Ana səhifə Əlaqə          בס"ד
Radio Sarı Gəlin
non-stop
Azərbaycan musiqisi







Elanlar

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Webmoney

Hörmətli qonaqlar!
Bizim layihəmiz qeyri komersial və digər reklamlardan istifadə etmir. Buna görə də, biz Sizin maddi köməyinizə ehtiyac duyuruq.
Əgər Sizdə bizim layihəmizə necəsə kömək etmək istək varsa, Sizə minnətdar olardıq. Bütün yığılan vasitələr serverin ödəməsinə xərclənəcək.
Hesabımız:
Z246503364336

Harada ödəmək
(Dünya üzrə ödəmə məntəqələri)

Rəsmi syatlar

Qonaqlar

Flag Counter


Yəhudi təqvimi



Partnyorlar

Ulpan Moiz

Международная Ассоциация Израиль-Азербайджан

Şalom Gazetesi | Haftalık Siyasi ve Kültürel Gazete

РИЗВАН ГУСЕЙНОВ

1905.az - Genocide 1905

Архитектурная мастерская Ильгара Алиева

Hasturk

Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Ən əhəmiyyətli seçki

13-05-2013, 19:25 | Bölüm: Ailə | Baxılıb: 86 | Səhv tapdınız?
Uşaqlarına ad vermək, valideynlərin ən əhəmiyyətli qərarlarından biridir. Talmud (Berahot 7b) da deyildiyinə görə, bir yahudi adını, o adı daşıyanda təsiri olar. Bu səbəblə, uşağın adını, insanları yaxşılığa, doğruluğa aparıb, dünyaya sülh gətirən yaxşı xarakterli kəslərin adlarından ilhamlanaraq qoyulması çox əhəmiyyətlidir.
Kabalist Ari'nin yazdıqlarına görə bir insanın təbiəti, yaxşı pis davranışları, adı araşdırılaraq başa düşülə bilər. Məsələn, Yehuda adlı bir uşağın taleyi liderlik ola bilər, çünki həqiqətən bir çox Yəhudi kral, monarxiyanın simvolu olan Yaakov'un 4.cü oğlu Yehuda'nın soyundan gəlmişdir.
Ariyə görə, adamın İbrani addakı hərflərinin rəqəmsal dəyərləri belə o adamın xarakterində təyin edici olmaqdadır. Məsələn, Elişeva adının rəqəmsal dəyəri və ya gematriyası, "yemə simha = xoşbəxtliyin günləri" İbrani sözünün qəqəmsal dəyərinə bərabərdir. Bəlkə də bu, Elişeva adındakı qız körpənin, şən keçəcək həyatının bir işarəsidir.
Bu tam mənasıyla insanlığın taleyinin, hərflərin sirrində gizləndiyidir.Ağır xəstə bir adama "hayin = Həyat və ya Rafael = Tanrı yaxşılaşdırar" kimi əlavə adlar onların müqəddəratını təsir üçün verilir. Yeni adın, xəstə adama yeni bir şans gətirməsini   ümid edərək dua edərik.
Polşalı Ravin Elimeleh yazmış olduğu "Noam Elimeleh" (Bamidbar) adlı əsərində körpənin ruhu ilə daşıdığı adamın ruhu arasında dərin bir əlaqə olduğunu yazır.
Ölmüş birinin adını alan bir uşağın ruhu cənnətdə daha yüksək bir mərtəbəyə yüksələr və dünyadan ayrılmış olan ruhla yeni doğulmuş ruh arasında bir yaxınlıq doğular. İki ruh arasındakı bu mənəvi bağın uşaq üzərində dərin təsiri ola bilər.
Ruhun İvrit sözü olan - Neşama - "nun, şin, mem, he" İvrit hərflərindən meydana gəlmişdir. İsmin İvritcə qarşılığı olan şem də "şin və mem" hərfləriylə yazılır və göründüyü kimi, bu hərflər neşama sözünün içində mövcuddur, bu da təkrar adamın adıyla varlığı və ya ruhu arasındakı güclü bağı göstərər.
Qürur duyulacaq İSİM
Brit' Milada Gənc ata, ad qoyma duasıyla şərəfləndirilən öz atasının - körpənin babasının-yanında dayanmaqdadır. Şərab dolu qədehi tutaraq baba bunları söyləyər: "Allahımız və Atalarımızın Allahı, bu körpəni anası və atası üçün qoru və adı İsrael'de çağrılsın." Baba, körpənin adını qürurla açıqlamaq üçün, oğulunun qoyulacaq olan adı qulağına fısdıldamasını gözləyir.
"Yoel" deyə pıçıldayar ata. Baba birdən gözlərindən axan yaşlarla güc nəfəs almaqdadır. Dodaqları həyəcandan titreməkdə, səsi çətinliklə çıxmaqdadır. Yeni nəvəsinə öz atasının - körpənin böyük babası - adını vermişdilər. Yoel Pfeiffer'ı xatırlayan bütün qonaqların da gözləri yaşlarla dolmuş idi.
Yoel Pfeiffer, 1930 ların sonlarında, evləndiyi günün gecəsində Almaniyadan qaçmaq məcburiyyətində kalmıştı.İngiltere 'ye getdiyində də casus şübhəsiylə həpsedilmişdi. Müharibə müddətincı İngiltərədə qalmış və sonunda Kanadaya köç edərək orada yoldaşıyla təkrar birlikdə ola bilmişdi.
Yoel Pfeiffer Monrealda yeni bir həyata başladı. Əlində heç bir şey olmadan əzmlə bir ailə, bir iş qurdu və yaxşı bir xeyriyyəçi oldu. Brit ertəsi verilən yeməkdə, gənc ata babasına olan sevgisini xatırladaraq özünün və yoldaşının onu şərəf və güclü xarakterini yeni doğulan oğulları Yoel Pfeiffer'ın almasını istədiklərini üçün bu adı verdiklərini açıqladı.
Moel - Yəhudi qaydalarına görə sünnəti etməklə məsul olan şəxs - kimi ailələrin, uşaqlarına uyğun yahudi adları seçmələrinə köməkçi olmağa çalışdım. Təkliflərim üç prinsipə söykənir:
• şərəfləndirmək istədiyiniz adamın gerçək yahudi  adını və ya ən azı o adda olan hərf sayısına bərabər  bir ad istifadə edin,
• Uşağınızın adının yalnız müsbət yan mənaları olduğuna əmin olun,
• Uşağınızın hər zaman qürur duyacağı bir ad istifadə edin, unutmayın, uşağınızın adı onun əbədi şəxsiyyəti olacaq.
Rəbbi Paysach J.Krohn 'un Aish Hatora yazısından tərcümə edilmişdir.


Yerləşdirdi: admin