Ana səhifə Əlaqə          בס"ד
Radio Sarı Gəlin
non-stop
Azərbaycan musiqisi







Elanlar

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Webmoney

Hörmətli qonaqlar!
Bizim layihəmiz qeyri komersial və digər reklamlardan istifadə etmir. Buna görə də, biz Sizin maddi köməyinizə ehtiyac duyuruq.
Əgər Sizdə bizim layihəmizə necəsə kömək etmək istək varsa, Sizə minnətdar olardıq. Bütün yığılan vasitələr serverin ödəməsinə xərclənəcək.
Hesabımız:
Z246503364336

Harada ödəmək
(Dünya üzrə ödəmə məntəqələri)

Rəsmi syatlar

Qonaqlar

Flag Counter


Yəhudi təqvimi



Partnyorlar

Ulpan Moiz

Международная Ассоциация Израиль-Азербайджан

Şalom Gazetesi | Haftalık Siyasi ve Kültürel Gazete

РИЗВАН ГУСЕЙНОВ

1905.az - Genocide 1905

Архитектурная мастерская Ильгара Алиева

Hasturk

Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Qızıl Buzov və Mişkanın Quruluşu

22-05-2013, 19:49 | Bölüm: Tarix | Baxılıb: 108 | Səhv tapdınız?
Əlində 10 Əmr tabletləriylə aşağı enən Musa, gördükləri qarşısında elə təəccüblənir ki, 10 Əmr Tabletlerini yerə salır. Dağın ətəklərində, bir neçə həftə əvvəl, Allah ilə əlaqədə olan Yəhudilər, indi, öz düzəltdikləri bir bütə ibadət edir, daha yeni verilmiş Tövratın qanunlarını tapdalamış olurdular.
Bu rəzalət günü, sonsuza qədər Yahudi təqvimində işarəli qalacaqdır: 17 Tamuz. Bu gündə, tarixin irəliləyən mərhələlərində Babillilər və Romalılar Yerusəlimin divarlarını, həm 1. həm də 2.Məbədi dağıtmadan əvvəl yerlə bir edəcəklər.
Qızıl Buzov ilə nələr olduğunu və Toranın Yəhudiləri bu günahlarına görə niyə son dərəcə qatı bir şəkildə tənqid etdiyini araşdırmağımız lazımdır.Əslində bu hadisə ilə, Allahın Yəhudilərə olan baxış bucağı da ortaya çıxmışdır.
Bütün yəhudi milləti, Allahı eşidib İnsanlıq tarixində daha əvvəl görülməmiş bənzərsiz bir təcrübə yaşadıqdan sonra, Musa dağa çıxmış, orada 40 gün qalmış və geri döndüyündə bir bütün ətrafında rəqs edən insanlarla qarşılaşmışdır.
İndi, əgər mən kainatın yaradıcısı İlahi Tanrı ilə qarşılaşsaydım və mənə "Mən sənin Tanrınam! Başqa tanrılara ibadət etmeyəcəksən" dediyini eşitsəydim, qızıl bir buzov ətrafında rəqs edəcək qədər axmaqlıq etməzdim. Yaxşı, hekayənin bu hissəsində baş verən nədir?
Bu Tövratı doğru oxumağı bilməmiz lazım olan klassik bir yerdir. Doğru oxumaq deyərkən məqsədimiz, ideal olaraq İvritcə, və mütləq şərhləriylə birlikdə oxunmasıdır. Sadə mətnlə birlikdə gedən şərhlər hər zaman araşdırılmalıdır.
Musa, dağdan endiyində, 3 milyon Yəhudinin hamısı qızıl buzova ibadət edirlərdi? Xeyr.Tövratın Şemot - çıxış hissəsi 32:28 - bu insanların cəmi 3000-ə olduğunu söyləyər. Bunların çoxu da 10 bəladan çox təsirlənib Yəhudilərlə birlikdə Misirdən çıxan qarışıq xalqlardandır.
Bu da Yəhudilərin 0.1 %-nin qatıldığını, 99.9 %-nin bu işlərə heç qatılmadığını göstərir. Lakin, Tanrının reaksiyası, bütün millətə olduğunu açıqca ifadə edir.
QƏTİ STANDATRLAR
Allah, Yəhudiləri çox yüksək bir standartda tutar çünki onlar, insanlıq tarixində çox böyük bir məsuliyyət boyunlarına götürmüşlərdi. Yəhudilər olmadan, dünya mükəmməl bir hala gələ bilməz və, Allah qorusun, əgər Yəhudilər bir xəta edərlərsə, yalnız onlar deyil, bütün insanlıq bundan zərər görəcəkdir.Buna bağlı olaraq, Tövratda bəzi əhəmiyyətli prinsipləri vurğulamaq üçün çox tənqidi bir dil istifadə edir:
1. Sizin məsuliyyət səviyyəniz, bilik səviyyənizlə müəyyən olacaq. Gücü əlində tutan insanların səhvlərinin nəticələri ciddi olacaq.
2. Məsuliyyət səviyyəniz, sizlərə ediləcək etibarı də təyin edəcək. Nə qədər böyüksünüz, qərarlarınız o qədər təsirli olar, buna görə çox yüksək standartları hədəfləməlisiniz.
Sinay dağında, Yəhudilərə bütün dünya üçün bir məsuliyyət verilmişdi. Və bu prinsiplər də Allahın Yəhudilərə qarşı tənqidlərini ortaya qoymaqda və niyə bu qədər güclü olduğunu izah etməkdədir.
Burada, Tövratın bir başqa əsas fikrini də öyrənmiş oluruq-Hər Yəhudi, bir başqa Yəhudidən məsuldur. İsrail xalqı bir bədən, fərdlər də bu bədəni meydana gətirən hüceyrələrə bənzəyirlər.Əgər, bədənin bir hissəs iyanlış bir şey etsə, bütün bədən bundan məsul tutulur.
Yəhudilik, bizə, ya problemin bir parçası olduğumuzu ya da həllin bir parçası olduğumuzu öyrədir. Bizim də həllin bir parçası olmağımızı tələb edən qanuni bir məsuliyyətimiz vardır. Bitərəf olmaq bir həll yolu deyildir. Yəhudi tarixi boyunca bu mövzu təkrar-təkrar Tövratda vurğulanır.
Kiçik bir qrup yəhudi, bir səhv etdiyində, əgər geri qalanlar onları dayandırmazsa, hamısının məsul tutulmasını səbəbi budur.
NƏTİCƏ
Musa, geri döndüyündə qızıl buzov hadisəsinin nəticələri çox məşğul olmaq məcburiyyətində qalmışdı. Bütü qırmış, ətrafına bağlılıqlarını davam etdirən Leviləri toplamış və məsul olanları aradan qaldırmışdır. (Burada fərqinə vardığımız kimi, Tövrat liberal bir kitab deyidir.Allahın bir çox nemətləri və yaxşılıqlarıyla doludur lakin eyni zamanda səhv edənlərin aqibətinin ciddi olduğunu da vurğulayır.)
Musa, 1 Elulda təkrar Sinay dağına çıxır - Roş Hodeş Elul, Yəhudi ilinin başlanğıcı olan 1 Tişridəki Roş Aşananın 1 ay öncəsidir. Dağda yenə 40 gün qalır və aşağıya ikinci tabletlərlə enir, bu da Allahın Yəhudiləri tamamilə bağışladığını qəti şəkildə göstərir. Musanın geri döndüyü gün hansı gündür? Yom Kipur.
Bütün Yəhudi bayramları, müəyyən bir tarixi hadisələrlə bağlıdır. Bu hadisələrdən hər biri, bayramlara ruhani bir güc qatırlar.
Yom Kipurda "Teşuva” nın ruhani gücünü alırıq. - Tövbə etməyin, peşman olmanın, Allaha geri dönmənin və insanlarla olan əlaqələrimizi düzəltmənin əhəmiyyətini anlarıq.Bağışlayan olmasının işarəsi olaraq, Allah, Musaya, hər zaman yəhudi milləti arasında yaşayacağını və onlara "evinin” necə inşa ediləcəyini söyləyəcəyini bildirir.
"Mənim üçün bir məbəd tikəcəklər və mən, onların arasında yaşayacağam" (Şemot 25:8)
Bu əmrin ardından, Tövrat, bir çox hissədə bu daşına bilən məbədin necə inşa ediləcəyinə dair ətraflı məlumatları verir.
Bu müqəddəs yer, bağçayla əhatələnmiş geniş bir çadırdan meydana gələcəkdi və buna "toplaşmaq çadırının-Oel Moed – deyiləcəkdir. Bağçanın içində qurbanların təqdim ediləcəyi bir qurbangah olacaqdır. Çadırda iki otaq olacaqdır. Xaricdəki otaqda yeddi qollu bir şamdan, üstündə 12 dilim çörək olan bir masa və bir qurbangah olacaqdır. Daxili otaqda isə Əhd sandığı olacaq və bura - Müqəddəsin müqəddəsi-kimi adlandırılacaqdır.
TOPLAMA ÇADIRI
Indiana Cons və Müqəddəs Xəzinə Ovçuları filmini izləmiş hər kəs, Əhd sandığının nəyə bənzədiyini, filmdəki bənzər bir kopiyası sayəsində anlamışdır. Əhd sandığı, qızılla örtülmüş, taxtadan bir sandıqdır və başında bir-birlərinə baxan, qanadlı iki kiçik mələk heykəli vardır.
Şərhçilər, bu iki mələyin - bir qız və bir kişi - normalda bir-birlərinə baxdığını, lakin İsrail oğullarının Allahla yaxşı yola getmədikləri vəziyyətlərdə bir-birlərindən ayrıldıqlarını söyləyirlər.
Sandığın içində, iki cüt 10 Əmr tableti vardır-qırıq olanı Allah tərəfindən yazılmış, möhkəm olanı isə Musa tərəfindən yazılmışdır.
 Bütün buna -İvritcə Mişkan deyili – daşınabilən bir sinaqoq və ya muzey deyildir. Bu, bütün Yəhudilər tərəfindən fərdi olaraq Allaha bağlanmaq üçün istifadə edilən   vasitədir. Tamamlandığında, Tövrat"əzəmət buludunun” (bu, Allahın sonsuz varlığı Şehina haqqındakı ifadədir) bu məbədin üstündə olacağını, bunun da Allahın hər zaman yəhudi xalqı ilə birlikdə olduğunu göstərəcəyini bildirir.
Məbəd ayaqda durduğu zaman, insanlar, dünyadakı qütsiyyət, hal-hazırda anlaya bilməyəcəyimiz bir şəkildə, hiss edəcəklərdir. İndi məbədimiz olmadığından, 613 əmrdən 369-nu yerinə yetirə bilirik və bunların çoxu da qadağalardır. Edilməsi lazım olanların bir çoxu, Allaha bağlanmaq üçün Mişkanı necə istifadə etməyimiz lazım olduğu haqqındadır. Bu quruluşun itkisi, Yəhudilərin Tanrıya bağlana bilmələrində və insan olaraq vəzifələrini yerinə yetirə bilmələrində böyük təsirlərə gətirib çıxarmışdır.
Asanca qurulub-yığıla bilən bu məbədi, Yəhudilər, çöldəki 40 illik səfərləri zamanı hər zaman birlikdə daşımışlardır. Sonradan, İsrail torpaqlarına çatdıqları zaman, məbədi dörd fərqli nöqtədə qurmuşdular. David kral olub da Yerusəlimi paytaxt etdiyi zaman, şəhərin dərhal xaricində, Avraamın oğlu Yitshakı qurban edəcəyi və Yaakovun yuxusunda Cənnətə çıxan bir nərdivan gördüyü, Moriah dağında qalıcı bir məbəd inşa etməyi düşünmüşdü. Lakin bunu reallaşdıra bilməmişdi.
Sonunda, E.ə. 825-ci ildə, oğlu Kral Şlomo, burada bir məbədi inşa etmişdir. Və e.ə. 422-ci ildə Babillilər dağıdana qədər, qalıcı bir məbəd olaraq qalmışdı. Bu sırada Əhd sandığı itmiş və bir daha onu görən olmamışdır. (İrəlidə, tarixin o hissəsinə gəldiyimiz zaman harada saxlandığı barədə fərziyyələrə da toxunacayıq)
İlk süqut və sürgündən 70 il sonra, yəhudilər, geri dönmüş və məbədi yenidən inşa etmişdilər. Lakin bu səfər də bizim eranın 70-ci ilində Romalılar məbədi dağıtmışdır və bir daha Məbəd inşa edilmədi.Hal-hazırda orada olan Qızıl Qübbə B.e. 691-ci ilində orada qurulmuş və o zamandan bəri ayaqda dayanmışdır. Lakin bizlər, tarixin qarşısında gedirik. Zamanın bu hissəsində, Yəhudilər milli bir oyanışa keçərlər. Özlərinə Tövrat verilmiş, və Tanrının aralarında yaşaması üçün Məbəd qurmuşdular. İndi vəd edilmiş torpaqlara girməyə hazır idilər.


Yerləşdirdi: admin