Ana səhifə Əlaqə          בס"ד
Radio Sarı Gəlin
non-stop
Azərbaycan musiqisi







Elanlar

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Webmoney

Hörmətli qonaqlar!
Bizim layihəmiz qeyri komersial və digər reklamlardan istifadə etmir. Buna görə də, biz Sizin maddi köməyinizə ehtiyac duyuruq.
Əgər Sizdə bizim layihəmizə necəsə kömək etmək istək varsa, Sizə minnətdar olardıq. Bütün yığılan vasitələr serverin ödəməsinə xərclənəcək.
Hesabımız:
Z246503364336

Harada ödəmək
(Dünya üzrə ödəmə məntəqələri)

Rəsmi syatlar

Qonaqlar

Flag Counter


Yəhudi təqvimi



Partnyorlar

Ulpan Moiz

Международная Ассоциация Израиль-Азербайджан

Şalom Gazetesi | Haftalık Siyasi ve Kültürel Gazete

РИЗВАН ГУСЕЙНОВ

1905.az - Genocide 1905

Архитектурная мастерская Ильгара Алиева

Hasturk

Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Leon Pinsker

14-05-2013, 14:37 | Bölüm: Mütəfəkkirlər | Baxılıb: 177 | Səhv tapdınız?
Yəhudi ana vətəni düşüncəsini müdafiə edən ilk qabaqcıllardan  biri olan Leon Pinsker, Sionist düşüncənin inkişafında əhəmiyyətli bir rol oynamışdır. 1821 də Polşada Tomoszov'da doğan Pinsker, atasının məktəbində təhsil görmüş , Odessa Universitetinə gedən ilk Yəhudilərdən biri olmuşdur.
İlk başda hüquq təhsilinə başlayır lakin Yəhudilərin vəkil olma imkanlarının  olmadığını fərq edərək tibb təhsili üçün Moskva Universitetinə gedir. 1849-da Odessaya qayıdarkən  Rus Yəhudi həftəlik qəzeti Razvet (Sunrise) 'nun qurucularından biridir artıq. Yəhudi oxucuların Rus mədəniyyəti və Rus haqqında məlumatlarını artırmağı hədəfləyən bu qəzetdə bir çox məqalə yazır.
Daha sonra Pinsker, Razsvet'in yerini alan Rusca yayımlanan Sion'un redaktorlarından biri olmuş, ayrıca Yəhudilər arasında Maarifçilik hərəkatının yayılmasını hədəfləyən bir dərnəyin Odessa qolunda vəzifə almışdır. Bu dövrdə Pinsker, Rus dilinə dərnək tərəfindən qurulan həftəlik Den (Gün) qəzetinə köməklik  edir, Yəhudiləri müasir mədəniyyətə adaptasiya olmağa çağırır. Ancaq 1881-ci ildə Odessa'da reallaşan pogromlar(yahudilərə qarşı  baş verən qıyımlar), Yəhudi islahatını dəstəkləyən Yəhudiləri dərindən təsir edir. Sonrakı illərdə Pinsker tibb üzərinə adabtasiya olur  və Odessa'daki Limanın tibbi əhəmiyyəti haqqında bir kitab çıxarir. Aırıca, ictimai hadisələrdə də önə çıxan bir insan olur .
Ancaq, Yəhudilər 1881də Rus pogromlarında qətledilincə  Pinsker dərnəktən ayrılır və Rus Yəhudilərinin içində olduğu pis vəziyyətin həll edilməsi üçün daha radikal bir həllin lazım olduğuna qərar verir. 1882-ci ildə, yəhudi milliyətçiliy  haqqında nda Moses Hessin yazılarındaki mövzularla paralel mövzular ehtiva edən "Autoemancipation" kitabını dərc edir. Daha sonra yeni "Hibbat Zion" (Sion Sevgisi) hərəkatının liderinə çevrilir , və 1884-cü ildə quruluş konfransına qatılır. 1891-ci ildə ölür. 'Autoemancipation'da Pinsker, Yəhudi probleminin müasir çağda da eynilə köhnə çağlarda olduğu kimi, həllsiz qaldığını dilə gətirir. Əslində buradakı ziddiyyət, Yəhudiliyin assimilyasiya olmayan obrazıdır. Pinsker kitabında belə  yazır: 'Yəhudi xalqının özünə aid bir vətəni yoxdur. Ana vətəni olmasına qarşı bir dayaqdan, bir çəkiliş mərkəzindən, hökumətdən, rəsmi nümayəndələrdən məhrumdur. Hər yerdə qonaqdır və heç bir yerdə evində deyil.' (Pinsker, 1932,6).
Pinsker, dünyadakı millətlərin arasında, Yəhudilərin canlıların dünyasında gedən ölülərə bənzədiyini söyləyir. Bu xayalla gercək arasında  varlıq, insanlıq tarixində bənzərsizdir və indiki Yəhudi qorxusunun qaynağıdır. Yəhudi düşmənliyi cəmiyyətin dərinliklərinə işləmişdir və bütün insanların arasında normal bir hala gəlmişdir. Kiçik  bir problem olaraq qalmamış , bir xəstəlik kimi minlərlə il nəsildən nəsilə köçürülmüşdür və artıq müalicə edilməz bir vəziyyətə gəlmişdir. Beləsinə bir Yəhudi nifrəti Yəhudilik əleyhdarı saysız ittihamların doğulmasına səbəb olur: Tarix boyu yəhudilər, İsanı çarmıxa çəkməklə , Xristianların qanını içməklə, quyuları zəhərləməklə, sələmçilik etməklə, kəndliləri istismar etməklə günahlandırılar. Bunların heç birinin əsası yoxdur, hamısı yəhudi düşmənlərinin vicdanını rahatlaşdırmaq üçün ortaya atılmışdır. Bu səbəbdən Yəhudilik və anti semitizm əsrlər boyunca bir-birindən ayrılmaz bir hala gəlmişdir.
Digər xalqların əksinə Yəhudilər qaçınılmaz olaraq fərqlidir. Hər hansı bir evi / vətəni olmadığından, hər yerdə başqa fərqlidir. Xarici bir mühitdə sadə bir qonaq deyil o, sanki bir dilənçi, qaçqındır ... Yəhudi camaatı xaricilərdən meydana gələr, ana vətənləri olmadığından nümayəndələri də yoxdur. Arxalarını dayayacak bir evləri olmadığından, səfalətlərinin də sərhədi yoxdur. Yəhudilərin qanuni emansipasyonunun (müstəqilləsmək ) ictimai azadlaşmaq də gətirəcəyini düşünmək səhvdir. Bu qeyri-mümkündür, çünki Yəhudinin yalnızlaşması, rəsmi bir azadlaşdırma yoluyla ortadan qaldırıla bilməz. Xülasə olaraq Pinsker belə yazar:
"Yaşayanlar üçün yəhudi, ölü bir insandır: Yerli xalq üçün bir xarici; zənginlər üçün bir dilənçi; yoxsul üçün bir sələmçi və ya milyoner; vətənpərvər üçün, ölkəsi olmayan bir insan, bütün siniflər üçün nifrət edilən bir rəqibdir ..." (Pinsker, 1969, 188).
Yəhudilərlə Yəhudi olmayanlar arasında belə bir qarşıdurma iki qrupun bir-birlərini qarşılıqlı günahlandırmasına səbəb olur. Yəhudi tərəfindən, vəziyyətin düzəldilə bilməsi üçün sıxlıqla ədalətə müraciət edilir. Buna qarşılıq olaraq, Yəhudi olmayanlar mənfi davranışlarını, təməli olmayan ittihamlarla dəstəkləməyə çalışır. Ancaq, daha həqiqi bir yanaşma Yəhudilərin özlərini ayrı bir millət olaraq yenidən canlandırması  başqa bir həll olmadığını fərq etməkdir. Yaxın zamanlarda Pinsker, Yəhudi bir dövlətə ehtiyyac olduğundan  bəhs edir:
"İndilərdə, dünyanın müxtəlif yerlərində qardaşlarımız nəfəslərini tutmuş, digər qardaşlarının çəkdiyi ağrıları dərindən hiss etməkdədir. İndilərdə, digər asılı və basdırılmış xalqlar müstəqilliklərini təkrar qazanarkən, bizlər də əlimiz qolumuz bağlı bir dəqiqə daha durmamalıyız. Gələcəkdə də ümidsiz" səyyah Yəhudi "rolunda oynayacağımızı söyləməməliyik. Vəzifəmiz , geriyə qalan bütün əxlaqi gücümüzü, yaşayan bir millət olaraq özümüzü yenidən qurmaq üçün istifadə etməliyik və beləcə ən sonunda daha etibarlı və uyğun bir vəzifəni boynumuza götürmüş olarıq. "(191).
Bu məqsədə çatmağa çalışan Yəhudi missiyasının, basdırılmış hər insanın mübarizəsinə aid haqlı bir səbəbi vardır. Əhalisinin bir çox seqmenti bu cəhdə qarşı çıxsa belə, döyüş davam etməlidir. Yəhudi xalqının içində olduğu ümidsiz vəziyyətdə, başqa bir variantı yoxdur. Qovulan və yox edilən Yəhudilərin özlərinə aid etibarlı bir yuvası olacağını gətirdiyi əxlaqi bir öhdəlik mövcuddur. Bu məzmunda, Yəhudilər özlərini yalnız Müqəddəs Torpaqlara bağlaması da ciddi bir təhlükədir. Lazımlı olan yalnız, Yəhudilərin sülh içində yaşaya biləcəyi  bir yerdir:
"Tək istəyimiz yoxsul qardaşlarımıza çatacaq böyüklükdə bir torpaq parçasıdır: bizim malımız olaraq qalacaq, heç bir xarici gücün bizi qovmayacağı bir torpaq ... Bəlkə də Müqəddəs torpaqlar yenidən bizim olar. Belə olsa hər şey yaxşı olar amma ilk başda qərar verməliyik ... hansı ölkə bizim üçün əlçatan, eyni zamanda evlərini tərk edəcək bütün ölkələrdəki Yəhudilərə etibarlı bir mühit təqdim edə bilər? "(194).
Pinsker'e görə, indiki  vəziyyət, milli duyğuların oyanması baxımından çox əhəmiyyətlidir. Tarix, özlərinə aid bir vətən arzularında, Yəhudilərin yanında görünməkdədir. Moşe kimi bir liderdən məhrum olsalar da, yəhudi xalqının ən çox ehtiyacı olduğunu bilmək, bir çox enerjili fərdi, məsuliyyət almaları üçün həvəsləndirə bilər. Onsuz da indidən, Yəhudi bir dövlətin qurulmasını istəyən ölkələr vardır. İndi artıq milli bir konqres hazırlanmalı   və planlarını tamamlanması üçün milli bir rəhbərlik qurmaları lazımdır: "ən böyük və ən yaxşı güclərimiz-maliyyə, elm, dövlət adamlarımız və mətbuat sahəsindəki fərdlər-ortaq bir məqsədə doğru irəliləmək üçün əl-ələ tutuşmalıdır (196). Qaçınılmaz olaraq bütün Yəhudilərin belə bir şeyi qarşılamağa gücü çatmaz amma səfalətdən qaçmaq istəyənlər üçün yeni bir ümid işığı da ola bilər.
Nəticə olaraq Pinsker yaşayan bir millət olmadıqları üçün Yəhudilərin kiçik görüldüyünə inanır. İctimai və siyasi fürsətlərin Yəhudiləri digər insanların gözündə yüksəldəcəyini gözləmək xətadan başqa bir şey deyildir. Yəhudi problemin həlli, özlərinə aid torpaqlarda yaşayan Yəhudi millətinin  yaradılmasıdır. Yəhudilər öz hörmətlərini yenidən canlandırmalı və bir yerdən bir yerə dolanıb dayanmağa son verməlidir. Hal-hazırda bu məqsədi reallaşdırmaq üçün köməkçi olan qüvvələr vardır və millətlərarası Yəhudi camaatı buna çatmanın yollarını axtarmalıdır. Bu məqsədə çatmaq üçün ediləcək heç bir fədakarlıq çox deyildir, çünki bu məqsəd, Yəhudi xalqının gələcəyini zəmanət altına alacaqdır.
Referanslar / Pinsker'in Əhəmiyyətli yazıları:
Leon Pinsker, Autoemancipation, London, 1932
Leon Pinsker, Autoemancipation, in A. Hertzberg (ediör) The Zionist Idea: A Historical Analisis and Reader, New York, 1969
Daha ətraflı məlumat üçün:
B. Netenyahu (ed) Road to Freedom: Writings and Addresses bı Leo Pinsker, New York, 1944
M. Yoel, J.L. Pinsker, Tel Aviv, İsrael, 1960

Yerləşdirdi: admin