Ana səhifə Əlaqə          בס"ד
Radio Sarı Gəlin
non-stop
Azərbaycan musiqisi







Elanlar

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Webmoney

Hörmətli qonaqlar!
Bizim layihəmiz qeyri komersial və digər reklamlardan istifadə etmir. Buna görə də, biz Sizin maddi köməyinizə ehtiyac duyuruq.
Əgər Sizdə bizim layihəmizə necəsə kömək etmək istək varsa, Sizə minnətdar olardıq. Bütün yığılan vasitələr serverin ödəməsinə xərclənəcək.
Hesabımız:
Z246503364336

Harada ödəmək
(Dünya üzrə ödəmə məntəqələri)

Rəsmi syatlar

Qonaqlar

Flag Counter


Yəhudi təqvimi



Partnyorlar

Ulpan Moiz

Международная Ассоциация Израиль-Азербайджан

Şalom Gazetesi | Haftalık Siyasi ve Kültürel Gazete

РИЗВАН ГУСЕЙНОВ

1905.az - Genocide 1905

Архитектурная мастерская Ильгара Алиева

Hasturk

Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın yəhudi icmasına məktubu

Azərbaycan Respublikasında dini azlıqların hüquqlarının qorunması və təminatı sahəsində müstəqillik əldə edildikdən keçən illər ərzində dövlət çox mühüm addımlar atıb. 1992-ci ildə "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib və zaman keçdikcə, şəraitə uyğun olaraq həmin qanuna 1996 və 1997-ci illərdə müvafiq düzəlişlər edilib. Bu qanuna görə, Azərbaycan Respublikasında vətəndaş hüququna malik olan hər bir kəs dinə münasibətini müstəqil müəyyənləşdirir, hər hansı dinə təkbaşına və başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir.
Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən, "hər kəsin dinə münasibətini müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və ya yaymaq hüququ vardır" (Mənbə: Azərbaycan Respublikasının Konstitusiyasının 48-ci maddəsinin ikinci hissəsi).
Azərbaycanda üç yəhudi icması - dağ yəhudiləri, aşkinazi Avropa yəhudilərinin dini icması və gürcü yəhudiləri icması fəaliyyət göstərir. Bütövlükdə Azərbaycanda yəhudilərin sayı 16 mindir. Bunlardan 11 mini dağ yəhudiləridir ki, onların təxminən 6 mini Bakıda, 4 mini Qubada, min nəfəri isə başqa şəhərlərdə yaşayır. Aşkinazi yəhudilər 4,3 min nəfərdir. Onların əksəriyyəti Bakı və Sumqayıtda yaşayır. Gürcü yəhudiləri təxminən 700 nəfərdir.
Dağ yəhudiləri hazırda ölkədəki bütün yəhudi icması arasında çoxluq təşkil edir. Onların dili tat dilidir, lakin nitqlərində çoxlu türk, fars və rus sözləri var. Bakıda, Qubada, Oğuzda dağ yəhudilərinin bir neçə sinaqoqu fəaliyyət göstərir. Qubadakı Qırmızı Qəsəbə bütün postsovet məkanında dağ yəhudilərinin yaşadıqları yerdir. Aşkinazi yəhudilər Avropa yəhudiləridir, əslən orta əsrlər Almaniyasındandırlar. Gürcü yəhudiləri icması sayca kiçik olsa da, fəal icmadır. 2007-ci ildə "Coynt" yəhudi komitəsinin maliyyə yardımı ilə gürcü yəhudilərinin sinaqoqu bərpa edilib.
Azərbaycan müstəqillik əldə etdikdən sonra buradakı yəhudi icmaları daha da fəallaşıb, beynəlxalq yəhudi təşkilatları ilə əlaqələrini möhkəmlədib, öz dini məktəblərini, mədəniyyət mərkəzlərini, cəmiyyətlərini, qəzetlərini yaradıblar. "Soxnut" yəhudi agentliyi, "Count" və Vaad - l - Hetzola yəhudi komitələri Azərbaycandakı yəhudi diasporu arasında yəhudi ənənələrini qoruyub saxlamaq, sinaqoqlara yardım göstərmək və müxtəlif mədəniyyət tədbirləri keçirməklə məşğuldur.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1998-ci il sentyabrın 19-da Azərbaycanın yəhudi icmasını Yeni il bayramı - Roş-ha-Şana münasibətilə təbrik məktubu göndərib. Məktubunda Heydər Əliyev yəhudilərin azərbaycanlılarla birgə respublikanın ictimai - siyasi, elmi - mədəni həyatında fəal iştirak etdiklərini vurğulayaraq dövlətin bütün milli azlıqlara eyni münasibətin olacağını qeyd edib.
Tarixi arayış 24 yanvar 2008-ci ildə tərtib edilib.

Yerləşdirdi: admin