Ana səhifə Əlaqə          בס"ד
Radio Sarı Gəlin
non-stop
Azərbaycan musiqisi







Elanlar

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Webmoney

Hörmətli qonaqlar!
Bizim layihəmiz qeyri komersial və digər reklamlardan istifadə etmir. Buna görə də, biz Sizin maddi köməyinizə ehtiyac duyuruq.
Əgər Sizdə bizim layihəmizə necəsə kömək etmək istək varsa, Sizə minnətdar olardıq. Bütün yığılan vasitələr serverin ödəməsinə xərclənəcək.
Hesabımız:
Z246503364336

Harada ödəmək
(Dünya üzrə ödəmə məntəqələri)

Rəsmi syatlar

Qonaqlar

Flag Counter


Yəhudi təqvimi



Partnyorlar

Ulpan Moiz

Международная Ассоциация Израиль-Азербайджан

Şalom Gazetesi | Haftalık Siyasi ve Kültürel Gazete

РИЗВАН ГУСЕЙНОВ

1905.az - Genocide 1905

Архитектурная мастерская Ильгара Алиева

Hasturk

Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Ketuba

Ketuba Nədir?
Ketuba, bir qadın ilə bir kişinin evlilik mərasimi edildikdən sonra, dini nigahı reallaşdıran Haham, iki şahid hüzurunda kişiyə imzaladıb, gəlin tərəfinə təslim etdiyi bir razılaşma sənədidir. Bu sənəd tam mənasıyla qadın lehinə hazırlanmış ictimai bir sənəddir.
Bu sənəd də, ərin arvadına qarşı olan vəzifə və məsuliyyəti göz önünə alınır və qadının maraqları qorunur.
Bir boşanma və ya vəfat halında da Ketuba qadının iqtisadi vəziyyətinin və həyat nizamının əvvəldən zəmanətə alınmasını təmin edir. (Bu da Yahudi dinin qadına nə qədər böyük dəyər verməsini göstərir)
Ketubanın bir digər məcburi xüsusiyyəti də kişiyə istədiyi anda arvadını asanlıqla boşaya bilməyəcəyini xatırlatmasıdır. Yəni ər arvadını boşamağa qərar verdiyi anda, ketubadaki şərtləri göz önünə gətirəcək və bu maddi sanksiya qarşısında bu işdən imtina edəcək və ya evliliyini təkrar nəzərdən keçirmək fürsətini əldə edə biləcəklərdir.
Açar Xüsusiyyətlər
Ketubanın hazırlanmasında bəzi əsas qaydalar vardır;
Ketuba, evlilik kontrakdıdır və ərin arvadına qarşı olan maddi öhdəliklərini bildirir.
Talmudiq dövrlərdə, Rabenu Gerşom zamanında ketubanın şifahi olaraq təşkil edilməsi və şahidlər hüzurunda elan edilməsi kafi sayılırdı. Daha sonrakı illərdə qələmə alınan "Alaha" ya görə isə ketubanın yazılı olaraq təşkil və iki şahid hüzurunda bəyə imzaladıldıqdan sonra, gəlin tərəfinə təslim edilməsinə qərar verilmişdir. "Alaha" ya görə, bu sənəd imzalanmadan cütlər birlikdə yaşaya bilməzlər. Ailə qurulmuş sayılmaz.
Standart ketuba, bəyin şahidlər qarşısında oxunan şərtləri qəbul etməsindən sonra imzalanan ketubadır.
Ketubanın məqsədi qadının hüquqlarını qorumaq və evliliyin resmiyətini sənədləşdirməkdir.
 Ketuba, "İkkar Ketuba" (Əsl ketuba) və "Tosefet Ketuba" (Əlavə ketuba) olmaq üzərə bölünür.
Əsl ketubada, boşanma halında gəlinin alması lazım olan ən aşağı boşanma təzminatı, Talmudda təyin olunduğunu görə, əgər gəlin bakirə isə iki yüz gümüş sikkə, dul isə yüz gümüş sikkədir.
 Tosefet Ketubayı əgər kişi istəsə əsl ketubaya əlavə elətdirir. Bu arvadının ölümü halında onun ailəsinə olan drahoma məsuliyyətini daşımağa davam etməyi öhdəliklərini göstərir.
Nednunya (Drahoma): Bir boşanma halında, kişiyə verilən bir drahomaya bərabər bir məbləğin geri ödənməsidir
Qadın bir boşanma halında, hər hansı bir səbəbdən ötəri və ya ehtiyacı olmadığı üçün, ketubanın o biri şərtlərindən imtina etsə   belə, orada göstərilən drahoma məbləğindən imtina edə bilməz. Çünki o məbləği kişiyə qadının ailəsi vermişdir. Bu ailənin maddi varlığı xüsusiyyətindədir.
Qadın ketubaya əlavə, məsələn ömür boyu dolanışığının təmin edilməsi, özünün xüsusi mülkiyyət əldə etməsi və bu kimi xüsusi şərtlərdən istəsə imtina edə bilər.
Ketubanın itirilməsi, yeni bir əqd təşkilini zəruri edir. Bu zərurət yenə qadının lehinə alınmış bir qərardır.
Rəsmi boşanma qərarı, Bet Din'ce (dini məhkəmə) qoyulan ketuba qaydalarını dini baxımdan etibarsız qılmır.
İndiyə qədər araşdırılan ketubanın ana şərtləridir. Talmudiq dövrlərdən günümüzə qədər davam edən ketuba nəzəri baxımdan hər yeni evlənən Yəhudi cütünə təqdim edilən bir evlilik razılaşmasıdır.
Ketuba eyni dindən olmayan cütlərə verilə bilməyəcəyinə görə qarışıq evlilikləri və asimiliyasiyaya  maneə törətməyə köməkçi olacaqdır. Çünki verilən sənəd dini bir nikah vəsiqəsi xüsusiyyətindədir.
Forma Baxımından Ketuba
Köhnə dövrlərdə ketubalar, kağızlar üzərinə, əl yazması olub, kənarları xüsusi olaraq bəzədilirdi. Heç bir ketuba digərinə bənzəmirdi, hamısı bəzəmə sənəti və yazı cəhətdən fərqli xüsusiyyətlər daşıyırdı. Bəzəmə Yahudi işarələr, gəlin və bəy fiqurları, ailə Nişanlar təsvir edilir, gözəl və xarakterik yazılarla, dualar da əlavə edilirdi.
Bəzən ketubada təsvir Yahudiliyə aid səhnələr, gəlinin və bəyin adını təsvir edirdi. Məsələn; ketubada təsvir edilən Yosef'in həyatından bir səhnə, bəyin adının Yosef olduğunun işarəsidir.
Aktual baxımdan Ketuba

Əgər ketubayı çağdaş baxımdan qiymətləndirəcək olsaq, təməl qaydalarda olmamaqla birlikdə, çağdaş həyata uyğun bəzi yeniliklərin gözə çarpdığı görülməkdədir. Drahoma və təzminat məbləğləri indiki vaxtda cütlərin yaşadıqları ölkələrin pul vahidinə görə və həyat şərtlərinə uyğun olaraq həyata keçirilir.
Məbləğlər toyda yüksək səslə oxunmamaqdadır, yalnız iki şahid yoldaşlığında bəyə imzaladırılmaqdadır. Halbuki İsraildə bu ənənə sürdürülməkdə və ketubanın hamısı yüksək səslə oxunmaqdadır.
Bu gün cütlər yaşadıqları ölkələrin vətəndaşları olaraq, o ölkənin mədəni qanunları uyğun olaraq rəsmi nikah əqdi də imzaladıqları üçün, boşanma halında əlaqədar məhkəməyə ketubayı maddi dəlil olaraq göstərə bilmirlər. 
Bugün İsrail dövlətində və ya Diaspora'da evlənən cütlər üçün ketuba şərtlərində heç bir fərqlilik yoxdur və əgər istənsə başqa maddələr əlavə edilə bilər.
5725/1965-ci ildə İsraildə qüvvəyə qoyulan bir qanunla, boşanma halında ketuba, qadının nəfəqəsini və drahomasını təminat altına alan rəsmi bir sənəd olaraq qəbul edilmişdir.
İndiki vaxtda ketubalar standart, mətbəədə çap edilmiş, bir-birinin eyni olan kağızlar halını almışdır. Arada buraxılan boşluqlar, bu işdə səlahiyyəti olanlar tərəfinfdən doldurulmaqdadır. Beləcə köhnə dövrlərdə bir sənət halını alan əl yazması ketubalar tarixə qarışmış, köhnə ketubalar isə antikvar dəyəri qazanmışlardır.
İndiki vaxtda ketubaya qoyulan əlavə bir maddə də arvadı həyatdaykən bir kişinin başqa bir qadınla evlənə bilməyəcəyi yazılır.
Sefarad və Aşkenaz da olsa Yəhudi cəmiyyətlərində keçmişdə və indiki vaxtda kiçik formal fərqliliklərə baxmayaraq ketuba eyni məqsədə istiqamətlidir.
Bu vəziyyət, ketuba faktının coğrafi bölgə və o biri ənənə fərqlərindən təsirlənmədiyini, və Yəhudi dininə mənsub olanların hamısı tərəfindən qəbul gördüyünün dəlilidir.
İsraildə başqa bir evlənmə əqdi olmadığı üçün ketuba qanuni xarakter daşıyır. 
Nəticə Olaraq
Ketuba, Yəhudi cütünün, dini evlilik sənədidir. Xoşbəxt bir ailə həyatının başlanğıc nöqtəsi kimi ən yaxşı ictimai diləklərin kəsinləşmiş formasıdır və Yəhudi cəmiyyəti üçün əvəz  edilməzdir.

Yerləşdirdi: admin