Ana səhifə Əlaqə          בס"ד
Radio Sarı Gəlin
non-stop
Azərbaycan musiqisi







Elanlar

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Webmoney

Hörmətli qonaqlar!
Bizim layihəmiz qeyri komersial və digər reklamlardan istifadə etmir. Buna görə də, biz Sizin maddi köməyinizə ehtiyac duyuruq.
Əgər Sizdə bizim layihəmizə necəsə kömək etmək istək varsa, Sizə minnətdar olardıq. Bütün yığılan vasitələr serverin ödəməsinə xərclənəcək.
Hesabımız:
Z246503364336

Harada ödəmək
(Dünya üzrə ödəmə məntəqələri)

Rəsmi syatlar

Qonaqlar

Flag Counter


Yəhudi təqvimi



Partnyorlar

Ulpan Moiz

Международная Ассоциация Израиль-Азербайджан

Şalom Gazetesi | Haftalık Siyasi ve Kültürel Gazete

РИЗВАН ГУСЕЙНОВ

1905.az - Genocide 1905

Архитектурная мастерская Ильгара Алиева

Hasturk

Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Yeoşua və Vəəd edilmiş torpaqların alınması

30-05-2013, 18:42 | Bölüm: Tarix | Baxılıb: 64 | Səhv tapdınız?
Yeoşuanın kitabı belə başlayır:
"Tanrının qulu Moşenin(Musa) ölümündən sonra, Tanrı, Moşenin köməkçisi Nunun oğlu Yeoşuaya belə deyir:" Qulum Moşe ölmüşdür və indi qalx və İordaniya çayını keç. Sən və bütün xalqın, İsrailoğullarına verdiyim torpaqlara gedəcəksiniz. Ayağınızın basdığı hər qarış torpağı, Moşeyə dediyim kimi, sizə verdim.
Həyatın boyunca heç kim səndən səlahiyyətli olmayacaq. Mən də Moşedə olduğum kimi, sənin yanında olacağam. Nə sənə köməyimi azaldacaq, nə də səni tərk edəcəyəm. Güclü və cəsarətli ol ki Moşenin sənə əmr etdiyi kimi, Tora'ya uyğun bir şəkildə yaşayabiləsən. Hara gedirsən get, sağa və sola sapmazsan, doğru yoldan ayrılmazsan müvəffəqiyyətə çatacaqsan. "
Yeoşuanın kitabı, Yəhudi tarixinin çox əhəmiyyətli bir hissəsində, İsrail torpaqlarının necə alınmağını və İsraeloğullarının orada necə məskunlaşdıqlarında izah edir. O zamanlar, 'Vəd edilmiş torpaqlar' deyə xatırlanan yerlərin, cənubu Misirlilər, şimalı isə Asurlular'ın əlində idi. Lakin iki dövlət də oranı idarəedə bilmirdi. Əslində, torpaqların bu hissəsini idarə edən kimsə olmasa da, 7 Kənaan qövmü, xəritənin bütününə dağılmış, divara çevrili 31 dənə şəhərdə yaşayırdılar və hər birinin də öz kralı vardı.
(Yeriho, Ay şəhəri və o zamanlar Yebusileri deyilən qövmün yaşadığı Yeruşalayim də bu şəhərlərdən biriydi.)
İsrailoğulları, torpaqlara girmədən əvvəl, Kenaan qövmlərinə belə bir mesaj göndərirlər: "Dünyanın yaradıcısı Tanrı, bu torpaqları atalarımıza vermiştir.Biz də mirasımızı almaq üçün buradayıq və sizlərin də barış içində buranı tərk etmənizi istəyirik."
Bir çox Kenaanlı'nın bunu etmədiyini söyləməyə ehtiyac yoxdur. (Yalnız 1 qövm, doğru şeyi edib torpaqlardan ayrılırlar.)
Bu vaxt, Yeoşua, Tanrıdan, əgər Kənaanlılar getməzlərsə, onları torpaqlardan atması lazım olduğuna dair qəti əmrlər alır, çünki əgər digər qövmlər o torpaqlarda yaşamağa davam etsələr Yəhudiləri yox edəcəklər. Kənaanlı qövmlər son dərəcə əxlaqsız olduqlarından və bütə ibadət etdiklərindən, Yəhudilərlə qonşu ola bilməzdilər.
Bu, eynilə pis bir mühitdə yaşamağın, uşaqlarınıza zərər verdiyini düşünməniz kimidir. Xarici təsirlərə qarşı hər zaman diqqətli olmalısınız.
Yaxşı, bundan sonra nələr olar?
YERİHO DÖYÜŞÜ
Yəhudilər, torpaqlara girərlər və ardı arda bir neçə döyüş edərlər. Bunların ilki, Kənaan'ın mərkəzinin girişində reallaşmış olan Yeriho Müharibəsidir.
Bəzi arxeoloqlar, surlarla çevrili bu şəhərlərə yahudilərin girəbilmələrinə, o zamanlarda olan böyük bir zəlzələ ilə açıqlayırlar. Tam Yəhudilər şəhəri almaq istədiklərində bir zəlzələ olması çox diqqət çəkicidir. Təbii ki, o zaman, xalq bu hadisəni möcüzə şəklində qiymətləndirmişdir.
İordaniya tərəfindəki sular çəkilir və onlar quru torpaqdan keçdikdən sonra yenidən sular geri gəlir. Bundan sonra, şəhərin divarlarını sarallar və gözlərinin qarşısında divarlar yerlə bir olur. Şəhəri fəth edərlər və Allahın əmri istiqamətində heç bir yeri yağmalamazlar.
İnanılması çətindir? Arxeoloq - fizikaçı Charles Pelegrino, 'Sodom və Gomore'yə Dönüş' adlı kitabında belə yazır: "...Yeoşuanın kitabında (4: 18) İordaniya Çayının sularının tez normal səviyyəsinə gəldiyi deyilir. Bu vəziyyət, İordaniyanın təbii barajlarının aktual tarixiylə də tutarlıdır. 48 saat içində (və çoxu zamanda 16 saat kimi qısa bir müddətdə), zəlzələnin yaratdığı daşdan bir maneənin arxasında yığılan sular, daşar və döküldükçe bu divarda böyük dəliklər açar. " (Səhifə 267)
Pellegrino, antik şəhər Yeriho olduğuna inanılan qalıqlar haqqında ətraflı məlumatlar verir. (Səhifə 257 - 268). Hekayənin, Yeoşuanın kitabında izah edildiyi şəklini dəstəkləyən bir çox dəlilə yer verər və çox qiymətli qənimətlər olaraq qəbul edilən taxıl ambarlarının da açılmamış, yağmalanmamış olduğunu bildirir. Hər halda, bu döyüşün, tarix dərslərində oxuduğumuz qanlı, təcavüzlərin və yağmalanmaların sürdüyü tipik bir fəth döyüşü olmadığı açıqdır. Allah, "Mənim əmrlərimi yerinə yetirin və müvəffəqiyyətə çatacaqsınız" demişdir.
HAMIMIZ BİRİMİZ, BİRİMİZ HAMIMIZ ÜÇÜN
Yəhudilər, bir sonrakı şəhər olan Ay şəhərinə çatırlar.
Lakin işlər burada çox asan getməz. Yəhudilər, bu şəhərdə bir çox itki verdikdən sonra ağır bir məğlubiyyətə uğrayırlar. Yaşadıqları bu hadisələ çöküntüyə uğrayan İsrailoğulları, Allahın özlərini niyə bu qədər qısa zamanda tərk etdiyiniə təəcüblənirlər, və qorxunc gerçəyi öyrənirlər: Ahan adlı biri, Yeriho'da bəzi əşyaları oğurlamışdır!
3 milyon insandan biri, Allahın sözlərini dinləməmişdi və bunun cəzasını hər kəs çəkirdi.
Tanahın burada bizlərə söylədiyi ən möcüzəli şey, Allahın əmrlərinə riayət etməyin nə qədər əhəmiyyətli olduğu və Yəhudilər üçün - birimiz hamımızı, hamımız birimiz üçün qanununun etibarlı olduğudur. Bu dərsdən yola çıxaraq, Yəhudilikdə, fərdi məsuliyyətin yanında, kollektiv məsuliyyətin da olduğunu görməkdəyik - heç kim bir ada deyil. Hər kəs bir bütünün hissəsidir və özün olduğu qədər, başqalarının hərəkətlərindən də məsuldur.
Bu günün dünyasında, hər kəsin dilinə doladığı söz: "öz işinə bax" dır. Halbuki əgər Yəhudilərin köhnə zamanlarda etdikləri kimi hərəkət etsək, dünyadakı problemlərin yarısı ortadan itər.
İSRAİL TORPAQLARINDA HƏYAT
Bir çox çətinliklərlə qarşılaşmış olmalarına baxmayaraq, İsraİl oğulları, Vəd edilmiş torpaqlara yerləşirlər lakin bundan sonra da həyatları sakit keçməz, xüsusilə də Yeoşua öldükdən sonra ...Tanah, bu vəziyyətin günahkarının yalnız Yəhudilərin özləri olduğunu açıqlayır:
"Və İsrail'in uşaqları, Allahın gözündə pis olanı etdilər ... Və Tanrının qəzəbi İsrailin üzərində idi və Tanrı, onları iş pozanlar əlinə verdi ... Və onları düşmənlərinin əlinə verdi." (Hakimlər, 2:8-14)
Bu mətni sadəcə oxuyan bir adam, İsrailoğullarının hamısının Tanrını buraxdıqlarını və bütpərəstliyə döndüklərini zənn edə bilər. Lakin əslində bu doğru deyildir. Qızıl buzov hadisəsində olduğu kimi yalnız xalqın kiçik bir hissəsi günah işləmişdir, lakin bu hadisədən bütün millət məsul tutulmuşdur.
Son dərəcə tənqidi olan bu hissə, Yahudilərin müqəddəs kitabını bənzərsiz bir sənəd edən tipik bir hissəsidir. İnsanların müqəddəs kitabıdır lakin eyni zamanda bu insanların günahlarını da izah edir. Bu kitabı əgər Yəhudilər yazmamışsa, antisemit yazmışdır deyilir. Eynilə Gabriel Sivanın Müqəddəs Kitab və Sivilizasiya "adlı kitabında araşdırdığı kimi: Tanahtaki qəhrəmanlar, bütün nailiyyətləri, qabiliyyətləri və insani səhvləri ilə tamamilə olduqları kimi izah edilmişdir,
Etik olaraq uzlaşmaz deyiliş tərzi, xüsusilə İngilis-Yəhudi yazar İsrael Zangwillə çox təsir etmişdir: Müqəddəs kitab, antisemitik bir kitabdır. İsrael, öz hekayəsində qəhrəman deyil, Əksinə pis adam rolundadır", Müqəddəs kitab, doğruları öyrətmək üçün vardır, qəhrəmanlıqları tərifləmək üçün deyil. (Səhifə 10) Müqəddəs kitabda, Yəhudilər haqqındakı tənqidlərin çox olduğu su aparmaz bir gerçəkdir lakin kiçik bir qrup tərəfindən edilən ən kiçik bir səhvin belə bu qədər sərtcə yarğılanmasının 2 səbəbi var:
Yuxarıda qeyd edildiyi kimi, hər yəhudi, bir digər Yəhudinin məsuldur. Və bir adamın etdiyi hər kəsə şamil edilə bilər.
Və insanlıq tarixində nümunəsinə tez-tez rast gəldiyimiz bir hadisə var dır ki, bir səhvə göz yumulduğu zaman, o səhv yayılar və qısa zaman içində ümumi bir vəziyyət halına gələ bilər. Bu səbəblə, Yəhudilər üçün əhəmiyyətli bir nöqtəyə diqqət çəkilməkdədir: Sizlər, ruhani baxımdan yüksək bir yerdəsiniz!
Əgər, yalnız kiçik bir qrupun etdiyi bir səhvə yol göz yumulursa, zaman içində bu kiçik qrup, bütün cəmiyyətə zərər verəcək. Bu onsuz da zamanla reallaşmış olan şeydir lakin tarixin o hissəsinə gəlmədən əvvəl, Yəhudilər, Vəd edilmiş torpaqlarda Hakimlər dövrü deyilən gözəl və şirin zamanlarını yaşayacaqlardır.

Yerləşdirdi: admin