Ana səhifə Əlaqə          בס"ד
Radio Sarı Gəlin
non-stop
Azərbaycan musiqisi







Elanlar

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Webmoney

Hörmətli qonaqlar!
Bizim layihəmiz qeyri komersial və digər reklamlardan istifadə etmir. Buna görə də, biz Sizin maddi köməyinizə ehtiyac duyuruq.
Əgər Sizdə bizim layihəmizə necəsə kömək etmək istək varsa, Sizə minnətdar olardıq. Bütün yığılan vasitələr serverin ödəməsinə xərclənəcək.
Hesabımız:
Z246503364336

Harada ödəmək
(Dünya üzrə ödəmə məntəqələri)

Rəsmi syatlar

Qonaqlar

Flag Counter


Yəhudi təqvimi



Partnyorlar

Ulpan Moiz

Международная Ассоциация Израиль-Азербайджан

Şalom Gazetesi | Haftalık Siyasi ve Kültürel Gazete

РИЗВАН ГУСЕЙНОВ

1905.az - Genocide 1905

Архитектурная мастерская Ильгара Алиева

Hasturk


Təqvim

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Beyt-Hamikdaş (Sülüyman Məbədi)

18-06-2013, 10:07 | Bölüm: Tarix | Baxılıb: 740 | Səhv tapdınız?
Beyt-Hamikdaş, Yəhudinin öz içində, ürəyində, qəlbində, Tanrıya ayırdığı yerin dərinləşmiş və dəqiqləşmiş halıdır. Beyt-Hamikdaş, Şelomo Amelehin (Süleyman), atası David Amelehin (Davud) vəsiyyəti əsasında və Tanrı iradəsinə görə Yeruşalayim şəhərində inşa etdirdiyi görkəmli məbədin adıdır. Sefer Ha Zoarda izah edilən bir təlimə görə Tanrı dünyanı yaratdığı zaman, göylərdə möhtəşəm taxtının altından qiymətli bir daş götürmüş və onu boşluğa fırlatmışdır. Bu daş gözlə görülməyən bağlarla, yuxarıda Tanrının taxtına bağlıymış. Bağın bir ucuna bağlı olan daş yerüzünə enmiş və sularda sağa sola və hər istiqamətə hərəkət edərək dünyamızı yaratmışdır. Bu daşın adı "Even Şatiah" yəni "Nirengi daşı" olub, dünyanı meydana gətirən bu daş, dünyanın mərkəzi, göz bəbəyi və ya göbəyi olaraq xarakterizə edilməkdədir. Tanrı, bu daşın düşdüyü yerdə də Yeruşalayim şəhərinin qurulmasını qullarına əmr etmiş. Onlara: "Budur Yeruşalayim, onu dünyanın mərkəzinə yerləşdirdim, digər ölkələr də ətrafındadır" demişdir.
Birinci əsrdə yaşamış Yəhudi mütəfəkkirlərdən Rabi Şemuel, dünyanın şəklini belə təsvir etmişdir; "Dünya insan gözünə bənzəyir, göz ağı quruları əhatə edən okeanlardır, üzərində yaşadığımız torpaqlar gözün irisidir. Yeruşalayim isə göz bəbəyi və gözbəbeyinin içindəki görüntu isə" Beyt-Hamikdaş "yəni müqəddəs məbəddir".
Başqa bir orta əsr mütəfəllirinə görə, Tanrı dünyanı eynilə, ana rəhmində inkişaf edən bir uşaq kimi yaratmışdır. Uşağın göbəkdən bəslənib böyüməsi kimi, dünya da bu mərkəz nöqtədən başlayıb, hər istiqamətə doğru inkişaf etmişdir. Bu nöqtə və ya göbək Yeruşalayimdir. Onun da mərkəzi "Even Şatiah" üzərinə inşa edilən Müqəddəs Məbəd.
Bu daş əslində böyük bir qaya kütləsidir. Avraam,(İbrahim) oğlu Yitshakı(İshaq) bu qaya kütləsi üzərində qurban etməyə hazırlanmış, Yaakov(Yaqub) məşhur nərdivan yuxusunu bu yerdə görmüş, David Ameleh, Müqəddəs məbədi bu qaya ətrafında inşa etməyi hazırlamış və oğlu Şelomo Ameleh də burada Moria dağının təpəsindəki bu qayanın olduğu yerdə məbədi inşa etdirmişdir.
David Ameleh Yeruşalayim şəhərini ələ keçirdikdən sonra, bu şəhər artıq yəhudi xalqının siyasi və dini paytaxtı olur. David şəhəri düzəldir , ola biləcək hücumlara qarşı möhkəm surlarla əhatə edir. Təəssüf ki, ən böyük əməli olan və Allaha sarsılmaz inancına dəlil olmaq üzrə etdirmək istədiyi məbədi inşa etməyə ömrü çatmır, bu vəzifəni oğlu Şelomoya vəsiyyət edir.
Şelomo Ameleh də, ən az atası qədər müvəffəqiyyətli bir kraldır. Onun dövründə İsrail oğulları müharibə etmir, iqtisadi olaraq inkişaf edir və zənginləşir.
Bir təlimə görə Şelomo, Beyt-Hamikdaş'ı inşa etdirməyə qərar verdiyində Tanrının mələklərindən biri ona yuxusunda görünür və belə deyər: "Ey İsrail kralı David Ameleh'in oğlu Şelomo,(Süleyman) Allahın Adını şərəfləndirmək üçün edəcəyin məbədə, bütün xalqının öz imkanları daxilində iştirakını təmin edəcəksən. "
Şelomo bütün təbaasını, hər sinifdən insanı sarayına dəvət edir. Saray ərkanı, idarəçilər, Koen, Rabi və xalq toplanır. Kral Şelomo hər qrupu bir işlə vəzifələndirmişdir. Saray ərkanı və idarəçilərə məbədin qübbələrinin, sütunlarının və pillələrinin inşasatı, Kohenlere və Levililərə "Aron Aberit" in yerləşdiyi müqəddəs hissənin inşaatı , güclü və varlı sinifə Məbədin şərq hissəsinin inşaatı, kasıb və möhtac qruplara də qərb hissəsinin inşaatı düşmüşdür.
İdarəçilər və zənginlər əllərindəki ziınəətlıri qiymətləndirərək, lazımlı inşaat vəsaitlərini almışlardır. Tir və Sidon xalqından işçilər və ustabaşları gətirdərək güclü qruplar yaratmışlar və qısa müddətdə vəzifələrini tamamlamışlardır.
Kasıb xalqın payına düşən Qərb hissəsi isə ən son bitən qisim olmuşdur. Xalq əl əməyi alın təri ilə o böyük daşları daşımış, kəsib yontmuş və özlərinə düşən Qərb divarını min bir çətinliklə ancaq bitirəbilmişdir.
Bu müqəddəs vəzifə bitib də Beyt-Hamikdaş bütün gözəlliyi ilə dimdik ayaqda dayandığında Tanrı bu müdhiş əsəri araşdırıb baxışlarını "Qərb Divarı" üzərində dayandıraraq "Kasıb və möhtac xalqın əl əməyi və alın təri mənim nəzərimdə ən qiymətli olanıdır. Bu divara əbədi olaraq xeyir- dua verirəm" demişdir və bir ilahi səs də əks-sədalanaraq belə təkrarlamışdır, "Tanrının müqəddəs varlığı, Qərb divarını əbədi olaraq tərketməyəcəkdir."( Bu gun hələ də dağıdılan məbədin Qərb divarı ayaqdadır.Bu da Tanrının vəədinin gərçək olduğunu göstərir)
Şelomo Ameleh'in, tikdirdiyi Müqəddəs Beyt-Hamikdaşın uzunluğu 60 arşın, eni 20, hündürlüyü 30 arşindir. Məbədin önündəki eyvanın (giriş holü) uzunluğu 20 arşın və eni 10 arşındır. Məbədin pəncərələri qəfəslərlə bağlıdır. Məbədin divarlarına bitişik mərtəbələr vardır. Mərtəbələrin ətrafında yan otaqlar vardır. Alt qat 5 arşın enində, orta qat 6 arşın enində və 3–cü qat 7 arşın enindədir.Məbəd daş ocağında yonularaq hazırlanmış daşlardan hazırlanmış olub inşaat əsnasında məbəddə çəkic, balta və ya hər hansı bir qırıcı -kəsici alət istifadə edilməmişdir.
Orta yan otaqların qapısı sağ tərəfdədir və nərdivanlarla orta mərtəbəyə və orta mərtəbədən üçüncüyə çıxılır. 1. qata 3 düz pilləkənlə, 2. qatta sarmal 5 pilləkənlə, 3-cü qata isə düz 7 pilləkənlə çıxılır.
Məbədin tikintisi bitincə, məbəd sidr ağacından qalın taxtalarla örtüldü. Məbədə bitişik mərtəbələri yüksəkliyi 5 arşın idi və bu qatlar sidr ağacı ilə bağlandı.
Məbədin divarları içəridən də sidr ağacı örtüldü. Döşəmə Selvi ağacı ilə örtüldü. Məbədin ən iç tərəfinə "Əhd Sandığı" nı qoymaq üçün bir daxili otaq hazırlandı (dvir). İç otağın içəridən uzunluğu, eni və hündürlüyü 20 arşın idi. O otaqsaf qızılla örtüldü. Sidr ağacını örtülmüş olan məbədin divarları da saf qızılla örtüldü, içəridəki otağın qarşısına qızıl zəncirlər çəkildi.
İç otaqda hər biri 10 arşın hündürlüyündə zeytun ağacında iki kərubi (Kərubilər Sfinksə oxşayan aslan bədənli, insan başlı qanadlı mələkdir. Beyt-Hamikdaş'da əhd sandığının qoruyucuları, cənnətdəki Ədn Baxçasında isə müqəddəs həyat ağacının müdafiəçiləridir) hazırlandı. Kərubilərin qanadları 5 arşın uzunluğunda idi. Bu kərubilər də qızılla örtüldü.
Məbədin xaricindəki və içindəki bütün divarlara qabartma şəkillər, mələklər, xurma ağacları və çiçək fiqurları oyuldu. Məbədin içi və xaricindəki bütün döşəmələr qızılla örtüldü.
İç otağın qapıları zeytun ağacından hazırlanıb müxtəlif oymalarla bəzədildikdən sonra qızılla örtüldü.
Məbədin giriş qapısı Selvi ağacından edilmiş olub hər bir qanad ikiyə qatlanabilirdi. Qapılar müxtəlif oymalarla bəzənmiş və qızılla örtülmüşdü.
Daxili həyət isə üç sıra yonulmuş daş və bir sıra sidr ağacı ilə hazırlandı.
Məbədin sütunları, Livan meşələrindən kəsilmiş sidr ağaclarından hazırlanan örtüklərlə örtülmüşdür.
Şelomo Ameleh'in hökmlərini verəcəyi bölüm və özünə aid olan quruluş da Yatziah (xas otaq) məbədin içində idi, daşdan hazırlanmışdır və sidr ağacı ilə örtülmüşdür. Bu bina 30 hissədən meydana gəlirdi.
Şelomo Ameleh Naftali qəbiləsindən dul bir qadının oğlu olan tunc ustası Xiramın(Xiram Usta) , Surdan gətirdərək iki tunc sütun düzəltdi. Sütunların yüksəkliklərdə 18 arşın olub ətrafları 12 arşın idi. Dirəklərin üzərində 5 arşın hündürlüyündə başlıqlar vardı. Başlıqlarda zəncir işi 7 cüt çələng var idi. Bu sütunların birləşdirilmələri üçün şəbəkə formasında nar və zanbaq təsvirləri bəzəkli bir qəfəs hazırlandı. Sütunlar məbədin eyvanına tikildi. Sağ sütunun adı "Yakin" (gücləndirəcək), sol sütunun adı "Boaz" (qüvvə ilə) qoyuldu.
Süni hovuz dördbucaqlı formasında olub eni 10 arşın və hündürlüyü 5 arşın, dərinliyi 1 arşın idi içinə 2 min bat su (74 m3) ala biləcək tutumda idi. On iki öküz üzərinə oturdulmuşdu. Hər üç öküz bir istiqamətə baxardı. Öküzlərin sağrıları içə doğru idi. Hovuzun kənarları zanbaq sapları kimi işlənmişdi. Kənarında onu qucaqlayan, hər bir dənəsi 10 dənə və 2 dənə olmaq üzrə tumurcuqlar vardı, hovuzdan su tökülərkən tumurcuqlardan da tökülürdü.
Tunc dayaqları 10 dənə idi. Dayaqları pərvazları arasında lövhələr vardı və lövhələrin üzərində aslanlar, öküzlər və kərubilər vardı.
Tuncdan qazanlar 10 dənə idi. Hər bir qazan 40 bat su alırdı. Hər ayaqlığın üzərinə bir qazan, 5 ayaqlıqlı qazan məbədin sağına, digər 5 ayaqlıqlı qazan da məbədin soluna qoyuldu.
Süni hovuz məbədin gün doğuşu istiqamətinə qoyuldu.
Məbədin bütün qapıları, üzərində dinclik çörəyi olan qızıl masa, içəridəki otağın qarşısında, beşi sağda beşi solda olan saf altından, şamdanlar çiçəkləri, çıraqları, masalar, daşların, qayçıları, ləyənləri qaşıqları qabları və bütün məbədin qapı toxmaqları saf altından hazırlandı.
Şelomo Ameleh İsrailin ixtiyarlarını bütün qəbilələrini, əmrlərini, Allahın Əhd sandığını Siondan yuxarı Məbədə çıxarmaq üzrə yanına çağırdı. Bütün İsrail kişiləri 7-ci ayda bayramda Şelomo Amelehin ətrafına toplandılar. Kohenler sandığı qaldırdılar. Toplanma çadırını, sandığı və çadırda olan bütün müqəddəs əşyaları Levilerle birlikdə məbədə daşıdılar və ən iç otağa yerləşdirdilər. Sandıq kərubilərin qanadları arasına qoyuldu. Sandığın içində Moşe Rabenuya (Musa) Tanrı tərəfindən verilən On Əmirin yazılı olduğu iki daş lövhə vardı.
Sandıq yerinə qoyularkən yüzlərlə qoyun və mal-qara qurban edildi.
Kohenler daxili otaqdan çölə çıxınca, otağı bir bulud doldurdu.
Şelomo Ameleh çöldə xalqının arasında əllərini göyə doğru qaldıraraq Allaha şükür, öz milləti adına vədlər verdi və onu ucaltdı. Uzun uzun dua etdikdən sonra əlləri göyə doğru qalxaraq dizlərinin üzərində yerə çökərək bu duanı edir; 
"Sən göylərə və göylərin göylərinə sığmazsan. İnşa etmiş olduğum bu ev daha az! Yenə də Tanrım qulunun duasına və yalvarışlarına qulaq ver, qulunun bu gün sənə etdiyi duanı dinlə: Gözlərin gecə gündüz Adın orada olacaq dediyin bu evin, bu yerin üzərində olsun. Qulunun və İsrail millətinin burada edecəyi duanı dinlə (I Padşahlar 8:27-30).
Bu mərasimdə 22.000 öküz və 120 qoyun qurbam edildi. 14 gün bayram edildi.

Yəhudilikdə Beyt-Hamikdaş'ın Əhəmiyyəti
Beyt-Hamikdaş, Yəhudilərin ilin bir neçə dəfə və Şənbə günləri ziyarət etməsi lazım olan ən əhəmiyyətli yeri idi.
Bütün dini bayramlarda Yeruşalayim'in hər tərəfindən və xarici şəhərlərdən (Şilo, Samaria, Şekem, Yeuda) toplanan bütün Yəhudilər məbəddə bir araya gəlirdilər.
Yəhudilər, məbədə musiqi yoldaşlığında gəlirdilər. "Bayramın qeyd olunduğu gecədə ilahi oxuyacaqsınız; və Rəbbin dağına İsrailin kayasına gəlmək üçün fleyta çalaraq və ürək sevinci ilə gələcəksiniz və mövsümün ilk turfanda meyvələrini də gətirəcəksiniz." (Yeşaya 30:29).
Sukot və Pesaxda çardaqlar qurarlar və bayramlarını orada qeyd edərlərdi.
Peyğəmbərlər dövründə, Yəhudilər orada toplanarlar və onları dinləyərdilər.
Məbədin İstifadə şərtləri
Xarici həyət (ulam): Bu hissəyə bütün İsrail xalqı girə bilərdi. Qurbanlar burada kəsilər, çardaqlar burada qurulurdu. Bu hissəyə girən bütün Yəhudilərə "İsrael" deyilərdi.
Müqəddəs Bölüm (ana bölüm) (Haehal): Bu hissəyə İsrael'ler girə bilməz yalnız Levi və Kohenler girərdilər. Onlara düşən qurban, təqdis mərasimləri burada edilərdi.
Müqəddəslər müqəddəs hissəsi (Dvir): Bu bölüm, Allahın Sina dağında Moşeyə verdiyi On Əmr lövhlələrinin içində mühafizə edildiyi müqəddəs sandığın və məbəd xəzinələrinin olduğu qisimdi. Sina dağında olarkən Allah iradəsiylə hazırlanan müqəddəs sandıq, qızıl menora, şamdanlar və digər müqəddəs vasitələrin bu hissədə bulunmaqda idi. Tanrının varlığının hiss edildiyi bu bölüm olduqca boş idi.
Bu hissəyə yalnız Kohen Gadolin girə bilərdi. Kohen Gadolin ildə bir dəfə mikve etdikdən sonra, ağappaq geyimlərini geyər və bu hissəyə girib ibadət edərdi. İlin bu tək günü Yəhudilərin kəffarə tgünü olan Kipur günüdür.
Bu qaydalara krallar da daxil idi. Kohenler'e Levin xidmət edirlərdir. Levilərə də Abiatar və Eli ailələri xidmət edərlərdi. Zadok ailəsi isə yalnız Kohen Gadola xidmət edirdi.
Beyt-Hamikdaş Müziği
Beyt-Hamikdaş'ta davamlı ilahi musiqi çalan musiqiçilər olurdu. Bunlar müqəddəs günlərdə və gündəlik dua saatlarında ilahi musiqi çalırdılar. Bayramlarda xüsusi mizmorlar oxuyurdular. Çaldıqları alətlər lir, arfa, fleyta və simbaldi.
I. Yıxılış
Şelomo Amelehin krallığı boyunca qızıl çağını yaşayan Yəhudiləri onun ölümündən sonra başa keçən krallar bir yerdə tuta bilmədilər. Krallıq Yehuda və İsrael deyə ikiyə bölündü. Yeruşalayim, Yehuda Krallığının paytaxtı olur.
Şəhər böyük iqtisadi çətinliklər və problemlər içinə düşür. Köhnə görkəmini itirir.
E. ə 587-ci ilin 9 Av günündə, (təminən İyunun 28) Yeruşalayim Babillilərin əlinə düşür. Şəhər və məbəd yerlə bir edilir. Arxasından bütün şəhər xalqı Babilə sürgün olunue. Əsrlər boyunca tekrarlanacaq Diaspora Zinciri Misir əsarətindən sonra bir dəfə daha yenidən başlamış olur.
Babil sürgünü 70 il sürür. Bu müddətdə Yəhudilər anayurtlarını əsla unutmazlar. Və acı dolu mizmorlar yazarlar.
Əgər unudarsam səni ey Yeruşalayim
Sağ əlim bütün hünərini unutsun
Əgər səni xatırlamazsam 
Ey Yeruşalayim və ən böyük sevincimdən üstün tutmazsam
Dilim damağıma quruluşu (Mizmor 137)
II. Beyt-Hamikdaş Dövrü
"Sizi millətlərdən alaraq, bütün diyarlardan toplayaraq və sizi öz topraklarınıza aparacağam və atalarınıza verdiyim ölkədə oturacaqsınız. Və buğda çıxaracağam və onu çoxaldacağam və üzərinizə qıtlıq getirməyəcəyım və viran olan torpaqlar işlənəcək və deyəcəklər; Viran olan bu diyar Cənnət bağçası oldu, mən Tanrı, yıxılmış olan yerləri mən düzəltdim və çöl edilmiş olanı mən qurdum "" (Yehezkel 37:24-26).
Yeruşalayimin e.ə. 587-de Babil padşahı Nabukadnezarın tərəfindən yıxılıb, bütün xalqının sürgün edilməsindən 70 il sonra, dövrün dini lideri Yehezkel ulusuna qurtuluş ümidini, belə aşılayacadı. 6 əsr davam edəcək və tarixdə II. Məbəd Dövrü olaraq xatırlanacaq zaman diliminin ilk təməlləri beləcə atılmış olacaq.
Babil dövlətini yıxan Fars padşahı Kir, Yehuda Krallığına, bu səbəbdən Yeruşalayimə sahib olur. Kir, Babildəki Yəhudilərin anavətənlərınə dönmələrinə imkan verir. Onlara Yeruşalayimi yenidən inşa etmələri üçün qızıl vəd edər. Məbəd yenidən inşa edilir. 70 il boyunca boş və baxımsız qalan şəhər təkrar canlanmağa Nehemia ilə siyasi şüura varmağa başlayaraq, Ezra ilə də Yəhudiliyin müzakirəsiz dini mərkəzi halına gəlir. Bu vəziyyət Helen Hökmdarı Böyük İskəndərin müqəddəs torpaqları e.ə. 332-ci ildə işğal etməsinə qədər sürəcək.
İskəndərin ölümü ilə Yeruşalayim, Misirlilər və Yunanlılar arasında bir neçə dəfə əl dəyişdirir. Bundan ən çox təsirlənən də yerli xalq olur. Hər şeyə baxmayaraq Beyt-Hamikdaş, dini və ictimai həyatın mərkəzi olmağa davam edir. Din adamları Kohenlerin meydana gətirdiyi ictimai sinif yanında, yeni sosial siniflər inkişaf edir.
 Helenizm dövrü
Yunan Kralı Antiyoxun taxta keçməsi, Yəhudilərin həyatını dərindən sarsıdır. Antiyox, Yeruşalayimin daxili işlərinə qarışaraq böyük Kohen (Kohen Gadolin) IV Oniası vəzifəsindən uzaqlaşdırır və Yunan meylləri olduğu bilinən Yehoşuayı təyin edir. Yehoşua, Yeruşalayimi Antiyoh adını verəcəyi bir Helen şəhəri halına gətirmək üzrə geniş diametrdə dəyişikliklərə girişir. Şəhərdə bir Gimnasium qurur və bu qurum qısa bir müddət sonra, sosial və mədəni fəaliyyətlərin mərkəzi olaraq Beyt-Hamikdaş'ın əhəmiyyətini kölgədə qoyur. Daha sonra Beyt-Hamikdaş yağma edilir, içinə Hellenistik Paganist ünsürlər yerləşdirilir. Bütün bu hadisələr, Yeruşalayimin Yəhudi xarakterini gerilətməyə başlayır.
Mitzvaların yəni dini rituallara əməl olunması qadağan edilir, Şabata əməl edənlərin, oğullarını Brit-Mila etdirənlərin (Sünnət) ölümlə cəzalandırılacaqları elan edilir. Yəhudilər çox tanrılı Paganist dinə keçməyə zorlanırlar və nəhayət məbədin müqəddəsliyi pozulur və adı Zeus Məbədi olaraq dəyişdirilir.
Antiyoxun düşündüyünün əksinə, Yəhudi xalqının böyük bir hissəsi inanclarına ölüm bahasına da olsa sadiq qalır. Tarixdə ilk dəfə bu dövrdə, din və inanc uğrunda kütlə halında ölümə getmə faktı reallaşır.
Antiyoxun təzyiqi, qısa müddətdə Yəhudilərin arasında bir üsyan hərəkətinin cücərməsini gətirib çıxarır. Xaşmonaim ailəsinin liderliyində gerçək bir çevrilişə çevrilər. Yehuda Makabi Yeruşalayimi qurtararaq, məbədi Paganist bütlərdən təmizləyir və xidmətə açır. Bu böyük hadisənin xatirəsinə indiki vaxtda hələ qeyd olunan Xanuka bayramını yaranır.
Bu hadisədən sonra 100 il qədər suverenlik Xaşmonaim ailəsinin əlində qalar. Yeruşalayim yenidən paytaxt olur, Beyt-Hamikdaşın qüllələri təmir olunur, sağlamlaşdırılır. Şəhərin yuxarı hissəsi ilə Məbədin olduğu təpə arasına bir körpü inşa edilir. Hər kəs dinc və rahatdır. Ta ki Roma qüvvələri şərqə doğru irəliləyərək, Yehuda ölkəsinin qapılarına dayanıncaya qədər.
Roma Dövrü
Roma hakimiyəəti ərzində, Yeruşalayimin ən əhəmiyyətli siması Kral Herod olmuşdur. Herod, Roma təsirində olan şərqli hökmdarların ən güclüsü, bəzi psixoloji pozuntulara baxmayaraq cəsur bir sərkərdə, yaxşı bir əsgər, qabiliyyətli bir rəhbərdi. Herod zamanında Yeruşalayim elm mərkəzi halına gəlir. Bir çox şagirdi saxlayır. Şəhərin əhalisi 120.000-ə çatır.
Herodun ölümü ilə Yeruşalayimdə Romalı Qubernatorlar dövrü başlayır. Yehuda krallığı Romalıların müstəmləkəsi halına gəlir. Yəhudilər ağır vergilər altında əzilərkən Romalılar ilə aralarındakı gərginlik son nöqtədədir. Qarşıdurmalar başlayır. Roma qüvvələrinin başına Titus keçir və E.s. 70-ci ilin yazında Yeruşalayimi əhatə edir. Şəhərdə aclıq baş göstərər, nəhayət yenə bir TESA-Beav günü, 9 Av tarixində şəhər düşür. Son qalan Yəhudi döyüşçüləri Beyt-Hamikdaş ətrafında mövqəyə sahib olsalarda də Romalı əsgərlər buranı yerlə bir edirlər, müqavimət göstərən son əsgərləri də qətlə yetirir. Ardından, həyatda qalan bütün Yəhudi xalqını sürgünə göndərirlər.
Əfsanəyə görə Romalılar, Yeruşalayimi işğal etdiklərinə məbədi əhatə edən 4 divarın hər birinin dağıtması 4 ayrı sərkərdəyə verilmişdir. Divarların üçü tamamilə yıxılmış, 4.sərkərdə isə vəzifəsini yerinə yetirməmişdir. İmperator komandir hirslənib sorğuya çəkdiyində də belə demişdir;
"Ey kralım, digər sərkərdələrin etdiyi kimi, mən də bu divarı əgər dağıtsaydım, bizdən sonra gələcək millətlərin heç biri dağıtdığınız bu əsərin nə cür möhtəşəm olduğunu görüb anlamayacaqdır. Əksinə bu divar ayaqda qaldığı müddətcə gələcək nəsillər ona baxacaq və Titus nə böyük bir zəfər əldə etdi və baxın nələr yıxdı deyəbiləcəklərdir. "
Sərkərdənin yıkamadığı bu divar hələ də varlığını davam etdirən Kotel Ha Maaravi yəni Qərb Divarı idi. (Yuxarıda Tanrının vəədini yadımıza salaq)
Titus, Yeruşalayimi yandırıb yıxdıqdan sonra, Romaya bir çox Yəhudi əsirlə birlikdə çox qiymətli qənimətlər də aparmışdır. Romadakı məşhur Titus tağı, o günlərin xatirəsinə tikilmişdir. Bu gün hələ dimdik ayaqda dayanan bu tağda, əsirlərin daşıdığı qənimətlər arasında məbədi bəzəyən qızıl Menorayı görmək mümkündür.
Əsrlər boyu, heç bir Yəhudi Romada bu tağın altından keçməmişdir. Çünki bu tağ Yəhudi eəarətinin simvolu sayılmışdır. 1947-ci ildə Birləşmiş Millətlər Təşkilatının, Fələstin torpaqlarının paylaşılmasını qərarı verib də, bir Yəhudi dövlətinin quruluşuna istiqamətli ilk addımların atıldığı gün, bütün Roma Yəhudiləri bu tağın altında görüşmüşlər və "Yəhudi xalqı artıq azad vətəninə sahib olacaq" inancıyla bu abidənin altından əl-ələ keçmişlərdir.
Osmanlı Dövrü
Yeruşalayim Yavuz Sultan Səlim tərəfindən alındığı zaman, Beyt-Hamikdaş artıq yerində deyildir. Yalnız Qərb divarı dimdik ayaqda qala bilmişdir.
O dövrdə keçən tarixi və maraqlı bir hadisə də belə reallaşmışdır. Osmanlılar, Yeruşalayimə girdikləri zaman, Qərb Divarı tonlarla zibillik altında görünməz bir haldadır.
Sultan Səlim Məbədin yerini araşdırmaqda və tapılmasını istəməkdədir. Oğlu Qanuni Sultan Süleyman ilə şəhərdə gəzərkən, qan tər içində qalmış, başında böyük bir səbət olan yaşlı bir xristian qadınla qarşılaşmışlardı. Sultan səbətdə nə olduğunu soruşduqda, səbətin içində heyvan peyini və zibil olduğunu öyrənmiş çox təəcüblənmiş və səbəbini soruşmuşdur.
Qadın Beth-Lehemdən gəldiyini, iki günlük yol aşdıqdan sonra bu pislikləri, köhnədən Yəhudilərin müqəddəs məbədinin bulunduğu yerə tökəcəyini, bunun xristiyan din adamları tərəfindən əmr edildiyini və əsrlərdir, 30 gündə bir bu yerə heyvan pisliklərinin və zibillərinin tökülməsiylə buranın yox edilməsinə və izlərinin tamamilə örtülməsini qərar verdiklərini açıqlamışdır. Beləcə Yəhudi məbədinin tarixinin tamamilə unutdurulması hədəflənmişdir.
Sultan araşdırmış və qadının dediklərinin doğru olduğunu anladığı zaman, əmrlər verib qızıl gümüş sikkələrlə dolu bir çox kisəcik hazırladaraq, zibillik yığının müxtəlif yerlərinə basdırmışdır. "Altını tapan alsın" deyərək kasıb xalqa qablar və kürək paylamış və beləcə zibil dağının boşaldılmasını təmin etmişdir. Ayrıca öz ü əlinə kürək alıb daşlaşmış zibilləri boşaldarkən, belə bir fərman oxutdurmuşdur; "Hər kim padşah sevirsə onun məmnun etmək istəyirsə etdiklərinə baxsın və onun kimi etsin!"
Nəticə olaraq on mini aşan insan, otuz gün müddətində heç dayanmadan çalışaraq o böyük pislik dolu təpəni dümdüz etmiş və "Kotel Ha Maaravi (Bet-HHamikdaşın qərb divarı)" bu günki halıyla dimdik meydana çıxmışdır. Bunu görən Yavuz Sultan Səlim çox xoşbəxt olmuşdur və məbədin köhnə yerinin gözəlcə təmizlənməsini, divarının da gül suyuyla yuyulmasını əmr etmişdir.
İngilis mandatı Rəhbərliyi
İngilis mandatı rəhbərliyi əsnasında, dünyanın hər tərəfindən minlərlə Yəhudi yenidən müqəddəs torpaqlara dönməyə başlayırlar. Yeruşalayim yenidən Yəhudi həyatında əsas rol oynamaqdadır. Scopus təpəsində İbrani Universiteti qurulmuş, Hadassah Tibb Fakültəsi və Xəstəxanası açılmışdır. Qərb divarının ətrafında Yəhudilər onlarla Sinaqoq və Yeşiva açmışlardı. Bəzi yəhudilər bütün gün Qərb divarının qarşısında dua edirlər.
İngilis idarəçiləri qışqırdılan Ərəblərin təzyiqləri nəticəsində 1929-cu ildə Qərb Divarının qarşısında Sofar çalınmasını qadağan edir. Buna baxmayaraq milliyyətçi Yəhudilər qadağanları tapdalayaraq bayram günlərində şofarı yenə də çalırlar.
2 Noyabr 1947-ci ildə Birləşmiş Millətlər tərəfindən alınan müqəddəs torpaqların Yəhudilərlə Fələstinin arasında bölüşdürülməsi qərarından sonra Yeruşalayim şəhəri ikiyə ayrılmış və Qərb Divarının da içində olduğu antik Yeruşalayim şəhəri Ərəblərin payına düşmüşdür. 1948-ci ildə qurulan İsrail Dövlətinin 19-cu quruluş ilində 1967-ci ildə çıxan 6 gün döyüşü əsnasında İsrail orduları Köhnə Şəhəri almışlar və Yeruşalayimin bütövlüyünü təmin etmişlərdir.
6 gün döyüşü əsnasında İsrail əsgərləri köhnə şəhəri ələ keçərdiklərində həyəcanla divarın dibində toplanmışlar, ordu baş Hahamı Rabbi Goren burada ilk dəfə Sofar çalmışdır.
7 İyun 1967də ölkə sərhədlərinə yenidən qatılan köhnə Yeruşalayimlə birlikdə Yəhudilər əsrlər uzaq buraxıldıqları Beyt-Hamikdaşın ayaqda qala bilən Qərb divarına yenidən qovuşmuş oldular.
Beyt-Hamikdaşın Mistisizmi
Beyt-Hamikdaşın inşaatında, daxili bəzənməsinə və İsrail xalqının Beyt-Hamikdaşı illik ənənəviləşmiş üç ziyarətində rast gəldiyimiz bir çox varlıqda bəzi simvollar vardır.
Daha əvvəl izlənildiyi kimi, Yeruşalayim şəhərini quran və Yəhudi dövlətinin paytaxtı halına gətirən David Ameleh, xalqdan gəlmə və taxtını biləyinin və qılıncının gücüylə əldə etmiş döyüşçü bir kraldır. Ömrü padşahlığını möhkəmləndirmək və inkişaf etdirmək üçün davamlı döyüş halında keçmişdir. Bu səbəbdən də dövrü döyüş dövrü olaraq təyin olunmuşdur.
Krallığını gücləndirib, döyüşlərə son verdiyində Tanrının ululuğuna layiq bir məbəd inşa etdirmək istəmiş, lakin buna ömrü çatmadığından oğlu Şelomoya vəsiyyət etmişdir.
Şelomonun dövrü sülh dövrüdür. Şelomo bir xanədan şahzadəsidir, zadəgandır. İndi dalbadal sıralasaq 4 ad arasında görüləcək əhəmiyyətli mənalardan sonra, Beyt-Hamikdaşı inşa etdirmənin nə səbəbə Şelomo Amelehə nəsib olduğu daha yaxşı aydın olacaq.
Yeruşalayim və ya İr Haşalom, "Sağlamlıq Şəhəri" mənasını verməkdədir. Şelomo, "Tanrının rifahı" deməkdir. Şehina, "Tanrı müqəddəsliyinin bir yerdə olduğu" mənasını verərkən, Mişkan, "Tanrı müqəddəsliyinin yerləşdiyi məkanı" izah etməkdədir. Beləcə bu sözlərin cəmindən çıxarılacaq olan nəticə, Sağlamlıq şəhərində, Allahın sağlamlığa adını daşıyan insan, Tanrı müqəddəsliyi olduğu üçün, Tanrı müqəddəsliyinin yerləşəcəyi məkanı yəni mişkanın məskun hala gəlmiş halını Beyt-Hamikdaşı inşa etdirmişdir.
Beyt-Hamikdaş, Yəhudinin öz içində, ürəyində, qəlbində, Tanrıya ayırdığı yerin kəsinləşmiş və dəqiqləşmiş bir halıdır. Mişkanın konkret hala gətirilməsinin səbəbi isə, Yəhudinin konkret olaraq Tanrının varlığını hissetməsidir.
Beyt-Hamikdaş dövründə ölkədəki bütün Yəhudilər, hansı bölgədə yaşayırlarsa yaşasınlar, ilin 3 ayrı dövründə buranı ziyarətə gəlirdilər. Bu dövrlər Pesax, Şavuot və Sukotdur. Yəhudilər, ölkənin uzaq və ya yaxın yerlərindən belə olsa, oraya ən insani və ibtidai bir şəkil olan piyada olaraq gedərdilər. "Aliya la Regel" adı verilən bu ziyarətlərdə, Yəhudilər musiqi sədası altında sevinc və mahnılarla zirvəyə çatan inanc duyğularını təqdim etmək üzrə qurbanlarınıda  yanlarında gətirərdilər.
Pesax, Şavuot və Sukot bayramlarının Yəhudi və Beyt-Hamikdaş ilə qarşılıqlı məmaları belə də açıqlanır:
Pesax: Pesax azadlıq anlayışının göstəricisidir. Tanrının Yəhudiləri olduqları yerdə, başqalarından ayırması, onları bütüm bəlalardan qoruması və onları "Seçilmiş Millət" elan edərək azadlıqlarına qovuşdurması, Pesaxda Yəhudilərin Beyt-Hamikdaşda qurbanlar təqdim etməsinə səbəbdir. Tanrı onları "Seçilmiş Millət" olaraq belə elan etmişdir;
"Aşer bahar banu Mikol ha amimi"
Şavuot: Şavuot, Yəhudinin müəyyən bir əxlaqi qanun ardıcıllığına qovuşması, yəni Toranı (Tövratı) almasıdır. Şavuotda Tora intizamına qovuşulmuş və insanlar bu əxlaq qaydaları intizamı içində nümunə bir həyat qurmuşlar. Buna həmd etmək üçün Yəhudi Beyt-Hamikdaşa gedib qurban təqdim etmişdir. Tanrı onlara Tora intizamına uyğun gəlmələri üçün bu əmri vermişdir;
"Və Natan lanu olmaq ha Tora"
Sukkot: Təbiətin yenidən həyat tapması, paylaşma bayramı. (Hag ha bikurim). İlk qanunla seçilmiş bir millət elan edilən Yəhudi, ikinci qanunla Toraya və onun həyatı nizama qoyan intizamına qovuşmuş və bütün bunlara istək və inancla iman etdiyi üçün, Allahın hədiyysi əolan bərəkətli torpaq, yağış və məhsulları böyümüş və məhsul dövrü gəlmişdir. Bu dövr Sukotdur, Yəhudi bu dəfə 3-cü dəfə Beyt-Hamikdaşı ziyarət edəcək onun bəxş etdiyi nemətləri yəni turfanda məhsulları alıb cəmiyyətlə Tanrı arasında əlaqə quran böyük Məbədin xidmətkarları ilə paylaşacaq.
Bu qayda belə deyilmişdir:
"Və natati metar artsehem, beito Yöre umalkoş veasafta deganeha"
Moşe Rabenu'nun Sina dağında, Tanrıdan On Əmr lövhələrini almasından sonra, yenə bir Tanrı buyruğu olan Mişkanın səhradakı həyatdan və köçəri həyatdan ötəri daşına bilən və ya portativ bir halı olmasından ötrü, daha sonra, müqəddəs torpaqların üzərindəki paytaxt Yeruşalayim şəhərində inşa edilən Beyt-Hamikdaş, qurulu və güclü bir dövlət nizamını də simvollaşdırır.
Ən daxili bölüm olan və On Əmr tabletlerinin olduğu otağa ildə bir dəfə yalnız Kipur günü Kohen Gadolin girə bilərdi.
Kohen Gadolin oraya ayaqyalın, dümağ bir geyim içində girər (ki bu kəfənin simvoludur), bütün dünyəvi xüsusiyyətlərindən təmizlənmiş bir halda və ölməyə hazır olaraq ona gerçək adıyla xitab edər və xalqı üçün bağışlanma diləyərdi.
Bundan çıxardılacaq nəticə isə, belə olacaqdır.
"Ümidlərin tükəndiyi və ümidsizliyin hakim olduğu nöqtədə belə mütləq cəmiyyət adına Tanrıya müraciət edə biləcək bir adam vardır.
Sütunların mənası
Şelomo Ameleh tərəfindən Sur şəhərindən gətirdilən məşhur tunc ustası Xiram (Xiram Usta) Beyt-Hamikdaşın təməl daşları olan Boğaz və Yakin adlı sütunlarını iki dəyişik sütun başlığı ilə bəzəmişdir.
Boaz: Bu sütunun başlığı nar və zanbaq fiqurlarıyla bəzənmişdir.
Zanbaq: ağlığı və saflığı ifadə edir.
Nar: Çoxluqda birliyi ifadə edir (Kol İsrael). Qalın bir qabıq, sonra bir zər və nəhayət pərdənin altında müxtəlif bölməciklər içində olan nar dənələri Yəhudi xalqının simvoludur. Otaqlar qəbilələri, iş zər Yəhudilik anlayışını və ən xaricdəki qalın qabıq Yəhudiləri qoruyan, birlik içində tutan və əhatə edən Torayı (Tövratı) ifadə edir.
Beləcə Boaz adlı sütunun başlığı saf və təmiz bir birlik içindəki Yəhudi Millətinin simvoludur.
Yakin: Yakin adlı sütunun başlığında bir kürə var. Kürə iki qisimdən meydana gəlməkdədir. Üst hissəsi göy kürəni, alt hissəsi yer kürəni ifadə edər. Bu simvol bu sözləri xatırladır:
"Aşamayim şamayim ladonay;
Və aaretz Natan yivne adam"
"Göylər Tanrının göyləridir,
Yerüzünü insanoğluna vermişdir"
Beləcə bu kürə Tanrının suverenliyini və insan suverenliyini simvolik ifadəsi olaraq hazırlanmışdır.

Yerləşdirdi: admin