Ana səhifə Əlaqə          בס"ד
Radio Sarı Gəlin
non-stop
Azərbaycan musiqisi







Elanlar

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Webmoney

Hörmətli qonaqlar!
Bizim layihəmiz qeyri komersial və digər reklamlardan istifadə etmir. Buna görə də, biz Sizin maddi köməyinizə ehtiyac duyuruq.
Əgər Sizdə bizim layihəmizə necəsə kömək etmək istək varsa, Sizə minnətdar olardıq. Bütün yığılan vasitələr serverin ödəməsinə xərclənəcək.
Hesabımız:
Z246503364336

Harada ödəmək
(Dünya üzrə ödəmə məntəqələri)

Rəsmi syatlar

Qonaqlar

Flag Counter


Yəhudi təqvimi



Partnyorlar

Ulpan Moiz

Международная Ассоциация Израиль-Азербайджан

Şalom Gazetesi | Haftalık Siyasi ve Kültürel Gazete

РИЗВАН ГУСЕЙНОВ

1905.az - Genocide 1905

Архитектурная мастерская Ильгара Алиева

Hasturk

Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Hakimlər dönəmi

30-05-2013, 19:05 | Bölüm: Tarix | Baxılıb: 64 | Səhv tapdınız?
Talmud, Hakimlər kitabına "Doğruluq" kitabı deyir.
Niyə?
Çünki, hər Yəhudinin məqsədi, Tövratı rəhbər tutaraq, yaxşılıqla pisliyi ayıra bilmək üçün öz hisslərində istifadə edə bilməkdir. Və Hakimlər dövründə də reallaşan budur.
"O zamanlar, İsraildə kral yox idi, hər kəs özünə görə doğru nədirsə, onu edirdi." (Hakimlər, 21:25)
Bəziləri, bu şərhin anarxiyanı izah etdiyini düşünürlər. Lakin anarxiya yox idi, Yəhudilərin böyük bir əksəriyyəti Tövrata son dərəcə bağlı idi, doğru qərarlar alırdılar və onlara nəyi etmələri lazım olduğunu söyləyəcək bəzilərinə ehtiyacları yox idi. Və bu da ideal olan yaşayış idi.
Təbii ki, Yeoşuanın ölümündən sonra hər hansı bir liderin olmamasının mənfi nəticələri də oldu, kiçik bir seqment bu vəziyyəti, bütpərəstliyə dönmək üçün fürsət olaraq gördü. Belə bir hadisənin reallaşmasının səbəbi, Yəhudilərin hələ də bütün Kənanlı qəbilələrdən xilas ola bilməməsi idi. Və Kənanlı bütpərəstlərin təsirləri hiss edilirdi.
Yəhudilər nə zaman Allahın yolunu buraxsa, reaksiya dərhal gəlirdi: "Və onlar, atalarını, Allahı qoyub, başqa tanrıların yolu ilə getdilər. Və Allahın qəzəbi İsrailoğularının üzərində idi. Və onları iş pozanlar və düşmənlərini əllərinə buraxdı..."(Hakimlər 2: 8 - 14)
Bu Yəhudi tarixində anlamağımız lazım olan ən əhəmiyyətli hadisələrdən biridir. Yəhudilər, Allahla etdikləri razılığa xəyanət etdikləri zaman, pis hadisələr meydana gəlir - çox vaxt bir düşmən gəlir və hücum edir.
Allahla edilən razılaşma, yalnız inananların Allaha qarşı olan davranışlarını ehtiva etməz, bunun yanında, insanların bir-birləriylə olan əlaqələrini də qaydaya salan əmrlər daxildir. Və hər ikisi də mütləq əmirlərdir.
XƏBƏRDARLIĞI DİQQƏTƏ AL!
Allah, təkrar-təkrar söyləyİr: Hər bir kəliməsinə qədər Tövrata tabe olun və sizləri heç kim narahat etməyəcək. Öz torpaqlarınızda sülh içində yaşayacaqsınız. Rifah içində olacaqsınız və yalnız bununla qalmayacaqsınız, bütün dünya sizdən doğru yolu öyrənəcək və bütün dünyanı yüksəldəcəksiniz.
Lakin Tövrata əməl etməsəniz, təbii ki cənnətdən bir əl sizə gəlib bir yumruq atmayacaq, çünki Allah özünü tarix içində, fərqli şəkildə göstərir. Bunun yerinə fiziki bir düşmən qarşınıza çıxacaq və ya uzun bir quraqlıq bütün topraqlarınızı qurudacaq və hamınız acı çəkəcəksiniz. Yəhudilərin başına pis bir şey gəldiyi zaman, bu heç bir zaman şans əsəri olmaz. Bunlar hər zaman, Yəhudilərin etdikləri bir səhvin nəticəsidir, və buna görə həll heç bir zaman yalnız xarici təhdidlərlə döyüşmək deyil. Əgər bir düşmən hücum etsə, müdafiə qaçınılmazdır lakin bu vaxt daxilə dönüb baxmaq da qaçınılmaz olmalıdır. Bir düşmənin varlığı, yalnız daxili olan daha böyük bir problemin işarəsidir.Biz bunu e.ə.1244-cü ildən e.ə 879-cu ilə qədər davam edən Hakimlər dövründə görürük.
"Və Allah, hakimləri çıxardı və onlar İsrailoğullarını düşmənlərinin əlindən qurtardılar ..." (Hakimlər, 2:16)
Hakimlər kim idi? Hakimlər, bu zamanlarda yüksələrək insanları birləşdirən, onları peşmanlığa yönəldən, xalqın ruhani problemləriylə maraqlanan və eyni zamanda fiziki təhdidlərlə də məşğul olan, Yəhudi liderlərdir.
Hakimlər, düşmənlərə qarşı xalqı necə silahlandıracaqlarını bilən hərbi liderlərdir eyni zamanda, onların gerçək gücləri Tövrat məlumatlarında və Yəhudi qanunlarını tətbiqlərində idi. İndi, Tanaxda keçən 16 hakimdən bir neçəsinin üzərində dayanacağıq:
DEVORA
İlk hakimlərdən biri Devora adında bir qadın idi (Hakimlər, bölüm 4 -5) Hər kəsin özünə gəlib məsləhətləşə biləcəyi bir palma ağacının altına oturmasıyla və eyni zamanda oradan döyüşləri idarə etməsiylə tanınırdı.
O zamanların ən böyük əsgərlərindən Barak, Devora olmadan döyüşə getməyi rədd edərdi. İkisi birlikdə, 900 dəmir arabası olan güclü Kenan ordularına qarşı İsrail ordusunu istiqamətləndirirdi.
Hakimlər kitabı, Sisera tərəfindən idarə olunan Kənanlılarla edilən əhəmiyyətli bir döyüşü izah edir.
Döyüşün ortasında, Barak, bu qədər güclü bir orduya qarşı, İsrailin dözə biləcəyindən şübhələnməyə başlayır, lakin Devora, özündən əmin bir şəkildə ayaqda dayanmaqdadır. Cənnətdən, heç gözlənilməz bir fırtına gəlir, və torpağı palçığa çevirir, beləcə bütün arabaları palçığa batan Kənanlılar çaxnaşma içində qalır.
Deboranın kəhanəti: "Tanrı, Kənanlıların generalı Siseranı əllərinə verəcək .." sözləri reallaşmış olur.
SİMŞON
Simşon, fövqəlbəşər gücüylə bilinən bir hakimdir. Və Fələstinlilərə qarşı döyüşləri idare etməklə məşhurdur. (Hakimlər, Bölüm 13 - 16)
Fələstinlilər, İsrailin və Livanın sahil bölgəsində və Qəzza-Aşdod-Yafa bölgəsində yaşayan və dənizdən qorxan bir tayfa idilər. Bu bölgəyə, Aralıq dənizindən köç etmiş və son tunc və ya erkən dəmir dövründə bura yerləşmişlərdir.
Peliştilərdən (Fələstinlilərdən) qalma qalıqlar, bu xalqın çox mədəni olduğunu göstərir. Çox mükəmməl dəmir alətləri və dəmir silahları vardı, bu da qonşularına qarşı onlara çox əhəmiyyətli texnoloji bir üstünlük verirdi. Bu gücləriylə, bu zamanlarda, yuxarı bölgələrdə yaşayan Yəhudiləri narahat etməyə başladılar.
Şimşon, Peliştilərlə mübarizə etmiş şəxslərdən biridir. Simson saçlarını heç kəsməzdi və fövqəlbəşər qüvvəsi də bu saçlarından gəlirdi.Peliştilərin içinə sızmaq üçün, onlara qatılmış kimi edərək Fələstinli bir qadınla evlənmiş lakin qadın, öz insanları tərəfindən öldürülmüşdü. Simson daha sonra Delilah adında başqa bir Fələstinli qadınla evləndi. Və bu çox böyük bir səhv idi. Delilah,
Şimşonun öz xalqı üçün çox böyük bir təhdid olduğunu anlamış, gücünü saçlarından aldığını da öyrənincə, bir gecə yatarkən, Şimşonun saçlarını kəsmişdi. Bunun nəticəsində Peliştiler Şimşonu yaxalaya bilmişlərdi. Şimşonun gözlərini oyub həbsə atdılar.
Amma bu sırada saçlarının uzandığını da unutdular.Saçları uzandıqca, Şimşonun fövqəlbəşər qüvvəsi də geri gəlirdi. Bundan xəbərsiz olan Peliştilər, Şimşonu, Dağan məbədində hər kəsin qarşısında edam etməyə qərar verirlər. Böyük bir xalq kütləsi, edamı seyr etmək üçün toplandığı, kor Simson, bir əsirdən, özünü məbədi dəstək olan kolonlar yanına aparmasını istədi. Yenilənən qüvvətiylə kolonları dağıtdı və bütün məbəd içindəkilərin başına yıxıldı, hər kəs öldü.
Həyatını Yəhudilər üçün fəda edərək ölmüşdür. 
ŞEMUEL
Hakimlərin sonuncusu, Yəhudi tarixindəki ən əhəmiyyətli peyğəmbərlərdən olan və İsrailin ilk iki kralı Şaul və Davidi açıqlamasıyla da bilinən Şemuel peyğəmbərdir. (1. Şemuel 1 - 16)
Şemuel, meydana çıxdığı anda, Yəhudilər, demək olar ki, 400 ildir, güclü bir liderdən məhrum idi. Hər kəs, fərdi məsuliyyətlərinin şüurunda olaraq yaşamağa çalışırdı, əksinə bir vəziyyətdə, Allah, onlara bunu Kənanlılar, Peliştilər və ya Midiyalıları istifadə edərək xatırladırdı. Bu çox çətin bir həyat formasıydı. Son zamanlarda, xalq, bu həyat şəklini, güclü bir liderləri olmadan davam etdirməyə başlamışdı.
Şemuel gənckən, Yəhudi qanunlarını tətbiq edərək torpaqlarda səyahət edər, insanlara tövsiyələri olardı, lakin indi yaşlandığında buna daha çox davam edə bilmirdi. Bu vaxt, onun yerini alan iki oğlu, insanlar tərəfindən Şemuelin yerinə qoyulmamışlardı.
Bunun üzərinə, bir heyət toplandı və Şemuelden bir kral seçməsini istədi. "Və insanlar Şemuelə dedi:" Sən artıq yaşlandın və oğulların da sənin yolunda irəliləyə bilmirlər. İndi bizə, bütün xalqlar da olduğu kimi bir kral ver. "Bu hadisə də Şemuelin gözündə xoş deyildi ..." (1. Şemuel 8:5-7)
Şemuel, bunu etmək istəmədi, lakin Allah ona irəliləməsini və insanlar üçün bir kral tapmasını söyləyir. Və bu şəkildə hakimlər dövrü sona çatır. Şemuel, 13 il hakimlik edər və son iki il də yeni kral olan Şaulla birlikdə Yəhudiləri idarə edir.

Yerləşdirdi: admin