'in yuxuları şərh etmək kimi xüsusi bir qabiliyyəti vardır. Yuxuları da, şərhləri də tutarlı və kəhanət xüsusiyyətindədir. Məsələn, qardaşlarına; birgün onun  qarşısında baş əyəcəklərini söyləmişdir ki, bir neçə il sonra bu hadisə söylədiyi şəkildə reallaşacaq. Lakin, qardaşları Yosefe baxıllıq hiss ilə baxmaqdadırlar və Onu öldürməyi planlayırlar lakin bunun yerinə, Yosef'i əsir olaraq satarlar. Gözəl köynəyini götürüb, keçi qanına bulayırlar və ataları Yaakov'a göstərib Yosef'in vəhşi bir heyvan tərəfində parçalandığını söyləyirlər. Bu vaxt, Yosef,   kervanlar Misirə gətirilir və orada, soylulardan Potifar'ın evində xidmətçi olur.
MİSİR İMPARATORLUĞU
Bu mərhələdə, Misirin, tarixin bu nöqtəsində mövcud olan iki böyük mədəniyyət mərkəzlərindən ikincisi olduğunu və necə bir inkişaf içində olduğunu nəzərə almaq lazımdır. (Bu mərkəzlərin ilki, bu sərinin 3. bölməsində izah etdiyimiz Mesopotamiya sivilizasiyasıdır.)
Misir, bu zamanda, Nil çayı ətrafı və  səhradan ibarət idi. Nil, dünyanın ən böyük çayıdır və əgər Misirin ortasında olmasaydı, ölkə yalnız qumdan ibarət olacaqdı. Köhnə çağlarda, Misirin yalnız 3% 'lük hissəsi yaşanılabilər və ekiləbilər sahələrdən meydana gəlirdi. Təbii qorunaqları sayəsində, Misir tamamilə xarici təsirlərə bağlı idi və fəth edilməsi qeyri-mümkün bir yer idi. (Bir dəfə Hiksoslar, sonra Asurlular və Böyük İskəndər Misiri işğal etmişdir. Lakin bu da 3,000 ildə  yalnız 3 dəfə olmuşdur.)
Misir, insanlıq tarixindəki ən statik, və uzun müddət yaşayan mədəniyyətdir. Və görünüşcə də dəyişməmişdir. Bir Misirin 3,000 ildə nə qədər dəyişdiyini və bir də müasir həyatın yalnız bir neçə əsrdə nə qədər inkişaf etdiyini düşünün.
Bir cəmiyyətin bu qədər durğun olması məntiqdən kənardır. Bunun səbəbi də böyük ölçüdə Misirin coğrafiyası ilə  əlaqədardır. Misir sivilizasiyasının nə vaxt qurulması ilə bağlı   əlimizdə dəqiq  sənədlər yoxdursa da,   Bürünc çağında, M. Ö 3.300 illəri əsnasında ortaya çıxdığı hesab edilir. Piramidaların mühəndislik məlumatlarını düşünsək, Misirlilərin nə qədər təcrübəli bir mədəniyyət olduqlarını görə bilərik. 'Keops' olaraq bilinən böyük piramida Khufu, 13 aqrelik sahəsi, 500 feet yüksəkliyi və 5 milyon tonluq daşlarıyla indiyə qədər inşa edilmiş ən böyük piramidadır. Və bu piramida, dəmir alətləri belə olmayan şəxslər tərəfindən inşa edilmişdir. Piramidaları necə tikdikləri  haqqında heç bir fikirimiz yoxdur. Böyük daş bloklarının yuxarıya qədər çıxarılmalarını təmin edən, böyük  mühəndislik məlumatlarına, və qüsursuz daş seqment işçiliyinə sahib olduqları açıqdır. Çarxlara, linçlərə  və əhəmiyyətli bir əzələ gücünə sahib idilər. Xeopsun inşa edilməsi üçün 100,000 işçinin 30 il çalışdığı təxmin edilir. Bir məbədi inşa etmək üçün niyə bu qədər səy sərf etmişlər? Bunun səbəbi, Misirlilərin eyni zamanda ruhi mənada da məlumatlı olduqlarıdır.
 Onların sıx mənəvi həyatlarına diqqət etməmələti qeyri-mümkündür. Ölümlə maraqlanardılar və bu səbəblə mumiyalama texnikaları da mükəmməldi. Müqəddəs kitablarının adı da 'Ölüm Kitabı' idi. Maraxlı bir kitab olsa gərək ... Misirlilər, fironun yaşayan bir tanrı olduğuna, mütləq gücü əlində tutduğunu  və Firavunun ölümdən sonrakı həyatının, bütün Misirin gələcəyini təsir edəcəyini inanardılar. Bu səbəblə, məzarlarının mükəmməl olması, doğru hədiyyələrin təqdim edilməsi, ölümdən sonrakı həyatına yaxşı bir şəkildə getməsinin təmin edilməsi lazım olmaqda idi. Əks təqdirdə işlər, hər kəs üçün pis gedirdi. Bu da, Misir xalqının əsas məqsədinin niyə fironları üçün fövqəladə məzarlar inşa etmək olduğunu izah edir.
Təbii ki, bu təcrübəli sivilizasiya,Yahudi dini  ilə zidd karakterdeydi, çünki Misirlilər bütlərə inanırdılar. Köhnə Misirdə 2.000 fərqli tanrıya ibadət edirdilər. Hipopotam, şahin, və timsah başlı tanrıları vardı. Misir sivilizasiyası, bütlərə inanmağın  ənkəskin  nöqtələrinə  çatmışlardı. - Özləri baxımından çox ruhani və dindarlardı amma eyni zamanda inancları tamamilə materializmə, bütə inanmağa  söykənirdi. Primitiv, axmaq və ya batil inanclara sahib kəslər deyildilər. Mənəvi gücün fərqində idilər və bütlərin gücünə inanmış çox bilikli insanlar idilər. Misir, bütlərin ölkəsi olduğu qədər, əxlaqsızlığın da ölkəsi idi. 
Bir əsir ən yüksək nöqtəyə çatır
Ailəsindən uzaq  yaşda ayrılan  Yosef, əxlaqsız bir cəmiyyət içində böyük bir uğursuzluğa  çevrilə biləcək bir xüsusiyyətə sahib idi: Özü çox yaraşıqlı idi. Və də sahibi Potifar'ın arvadı, Yosefi çox cazibədar görürdü. Bunun yanında, Yosef özünü davamlı inkişaf etdirirdi. Çox ağıllı və işgüzar idi. Başda yalnız gənc bir hizmətciykən , Potifar'ın evində uşaqların başına qədər yüksəlməyi bacarmışdı.
Bu, Diaspora'daki Yəhudilərin klassik tarixi inkişaflarıdır. Kasıb olaraq gəlirlər, pis bir vəziyyətdə olarlar , çox çalışar və ən uca  mərtəbəyə yüksəlirdilər. Bu vaxt, Potifar'ın arvadı, Yosef'in onu  rədd etməsindən  məmnun deyildir. Bir ara, hər kəsin milli bir bayram üçün evdən çıxmış olduğu bir zaman, Yosef'i tutub , geyimlərini parçalamağa başlayır. Yosef qaçarkən də Potifar'ın arvadı, sanki təcavüzə uğramış kimi qışqırmağa başlayır. Potifar evə gəlir. Potifar'ın, arvadına inanmadığı müəyyəndir, çünki əgər inanmış olsaydı, Yosef'i dərhal o anda öldürərdi. Onun yerinə Yosef'i həbsə atır.Elə  Yosef, xidmətçilər başındaykən , birdən yenə ən alt səviyyəyə enmişdir.
 Bu Diaspora'daki bir Yəhudinin halıdır. Yəhudilər, bir ölkəyə gəlir, yüksələr, və qovularlar. Və yenidən, başqa bir yerdə, ən alt mövqedən başlayarlar. Yosef, indi zindandadır və qısa müddətdə baş gözətçi olur. Bütün həbsxananı idarə etməkdədir. Bu mərhələdə yenə klassik bir Yəhudi insanını görürük ... Həbsxanaya, günün birində Firavunun şərabçısıyla  çörəkçisidə  da atılır. Və bu kəslər yuxular görərlər. Yosef'in yuxu şərh mövzusunda nə qədər usta olduğunu bilirik və onların yuxularını da şərh etməsi, şərabçıya  fironun onu  bağışlayıb köhnə yerinə geri gətirəcəyini, çörəkçiyə  isə öləcəyini söyləməsi təəccüblü deyildir. Və söylədikləri də sözü sözünə reallaşmışdır.
Fironu Röyası
Bu səfər, fironun özü bir neçə narahat edici yuxu görər. Yuxusunda Nilin içindən çıxan yeddi kök inək, yeddi cılız inəyə çevrilir. Bir başqa yuxuda da yeddi dolu buğda sapı, cılız, quru buğdalar halına gəlir. Bu yuxular, Fironu  çox narahat edir.
Və düşünün  ki, dünyada yaşayan tanrı olduğuna inanılan firon, yatmazsa , Misirdə başqa kimsə yata bilməz. Firon, bütün sehrbazlarını, falçılarını və astrologlarını oyandırar lakin heç biri yuxuların nə mənanı verdiyini anlaya bilməz. Bu anda Şərapçı firona: "Həbsxanada, yuxuları yoza bilən  Yəhudi bir əsirin olduğunu xatırlayıram." deyir. Bu vaxt, bu hekayə, Yəhudilərin üstün müvəffəqiyyətinin hekayəsidir. Yosef'i həbsxanadan çıxardırlar, yuyurlar, təraş edirlər, və bütün bunların sonunda fironun hüzuruna çıxardırlar.
Yuxunu eşitdiyində Yosef, firona belə deyər: "Yeddi illik bir bolluqdan sonra, yeddi illik quraqlıq baş göstərəcək." "Nə etməliyəm?" Deyə firon soruşduqda da Yosef: "Bolluq zamanında, quraq keçəcək yeddi il üçün buğda anbar edin, beləcə çətin zamanlarda yeməyə bir şeylər olacaq." deyər. Firon da, "Madəm sən düşündün, bu işi də edəcək olan sən ol" deyir.
Elə Yosef bu şəkildə fironu baş məsləhətçisi olmuşdur. Misirdə Firondan sonra ən səlahiyyətli insan artıq Yosef'tir. Həbsxanadan Vəzirliyə  yüksəlmişdir.
Və sonra da evlənir, Potifar'ın qızı Osnat ilə ... Quraqlıq başlamadan Yosef'in iki uşağı olmuşdur: Menaşe  və Efrayim.
Yosef indi məsləhətçisidir və köhnə yuxuların reallaşma zamanı gəlmişdir. Yosef, bunu qardaşlarının onun  qarşısında əyildiyi zaman anlayacaq. 
Yosef və Yaakov'un Oğullarının Birləşməsi
Quraqlıq
Yosefin dediyi kimi  quraqlıq gəlib çatır. Quraqlıq, yalnız Misiri deyil, bütün Orta şərqi təsiri altına almışdır və Misir, - irəli fikirli Yosef sayəsində - buğdası olan  tək ölkədir.
Yaakov(Yaqub), oğullarını alver üçünMisirə  göndərir. Yalnız, Yosef'in öz qardaşı və ən sevdiyi arvadı Rəhilənin digər oğlu Binyamin'i yanında saxlayır, çünki onu heç bir şəkildə riskə atmaq istəmir.
Qardaşlar, Misirə gəlirlər. Məsləhətçinin qarşısında əyilər və əslində onun illər əvvəl əsir olaraq satdıqları qardaşları olduğunu anlaya bilmirlər.
Nə də olsa, Yosef, Misirli kimi geyinir, Misirli kimi gedir və Misirli kimi danışırdı. Yosef, nəsillər boyunca ailənin qardaşlar arasında bir nifrət meydana gətirmiş olduğunu anlayır. Və abundan xilas olmanın lazım olduğunu düşünərək, bunun üçün tək həll yolunun da peşmanlıqdan keçdiyinə qərar verər. Yəhudilikdə peşmanlıq, özünü eyni vəziyyətdə tapdığın zaman, səhvini təkrar etməmək deməkdir.
Dəyişdiyini göstərməkdir. Yosef də, o an, qardaşlarını yenidən eyni vəziyyətə salmaq üçün çox yaxşı bir fürsət olduğunu düşünür.
Sınama
Beləcə, Yosef qardaşlarını casus olmaqla günahlandırar. Onlar isə, casus olmadıqları mövzusunda israr edərlər, yalnız qardaş olduqlarını, evdə bir qardaşlarıyla ataların da olduğunu izah etməyə çalışarlar.
"Əgər bu dediklərinizi doğrudursa" deyər Yosef, "evə gedib qardaşınızı bura gətirin." İndi hamısı birdən başlarına bu hadisənin, köhnədən qardaşları Yosef 'e etdikləri üçün gəldiyini qavramağa başlayır. Və indi də Binyamin'i gətirmək məcburiyyətindədirlər.
Əgər ona bir şey olsa, atalarının buna dözə bilməyəcini  hamısı anlayır. Lakin Yosef israr edər və onların geri gedib qardaşlarını gətirməsini təmin edir.
Sonra, Binyamin'in çantasına gümüş bir qədəh qoyar və onu oğurluqda günahlandırır. Lakin, bütün qardaşları buraxaraq  yalnız Binyamin'i əsir alaraq cəzasını çəkmələrinə qərar verir. Elə  bu sınamaqdır. -Özlərini qurtarmaq üçün qardaşlarına arxamı çevirəcəklər?
Lakin onlar artıq dəyişmişdirlər və eyni səhvi bir dəfə daha təkrarlamayacaqlardır. Yehuda sərtcə mübahisə edir və qardaşı Binyamin yerinə özünün əsir olaraq alınmasını istəyir.
Bununla birlikdə Yosef ağlamaya başlayır və sonunda gerçək şəxsiyyətini açıqlayır: "Mən Yosef'əm(Yusifəm). Atam hələ də  həyatdadır mı?
Qardaşları şok olmuş bir halda, illərdir itkin olan, indi vəzir olan qardaşlarına baxmaları Tora'daki ən möhtəşəm anlardan biridir.
İLAHİ PLAN
Bundan sonra Yosef, Yəhudi tarixini anlamaq baxımından edilən ən əhəmiyyətli şərhlərdən birini edir:
"İndi narahat olmayın, Məni bura satdığınız üçün özünüzü qınamayın.Tanrı, məni sizlərin önünə çıxardı. 2 ildir quraqlıq var bu torpaqlarda və önümüzdəki 5 il də tarlalarda nə əkin olacaq, nə də məhsul. Tanrı, sizin yaşamanızı zəmanət altına almaq üçün məni önünüzə çıxardı. Məni buraya gətirən siz deyil, Tanrıdır və, Tanrı məni fironun atası və bütün eviylə Misirin başı etmişdir. "(Bereşit 45: 5 8)
Ravinlər'in Yəhudi tarixini açıqlayan ən əhəmiyyətli sözlərindən biri, "Tanrı xəstəlikdən əvvəl çarəsini yaradar" sözləridir.
Bu serialın başında, tarixi, bir məqsədlə nəzarət edilən proses kimi açıqlamışdıq. Qərarlarımız bir fərq yaradar lakin bizlərə, nəzərdə tutulan sona çatacağımıza dair söz verilmişdir. Buna görə, hansı yolu seçsəkdə  Tanrı hər zaman öz məqsədlərinə çatacaq. Kiçik parçaları yerlərinə yerləşdirəcək.
Hadisələr reallaşarkən, kiçik parçaların yerlərinə necə tam olaraq oturduğunu görə bilmirik lakin hər şey bitdikdən sonra bütün hadisələrin bir səbəbi olduğunu anlaya bilirik. Tanrıya inanılmaz bir etibarı olan ağıllı Yosef, köləliyin  İlahi bir planın bir parçası olduğunu anlamışdı, çünki bu hadisə çox böyük kosmik tarixi bir prosesin bir hissəsi idi.
Puzzle
Yəhudi tarixi nəhəng bir puzzle kimidir. 6.000 parçası vardır. Hər bir parça 1 il deməkdir. Və qabığında, puzzlı qurtardıqdan nəyin meydana gələcəyini sizə göstərən bir qutu yoxdur əlinizdə. İlk bir neçə parçanı yerlərinə yerləşdirmək üçün - Yosef'in etdiyi kimi - çox böyük səy sərf etmək lazımdır.
Lakin irəlilədikcə - bəzi şeylər reallaşmağa başlayır: Şəkil meydana gəlməyə başlayır, hər şey bir-birinə uyğun gəlməyə başlayacaq , çöldə qalan bir parça olmaz, sona yaxınlaşdıqca işiniz asanlaşır. Bu insanlıq tarixi və çox təbii ki də Yəhudi tarixidir. Hər şey bir-birinə uyğun gələr heç bir şey səbəbsiz deyildir. Hər şeyin bir səbəbi vardır. Və geriyə dönüb baxdığınızda hər hadisənin nə qədər məntiqli olduğunu və görə bilərsiniz.
Yosef də bunu görmüşdür. Atasına xəbər göndərmiş,. İllərcə oğlunun ölmüş olduğunu düşündükdən sonra, dramatik bir birləşmə, qarşılaşma yaşamışlardı. Bütün Misir, məsləhətçiləri  ailəsini görmək üçün onları qarşılamağa gəlmişlərdi. Hamısı da Yosef'in kəhanətləri doğru çıxdığı üçün, onun qarşısında əyilməkdə idilər.
Daha sonra, firon, Yosefin bütün ailəsini yaşamaları üçün Misirə dəvət edir. Və onlar Misirə gəlib bərabərcə yaşamağa başlayırlar. Tora, Yaakov, 12 oğlu, arvadları və uşaqları da daxil olmaq üzrə 70 fərdin  Misirə girdiyini söyləyir. Yəhudi xalqının nüvəsi, Misirə çatmışdır. Və yenə, bir diaspor ölkəsinə gələn yəhudi kütləsiylə qarşılaşırıq.
Sevinclə  qarşılanmışlardır. Qoşen torpaqlarında ən gözəl ərazilər onlara verilmişdi. Xoşbəxtlik və zənginlik içində yerləşmişdilər. Hər şey çox gözəl bir şəkildə davam edirdi, ta ki Misirlilər, onların çox rahat bir şəkildə yaşadıqlarını fərq edənə qədər. Fəqət  burada, Bereşit kitabı sona çatır. - Yaakov və Yosef'in ölümləriylə - Hər şey hələ yaxşıdır. Ortaya çıxacaq problemlər Şemot kitabında izah ediləcək.


Yerləşdirdi: admin