Ana səhifə Əlaqə          בס"ד
Radio Sarı Gəlin
non-stop
Azərbaycan musiqisi







Elanlar

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Webmoney

Hörmətli qonaqlar!
Bizim layihəmiz qeyri komersial və digər reklamlardan istifadə etmir. Buna görə də, biz Sizin maddi köməyinizə ehtiyac duyuruq.
Əgər Sizdə bizim layihəmizə necəsə kömək etmək istək varsa, Sizə minnətdar olardıq. Bütün yığılan vasitələr serverin ödəməsinə xərclənəcək.
Hesabımız:
Z246503364336

Harada ödəmək
(Dünya üzrə ödəmə məntəqələri)

Rəsmi syatlar

Qonaqlar

Flag Counter


Yəhudi təqvimi



Partnyorlar

Ulpan Moiz

Международная Ассоциация Израиль-Азербайджан

Şalom Gazetesi | Haftalık Siyasi ve Kültürel Gazete

РИЗВАН ГУСЕЙНОВ

1905.az - Genocide 1905

Архитектурная мастерская Ильгара Алиева

Hasturk

Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Yeruşalayimin yeddi qapısı

14-05-2013, 16:56 | Bölüm: Uşaqlar üçün | Baxılıb: 159 | Səhv tapdınız?
İsrailin paytaxtı Yeruşalayim-təxminən iyirmi il boyunca bölünmüş bir şəhər oldu. Şəhərin iki tərəfi bir-birindən yüksək beton bir divarla ayrılmışdı. Yeni Şəhər İsrailin bir parçası idi lakin Köhnə Şəhər ərəblər tərəfindən nəzarət edilirdi və İsraillilərin bu bölgəyə girmələri qadağan idi.
Bir gün İsraildə döyüş çıxdı. (Döyüş bitdikdən sonra, Altı Gün Döyüşü deyə adlandırıldı çünki döyüş altı gün davam etmişdi.)
İsrail əsgərləri cəsurca  döyüşürdülər və əhəmiyyətli qələbələr qazandılar. Qısa bir müddət sonra Yeruşalayim'in Köhnə Şəhər hissəsinə gəldilər və içəriyə girməyə hazırlaşdılar. Şəhəri qucaqlayan yüksək divara və səkkiz qapıya  baxdılar. (Yeddisi açıq, biri bağlı idi.) Köhnə Şəhər'ə  hansı qapıdan girmələri lazım olduğunu bilmirdilər. Nə etmələri lazım olduğuna qərar verərlərkən  qapılar danışmağa başladı. Getdikcə yüksələn səsləri ilə "Köhnə Şəhərə buradan gir! İçəriyə buradan gir!" deyirdilər.
Yalvarışlar cənnətdən eşidilirdi  lakin Allah və mələklər hansı qapının Köhnə Şəhəri azadlığına qovuşdurmaq üçün gələn əsgərlərə giriş qapısı olacağına qərar verə bilmədilər.
Mələk Mikael danışmağa başladı. "Uca Tanrım! Hər qapı bir-birindən gözəldir. Hər qapı, əsgərləri Köhnə Şehərə soxmağa layidirlər. Hər qapının danışmasına və niyə onu seçməyi istədiyini izah etməsinə icazə ver. Daha sonra hansının bu vəzifəyə layiq olduğunu seçə bilərsən." dedi.
Tanrı Mikaelin xahişini qəbul etdi və hər qapının danışmasını istədi.
İlk olaraq Yafa qapısı danışdı. "İki əhəmiyyətli yol buradan başlayır. Biri Yafaya və dənizə gedər, o biri Hebron'a atalarımızın məzarına. Avraam və Saranın, İzak və Rivqanı Yaakov və Leanın. Lütfən İsrail əsgərlərinin mənim qapımda şəhərə girmələrinə icazə ver. Mən küləyin yıxması qeyri-mümkün olan qapıyam. Dərhal yanımda Davidin(Davudun)  qülləsi var. İkimiz birlikdə İsrail əsgərlərinin şəhərə etibarla girmələrini təmin edərik. " dedi.
Mələklər danışılanları eşitdikdən sonra, yüksək səslə: "Yafa qapısı əsgərlərin Köhnə Şəhərə girmələri üçün ən uyğun qapıdır çünki o aralarında ən qüvvətli olandır." dedilər.
Uzun və dimdik dayanan Şam qapısı yüksək səslə danışmağa başladı. "Qapılar arasında ən böyük və ən gözəl olan mənəm." Yeruşalayim'dən etibarən şimala doğru gedən yol məndən başlayır. Elə buna görə əsgərlərin mənim qapımda şəhərə girmələrinə icazə ver! "Dedi.
Və mələklər, yüksək səslə: "Şam qapısı əsgərlərin Köhnə Şəhərə girmələri üçün ən uyğun qapıdır çünki o aralarında ən böyük olandır." Dedilər.
Sonra, Sion qapısı ciddi bir səs tonuyla danışmağa başladı: "Uca Tanrım! Müqəddəs şəhərinin adı olan Sion'u daşıyıram. Mənə bir bax. Ətrafımda edilən döyüşlər nəticəsində incindim və zərər gördüm. Zəfərin mənim vasitəmlə qazanılması ən doğrusu olacaq. Lütfən məni seç." dedi.
Və mələklər, yüksək səslə: "Sion qapısı əsgərlərin Köhnə Şəhərə girməsi üçün ən uyğun qapıdır çünki o aralarında ən çox acı çəkmiş olandır" dedilər.
Dan qapısı səs tonunu artıraraq sözə başladı: "Sevgili Tanrım! Halıma bir bax. Xəcalətli və pərişan bir haldayam. Bədənimin yarısı torpağın altına basdırılmışdır. Yüzillər boyunca Yeruşalayim'in zibilləri mənim üzərimə atıldı. Fəqət lütfən məni səhv anlama - dünyanın ən qiymətli ləl-cəvahiratları ilə bəzənəcəyimə  Yeruşalayim 'in zibilləri ilə örtünməyi seçərəm! Hər gün, dərhal yanımda dayanan ağlama divarına baxıram, və kədərli olduğunu görəndə ümid dolu cümlələrlə ona təskinlik  edirəm. " Dedi.
"Söylədiyi doğrudur " deyə zümzümə etdi ağlama divarı.
Və mələklər yüksək səslə: "Bəlkə də Dan qapısı əsgərlərin Köhnə Şəhərə girmələri üçün ən uyğun qapıdır çünki bu qapı aralarında ən mərhəmətlisi olmasına baxmayaraq ən çox laqeydlik edilmiş olan qapıdır" dedilər.
Sonra Çiçək qapısı danışmağa başladı: "İsrail əsgərlərinin çirkli və baxımsız olan Dan qapısından Köhnə Şəhərə girmələri uyğun olmayacaq. Köhnə Şəhərə buradan girməlidirlər. Mən, əsgərlər Köhnə şəhərə rəsmi gedişləri ilə girərlərkən onlara çələnklərlə çiçəklər təqdim edəcəyəm. Onların şəhərə buradan girmələrinə icazə ver." dedi.
Və mələklər yüksək səslə: "Bəlkə də Çiçək qapısı əsgərlərin Köhnə Şəhərə girmələri üçün ən uyğun qapıdır çünki o ən şirinləridir." dedilər.
Sonra, Yeni Qapının səsi eşidildi: "Mən qapılar arasında ən kiçik və ən yeni olanam. O qədər yeniyəm ki Yeruşalayim'in yeddi qapısından biri olaraq sayılmıram! Hər hansı bir imtiyaz istəmə kimi bir haqqa sahib deyiləm. Bütün gün davam edən döyüş mənim ətrafımda reallaşır. Ərəblər təpəmə dayanırlar və divarın üstündən İsrail əsgərlərini vururlar. Qəlbim davamlı sızıldayır. Ərəbləri buradan uzaqlaşdırmağa çalışıram lakin qalib gələ bilmirəm. Bəlkə də indi İsrail əsgərləri buradan Köhnə Şəhərə girərək mənə kömək edərlər. " dedi.
Və mələklər: "Qətiliklə Yeni qapı əsgərlərin Köhnə Şəhərə girmələri üçün ən uyğun qapıdır çünki o İsrailin düşmənlərini uzaqlaşdırmaq üçün çox məşğul olmuşdur." dedilər.
Sonra səsi duyulan Qızıl Qapısı oldu, O qışqımağa başladı. İki tərəfindən sarılı olduğu üçün səsi boğulmuşdu. "Kainatın yaradıcısı" deyərək sözünə başladı.
"İllərdir qapım bağlıdır. Digər bütün qapılar açılıb qapanıb lakin mən, məni maneə törədən böyük daşlar ücbatından heç bir zaman hərəkət edə bilmədim. Yəhudilərin Yeruşalayimdəki Zeytun dağına mənim qapımdan keçərək çatacaqlarına söz vermişdin. İsrail əsgərlərinin şəhərə mənim vasitəmlə girmələri ən doğrusu olacaq." Dedi.
Və mələklər, "Aralarında ən uyğun olanı olsa belə, Qızıl qapı yalnız Maşiah gəldiyi zaman açıla bilər. Buna görə Maşiah gələnə qədər gözləməlidir." Dedilər.
Tanrı, Aslan qapısını göstərərək: "Hələ özünü tanıtmamış olan bir qapı var. Onu dinlədikdən sonra qərar verəcəyik" dedi.
Lakin Aslan Qapısı səssizliyini qorumağa davam etdi.
"Danış!" deyə təkrarladı Tanrı.
Aslan Qapısı yumşaq bir səs tonu ilə danışmağa başladı: "Uca Tanrım! Nə tərəfə baxsam döyüşən və yaralanan əsgərləri görürəm. Qəlbim qırılır. Bunu izləməyə daha çox dözə bilmirem. Savaş Bitdikdən sonra, əsgərlərin hansı qapıdan şəhərə girəcəkləri heç əhəmiyyətli deyil." dedi.
Tanrı və mələklər bu danışılanları dinlədi və aralarında pıçıldaşdılar. Sonra Allah Aslan Qapısına dönərək danışmağa başladı. "Sən, bu əsgərlərin həyatlarına öz şərəfinə verdiyindən daha çox dəyər verdin. Elə buna görə, İsrail əsgərlərinin Köhnə Şəhərə sənin qapından girmələrinə qərar verdik. Bizim gənc aslanlarımızın irəliləmələrinə və Aslan qapısından şəhərə girmələrinə icazə ver!" dedi.
O saatın içində, İsrail əsgərləri silahlı vasitələriylə birlikdə Aslan qapısından keçdilər və Zeytun dağına doğru yol alaraq şəhəri azadlığına qavuşdurdular. Ağlama Divarının qarşısında, Sofarlarını qüvvətlicə çaldılar. Sofarın səsi, ölkənin hər tərəfindən eşidildi. Beləcə hər kəs Köhnə Şəhərin qapılarının açıldığını və Yeruşalayimin yenidən alındığını öyrənmiş oldu.

Yerləşdirdi: admin