Ana səhifə Əlaqə          בס"ד
Radio Sarı Gəlin
non-stop
Azərbaycan musiqisi







Elanlar

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Webmoney

Hörmətli qonaqlar!
Bizim layihəmiz qeyri komersial və digər reklamlardan istifadə etmir. Buna görə də, biz Sizin maddi köməyinizə ehtiyac duyuruq.
Əgər Sizdə bizim layihəmizə necəsə kömək etmək istək varsa, Sizə minnətdar olardıq. Bütün yığılan vasitələr serverin ödəməsinə xərclənəcək.
Hesabımız:
Z246503364336

Harada ödəmək
(Dünya üzrə ödəmə məntəqələri)

Rəsmi syatlar

Qonaqlar

Flag Counter


Yəhudi təqvimi



Partnyorlar

Ulpan Moiz

Международная Ассоциация Израиль-Азербайджан

Şalom Gazetesi | Haftalık Siyasi ve Kültürel Gazete

РИЗВАН ГУСЕЙНОВ

1905.az - Genocide 1905

Архитектурная мастерская Ильгара Алиева

Hasturk

Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Casusların faciəsi

22-05-2013, 20:00 | Bölüm: Tarix | Baxılıb: 86 | Səhv tapdınız?
Sina Dağındakı hadisələrdən sonra, Yəhudi insanlar, daşına bilən məbədlərini yığışdırıb, İsrail torpaqlarının sərhədlərinə gəlmişlərdir.
Bu nöqtədə, torpaqlara dərhal girmələri lazım idi, lakin içlərindən biri belə dedi: "Bir dəqiqə gözləyin. Bu torpaqları əvvəl bir araşdıraq!"
Beləcə Yəhudilər, aralarından 12 araşdırmaçı ya da 'casus' seçirlər - hər 12 qəbilədən 1 adam torpaqları araşdırmaq üzrə vəzifələndirilirlər.
Casusuların faciəsi haqda danışmaq mütləq lazımlıdır çünki bu hadisənin təsiri Yəhudi tarixi boyunca özünü dəyişik zamanlarda göstərəcəkdir.Bundan başqa, bu hadisə Yəhudi teqvimindəki ən diqqətə çarpan və şübhəsiz ən acı günü, 9 Avı yəni Tişabeavı da təyin edəcəkdir.  Görünüşə baxılırsa, Yəhudi tarixindəki hər böyük fəlakət bu tarixlə əlaqə içindədir. - 9 Av, həm 1. həm də 2. Bet-Amikdaşın süqutu günüdür.
Yenə, Yəhudilərin davranışları ciddi nəticələrə səbəb olacaqdır. Yəhudilər, tarix boyunca "o zamanlar” etdikləri səhvlərin cəzasını alacaqlardır.Yaxşı bu casusların böyük səhvi nə idi?
12 casus, 40 gün boyunca torpaqları araşdırdıqdan sonra, geriyə böyük üzüm salxımlarıyla geri dönərlər və belə deyərlər: "Bu üzümlərin boyuna diqqət etdiniz mi? Bu üzümləri yeyən insanların ölçülərini də bir təxmin etməyə çalışın. Onlar bir nəhəng! Onları qalib gəlməyimizə  imkan yoxdur. Misirə dönsək də olar... "
Yalnız 2 casus, bu söylənənlərlə həmfikir deyildi.: Musanın bir nömrəli şagirdi Yeoşua Ben Nun və Yeuda qəbiləsindən Kaleb Ben Yefune.
Lakin yəhudilər, casusuların əksəriyyətinin verdiyi hesabatı nəzərə alırlar. Hər kəsin cəsarəti qırılar və göz yaşları içində, olduqları yerə çökərək irəliləməyi rədd edərlər.
Musa tamamilə dəhşət içindədir və Allah da çox qəzəblənmişdir. Və cəza olaraq bu iki maddəni açıqlayır:
1. Allah, onlara bu qədər kömək edib, bu nöqtəyə gətirdikdən sonra belə ona güvənmədikləri üçün, yaşayan bütün kişilər ölənə qədər, yəni 40 il ərzində, bütün Yəhudilərin çöldə dolaşacaklarını söyləyir. (Yəhudiliyə bağlılıqlarını hər zaman qoruyan və casuslara inanmayan qadınlar, İsrail torpaqlarını görə biləcək qədər yaşayacaqlardır.)
2. Yəhudilər heç bir səbəb olmadan belə bir gündə ağlamışlardır. Allah da buna qəzəblənərək, tarix boyunca eyni tarixdə, Yəhudi xalqının çox haqlı səbəblərlə ağlayacaklarını söylədi. (Bu hadisələri, bu seriyanın gələcək hissələrində görəcəyik.)
Musanın Ölümü
Yəhudilər 40 il boyunca çöldə gəzdilər. Marağımızı çəkən bir nöqtə isə Toranın qırx il boyunca çöldə keçən həyata dair heç bir məlumat bizlərə ötürməməkdədir. Əgər Bamidbar kitabını araşdırsanız, Korah və qrupunun üsyanından (Korah 19-20), Hukat paraşasına qədər 38 illik bir boşluq var. Otuzsekkiz illik dövrlə əlaqədar tək məlumat Mase peraşasında iştirak edən bir neçə sətirdir. Tövrat buna bənzər dövrləri hekayə olaraq tanıdır. Tövrat bu hekayələri günümüzlə əlaqədar olmadığı və özümüzə dərs çıxartamayacağımız üçün izah etməz.
40 ilin sonlarına doğru daha əvvəl bir neçə dəfə olduğu kimi susuz qaldılar. Və yenə, daha əvvəl etdikləri kimi şikayət etməyə başladılar. Allah, Musaya bir qayaya danışmasını və belə etsə qayadan su axacağını söyləyir.
Keçmiş bu 40 ildə Musa, dünyanın ən çətin işini reallaşdırmışdır. - Allahın özünün "sərt-enseli" olaraq xarakterizə etdiyi nizamsız bir cəmiyyətə liderlik etmişdir. Yəhudi insanların qüvvətli tərəflərini və zəif tərəflərini gördük. Ən güclü tərəfləri nə idi? Onları, tarixdəki ən böyük cəmiyyətlərdən biri halına gətirəcək bir fikirə olan bağlılıqları, və bir ideologiya uğrunda ölümü belə seçmələri etmələri ən güclü xüsusiyyətləridir.
Ən zəif tərəfləri nə idi? Hər zaman haqlı olduqlarını irəli sürən və bu yolla dünyanı dəyişdirə biləcəklərini düşünən çox inadcı xarakterləri... İşdə belə bir qrupun idarə olunması qeyri-mümkündür.
(Bu nöqtəni gözlər önünə sərən gülməli bir hekayə köhnə Amerika Birləşmiş Dövlətləri başçısı Harry Truman ilə İsrael baş naziri Golda Meir arasında keçmişdir. Truman, liderliyin çətinlikləri haqqında danışarkən belə bir cümlə söyləmişdir: "250 milyonluq bir ölkənin başçısı olmanın nə demək olduğunu bilə bilməzsiniz." Bunun üzərinə də Golda Meir belə cavab vermiş: "Siz də 2,5 milyon baş nazirin olduğu bir ölkənin baş naziri olmağın nə demək olduğunu  bilməzsiniz.")
Beləcə, 40 il nizamsız bir cəmiyyəti idarə edən Musa, bir anda əsəblərinə hakim ola bilmir və qışqırır: "Siz üsyankarlar!" Və ona əmr edildiyi kimi, qayaya danışmaq yerinə, ona vurur. Və Allah Musaya belə deyir: "Mənə güvənmədiyin üçün Yəhudi insanlarla birlikdə İsrail torpaqlarına girə bilməyəcəksən!"
Ravinilər, hirsliliyin da bir növ bütpərəstlik olduğunu söyləyirlər, çünki əgər Allah, dünyanı idarə edirsə, yaxşı və ya pis hər nə olursa olsun Allah istədiyi üçün olur. Əsəbiləşmək də Allahın dünyanı idarə etdiyinin bir növ inkarıdır, hər nə olursa yaxşılığımız üçün olduğu fikrinin rədd edilməsidir.
Musa isə  Allahın  üz-üzə danışdığı tək peyğəmbərdir bir an üçün əsəbləşmiş, bunun nəticələri isə çox pis olmuşdur. Bu, Allahın adını, bütün insanların qarşısında kiçik salmaqdır. Bu hadisənin nəticələri, yüksək səviyyələrdə məsuliyyət sahibi insanların necə kiçik səhvlər etdiklərini, və bu səhvlərinin əvəzini necə ödədiklərini bizlərə göstərir.
Musa, təbii ki, səhvini görər və Allahın əmrinə boyun əyir.
Final
Musa, indi bütün insanlarını vəd edilmiş torpaqlara girmələri üçün hazırlamaqdadır. 5. kitabın sonuncusu, Musanın insanlarına etdiyi son danışıqlardan yaranmışdır.
 Musanın, Devarim kitabının başlaması ilə birlikdə, Yəhudilərin çöldəki həyatları haqqında nə qədər az məlumat verdiyinə diqqət edin-xüsusilə bu müddətin 40 il olduğunu da düşünün. Casusların faciəsindən sonra, Tövrat, sonrakı 39 il haqqında xəbər vermir. Bu dövrdən yalnız, Tövratın son kitabı Devarimdə, Musa, səhvləri xalqa xatırladarkən bəhs edilmişdir. Devarim kitabı başladığında, Musa Müqəddəs torpaqlara gire bilməyəcəyini bilirdi və bu kitabın hamısı onun xalqına etdiyi vida çıxışından meydana gəlmişdir. Burada, Musanın əmrləri təkrar etməkdə, Yəhudi milli vəzifələrini xalqa xatırlatmaqdadır.Təkrar-təkrar üstündə dayandığı nöqtə: "Tövrata sahib çıxın!" olmuşdur.
Bir yerdə Musa belə deyər: "İnsanla Allah və insanla insan arasındakı qaydalara tabe olarsanız hər şey sizin üçün gözəl olacaqdır. Heç bir xalq sizə toxunmayacaq.Maddi baxımdan varlı olacaq, və dünyanı dəyişdirmək üçün yaşayacaqsınız.Lakin əgər Tövrata əməl etməzsəniz, razılaşmanın sizə düşən payını yerinə yetirməmiş olarsınız, bu torpaqlar sizi çölə atar, düşmənləriniz sizə hücum edər və sizlər acı çəkərsiniz "
Mesaj son dərəcə açıqdır. Problemlərimiz üçün heç bir həllin xaricdəki təhdidlərlə əlaqəsi yoxdur. Həllər hər zaman Yəhudilərin bir-birləriylə və Allahla olan əlaqələrinə bağlıdır. Yəhudi tarixində, 19. və 20.əsr, çox sayda Yəhudinin ən çox Allahdan uzaqlaşdıqları və "Tanrı harada?" şəklində suallar verərək ətrafda dolandıkları dövr olmuşdur. I Dünya müharibəsi, 9 Av'da başlamışdır. Almaniya, 1914-ci ildə başlayaraq Şərq Avropanın içlərinə girmiş , Yəhudiləri ortadan qaldırmağa və əsrlər davam edən ənənələri məhvinə çalışmışdır. Bütün bu hadisələr qorxunc Holokostun xəbərçisi olmuşdur.
Holokostdan xilas olan  bir adam belə deyir: "Holokostu diqqətə.çarpan edən ən əhəmiyyətli ünsür, Tanrını axtarmağımızdı. Geto və düşərgələrdə yaşamış hər yəhudi, hər şeyi təsiri altına almış "Tanrı Sendromu”nu xatırlayar.Səhərdən axşama qədər, Allahın hələ bizimlə olduğuna dair işarələri axtarırdıq . Onu çox axtardıq lakin tapa bilmədik.Hər zaman içimizdəki Tanrının yox olduğuna dair narahat və narahat düşüncələrə dalardıq. "(Machshavot Magazine, Vol. 46, p. 4)
Yəhudilər, tarixlərinin keçmiş hissələrində, etdikləri səhvlərdən ötəri, xarici təhdidlər tərəfindən çox çətin vəziyyətdə qalıb, hətta Xaçlılar tərəfindən topluca qətl edilməsi qədər fəlakətlər yaşamışlardır. Lakin bu əsrə qədər, heç bir zaman "Tanrı Harada? deməmişlərdir.
Hər zaman düşündükləri "Bu çəkdiklərimiz günahlarımızdan ötəri Allahın bizə cəzasıdır" demək olmuşdur. Bu son mesajı da çatdırdıqdan sonra, Musa ölür və İordaniya dağlarının qarşısında bir yer olan Nebo dağında dəfn edilir.Məzarın tam harada olduğu, heç kim oraya gedib ibadət etməsin deyə xüsusilə ifadə edilməmişdir.
Yeoşua bir sonrakı lider olar. Yəhudilikdə liderlik, irsi deyil, atadan oğula keçməz. Liderliyi ən çox layiq olmuş adam vəzifələndirilər. Beləcə, Musanın vəzifəsi, adını çox eşitmədiyimiz oğluna deyil, özünü casusular hadisəsində da sübut etmiş, Musanın ən yaxşı şagirdi Yeoşua Ben Nun'a keçər. Tanah, Yeoşuanın kitabıyla davam edir.


Yerləşdirdi: admin