Ana səhifə Əlaqə          בס"ד
Radio Sarı Gəlin
non-stop
Azərbaycan musiqisi







Elanlar

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Webmoney

Hörmətli qonaqlar!
Bizim layihəmiz qeyri komersial və digər reklamlardan istifadə etmir. Buna görə də, biz Sizin maddi köməyinizə ehtiyac duyuruq.
Əgər Sizdə bizim layihəmizə necəsə kömək etmək istək varsa, Sizə minnətdar olardıq. Bütün yığılan vasitələr serverin ödəməsinə xərclənəcək.
Hesabımız:
Z246503364336

Harada ödəmək
(Dünya üzrə ödəmə məntəqələri)

Rəsmi syatlar

Qonaqlar

Flag Counter


Yəhudi təqvimi



Partnyorlar

Ulpan Moiz

Международная Ассоциация Израиль-Азербайджан

Şalom Gazetesi | Haftalık Siyasi ve Kültürel Gazete

РИЗВАН ГУСЕЙНОВ

1905.az - Genocide 1905

Архитектурная мастерская Ильгара Алиева

Hasturk

Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Brit-Mila (Sünnət)

30-05-2013, 18:30 | Bölüm: Ailə | Baxılıb: 87 | Səhv tapdınız?
Sünnət nədir?
Sadə bir mitsva, necə ki, bütün yəhudilər üzərində bu qədər sonsuz və universal bir təsir yaradabildi. Brit-Mila ya da digər bir adıyla sünnət, yəhudi uşaqları doğulduqdan səkkiz gün sonra həyata keçirilir.
Bu prosedur, moel; yəni yəhudi qaydalarına uyğun olaraq yetişdirilmiş və sünnəti də ehtiva edən əhatəli bir təhsil görmüş bir şəxs tərəfindən həyata keçirilir.
Brit-Milada, moel; körpəyə bir yəhudi adı verildikdən sonra körpənin sünnət dərisini alır və cinsi orqanından qan axıdır.
Niyə Brit-Mila
Brit-Milanın lüğəti mənası "sünnət müqaviləsi" dir. Yəhudi dinin atası olan Avraam (İbrahim), tarixdə ilk Brit-Mila olan insandır və öz özünü sünnət etmişdir.
Avraam (İbrahim), öz soyundan gələnlərə böyük bir sədaqətlə Tanrıya xidmət etmələrini öyrədəcəyini dair and içdi. Buna qarşılıq Allah, Avraamın soyunun həyatda qalacağına zəmanət verdiyinə dair söz verdi. Bu İbrani ailəsi, Yəhudi olaraq bilinən və hələ soyu davam edən İsrail millətini meydana gətirdi.
Tanrı, Avraama dünyada insanlar var olduqca yəhudilərin də olacağının təminatını verdi.
Tanrı, Avraama dünyada insanlar var olduqca yəhudilərin də olacağının söz verdi. Tanrı ilə Avraam arasındakı bu müqavilə və ya digər bir deyişlə razılaşma, sünnət qanunu olaraq qəbul edildi.
Bu gün, yəhudilər sünnət hadisəsini yerinə yetirərkən, bu müqaviləni davamlı qılıb, uşaqlarını verilmiş olan bu əbədi sözün bir parçası edirlər.
Dərin Məna
Brit Milanın, uşaq doğulduqdan səkkiz gün sonra edilməsi Yəhudi cəmiyyətinin sonsuz davamlılığını ifadə edir.
Tövratda bəhs edilən bütün ədədlərin böyük bir əhəmiyyəti vardır, məsələn altı sayı; dörd istiqaməti (şimal, cənub, şərq və qərb) yuxarı və aşağı olan fiziki dünyanı; yaradılışın altı gününü və həftənin altı iş gününü təmsil edir.
Yeddi, fiziki dünyaya mənəvi bir məna qatar, səkkiz isə hamısıyla madiyyatın sərhədini aşır.
Yeddi, bu fiziki dünyaya mənəvi bir maddə qatar. Yeddinci gün olan Şənbə, həyatımıza mənəvilik qatmaqla birlikdə fiziki dünya aləminin içində yerini daim qoruyar. Digər tərəfdən səkkiz, tamamilə fiziki dünyanın sərhədini aşır. Məsələn: Xanukanın səkkiz gün möcüzəsi qeyri adi hadisə olmaqla birlikdə təbiət qaydalarından və standartlarından kənarındadır. Səkkiz, həqiqətin daha yüksək ölçüsünü ifadə edir.
Tanrı, Avraamın uşaqlarının təbiət qanunlarına meydan oxuyan millət olaraq sonsuza qədər həyatda qalacaqlarına zəmanət etdi. Tarix, bunun ən gözəl ispatlarıyla doludur, yerüzündəki ən güclü millətlər belə gec-tez yox olma təhlükəsiylə qarşı-qarşıya qalmışlardır; Misirlilər, Yunanlılar və Romalılar bu hadisələrin ən diqqətə çarpan nümunələridir. Lakin yəhudilər say olaraq çox az olmalarına baxmayaraq hələ də, həyatdadırlar.
Səkkizinci gün edilən Brit Mila bizə yəhudilərin həyatda qalmalarının təbii bir fenomen olmadığını, ancaq fövqəltəbii olduğunu göstərir. Yəhudilərin həyatda olmaları təbiət qanunlarına meydan oxuyur. Bu da sünnət işarəsinin nə səbəbdən artırma orqanına edildiyini açıqlayır, bu yəhudi cəmiyyətinin kökünün əsla yox olmayacağı düşüncəsini ifadə edir.

Yerləşdirdi: admin