Ana səhifə Əlaqə          בס"ד
Radio Sarı Gəlin
non-stop
Azərbaycan musiqisi







Elanlar

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Webmoney

Hörmətli qonaqlar!
Bizim layihəmiz qeyri komersial və digər reklamlardan istifadə etmir. Buna görə də, biz Sizin maddi köməyinizə ehtiyac duyuruq.
Əgər Sizdə bizim layihəmizə necəsə kömək etmək istək varsa, Sizə minnətdar olardıq. Bütün yığılan vasitələr serverin ödəməsinə xərclənəcək.
Hesabımız:
Z246503364336

Harada ödəmək
(Dünya üzrə ödəmə məntəqələri)

Rəsmi syatlar

Qonaqlar

Flag Counter


Yəhudi təqvimi



Partnyorlar

Ulpan Moiz

Международная Ассоциация Израиль-Азербайджан

Şalom Gazetesi | Haftalık Siyasi ve Kültürel Gazete

РИЗВАН ГУСЕЙНОВ

1905.az - Genocide 1905

Архитектурная мастерская Ильгара Алиева

Hasturk

Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Yerüşalayimə Bir Hədiyyə

Bundan min illər əvvəl, Bet-Amikdaş zamanında, İsraildə, Haham Şanina Ben Dosa adında biri yaşayarmış. Yeruşalayimdən çox uzaqlarda, Qaliley təpələrindəki kiçik bir kənddə qalırdı. Çox kasıb idi.
Bəzən yemək alacaq pulu belə olmazdı, buna görə Haham Hanina və ailəsi, çox vaxt ancaq ətrafdakı ağaclarda yetişən meyvələr və zeytunlarla qidalanırlardı. Yenə də Haham Hanina ilə ailəsi, heç kimsəyə paxıllıq etməzdilər. "Bir yerdə olduğumuz üçün çox şanslıyıq. Tanrının bizə verdiyi hər şey müqəddəsdir, "deyirdi.
Günün birində, Pesah bayramından bir gün əvvəl, Haham Hanina, qonşularının Yeruşalayimə getmək üzrə hazırlandıqlarını görür. Qonşuları, Bet-Amikdaşa hədiyyə etmək üçün yanlarına ən qiymətli inəklərini, quzularını və meyvələrini almışlardı. Haham Hanina kədərlənir. "Hər kəsin Bet-Amikdaşa aparmaq üçün bir hədiyyəsi var. Mən də bir şey hədiyyə etmək istəyirəm, amma heç bir şeyim yox, "deyə düşünürdü.
Bu kədərli düşüncələri ağlından keçirərək gedərkən, birdən birə yerdə dayanan daşı görür. Böyük və qeyri-adi bir daş idi və sahipsizmiş kimi görünürdü.
"Bu gözəl daşı Yeruşalayimə apara bilərəm" deyə düşünən Haham Hanina, həyəcan içində. "Bəlkə də Bet-Amikdaş üçün istifadə edilə bilər. Amma əvvəlcə onu yonub, formalaşdırmaq lazımdır. Sonra da onu Yeruşalayim'ə hədiyyə edə bilərəm."
Haham Hanina dərhal işə başlayır. Lazımlı alətlərini alıb, daşı yonur, təmizləyir və yumşaq və tərtəmiz olana qədər onu ovalayır. Sonra üzərinə naxışlar çəkir. Ən sonunda işini bitirir. Daş, nadir bir gözəlliyə bürünmüşdü. "İndi onu Yeruşalayimə apara bilərəm," deyə düşünən. Haham Hanina daşı yerindən qaldırmağa çalışır ancaq Daş yerindən tərpənmirdi. Cünki daş çox ağır idi.
"Daşı daşıyacaq güclü işçilər tapmalıyam," deyə düşünür öz-özünə.
Yolda bir neçə kəndliyə qarşılaşan Haham Hanina. "Xahis edirəm bu daşı Yeruşalayimə aparmağıma kömək edin," deyə yalvarır. "Sizə bunun üçün beş peni ödəyərəm. Bütün pulum bu qədərdi."
"Beləsinə ağır bir daşı Yeruşalayimə qədər, yalnız beş peni qarşılığında daşıya bilmərik " deyə cavab verdi kəndlilər. Haham Hanina nə edəcəyini bilmirdi.
Birdən birə, yaxınında dayanan beş adamı görür. Güclü görünürlərdi. "Bəlkə bunlar, daşı mənim üçün Yeruşalayim'ə qədər apararlar," deyə düşünən Haham Hanina adamlara yaxınlaşır.
"Bağışlayın bu daşı, mənim üçün Yeruşalayim'ə qədər daşıyın," deyə yalvarmağa başlayır.
"Amma sizə ancaq beş peni ödəyə bilərəm," deyə əlavə etmiş Haham Hanina yavaşca. "Bütün pulum bu qədərdir."
"Bu tamı tamına, bizim istədiyimiz məbləğdir," deyə cavab verirlər.
"Onu zövqlə daşıyarıq amma sən də bizə kömək etməlisən."
Haham Hanina elə sevinir ki dərhal dönüb, işçilərə kömək etməyə başlayır. Daşa toxunar toxunmaz, çox qəribə bir şey olur: Haham Hanina sanki qanad açıb uçmağa başladığını hiss edir. Torpaq, ayaqlarının altından sürüşür, qulaqlarında külək uğuldayır və sonra birdən birə özünü Bet-Amikdaşun qapısının qarşısında görür, üstəlik daş da yanında.
İşçilərə pullarını vermək üçün arxasını çevirir, amma adamlar ortadan itmişlərdi. "İçinizdən kimsə, mənimlə birlikdə gələn beş işçini gördü mü?" Deyə soruşmuş, yoldan keçənlərə. Amma onları görən olmamışdır.
Haham Hanina, şəhərin müdrik kəslərinə danışmaya getmiş. "İşçilərə ödəməyə söz verdiyim o beş peniyi nə etməliyəm?" Deyə soruşur.
"Bizə görə," deyə cavab vermişlər, "bu işçilərin, qılıq dəyişdirmiş mələklər olduqları açıq-aşkar ortadadır. Hədiyyəni Yeruşalayim'ə aparmaq üçün sənə kömək etməyə gəlmişlərdir. Mələklər, Yeruşalayim'i sevən insanlara kömək edərlər. "
Beləcə Haham Hanina pulu kasıblara verir və bu lütfü üçün Tanrıya təşəkkür edir.
Daşı, Bet-Amikdaş'ın girişinə buraxır. Yeruşalayim'ə gələn yorğun ziyarətçilər, Bet-Amikdaşa girmədən əvvəl bu daşın üzərində oturub, istirahət etdikəri üçün ona minnətdarıydılar.
Bet-Amikdaş dağıdılqdıqdan sonra, daş da ortadan itmişdir. Bəziləri, daşın sonradan Yeruşalayim'dəki Ağlama Divarının inşaasında istifadə edildiyini və əgər diqqətlə baxsanız, onu görə biləcəyinizi söyləyirlər.

Yerləşdirdi: admin