Ana səhifə Əlaqə          בס"ד
Radio Sarı Gəlin
non-stop
Azərbaycan musiqisi







Elanlar

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Webmoney

Hörmətli qonaqlar!
Bizim layihəmiz qeyri komersial və digər reklamlardan istifadə etmir. Buna görə də, biz Sizin maddi köməyinizə ehtiyac duyuruq.
Əgər Sizdə bizim layihəmizə necəsə kömək etmək istək varsa, Sizə minnətdar olardıq. Bütün yığılan vasitələr serverin ödəməsinə xərclənəcək.
Hesabımız:
Z246503364336

Harada ödəmək
(Dünya üzrə ödəmə məntəqələri)

Rəsmi syatlar

Qonaqlar

Flag Counter


Yəhudi təqvimi



Partnyorlar

Ulpan Moiz

Международная Ассоциация Израиль-Азербайджан

Şalom Gazetesi | Haftalık Siyasi ve Kültürel Gazete

РИЗВАН ГУСЕЙНОВ

1905.az - Genocide 1905

Архитектурная мастерская Ильгара Алиева

Hasturk

Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Abraham İshak Kuk

27-06-2013, 12:52 | Bölüm: Mütəfəkkirlər | Baxılıb: 190 | Səhv tapdınız?
Dini Siyonizm öndərlərindən biri də Abraham İshak Kukdur. Yehuda Alkalay və Zevi Hirsch Kalisher kimi dini Siyoinistləri izləyən Abraham İshak Kuk, Fələstində bir Yəhudi dövlətinin qurulmasını nəzərdə tutan Meşiyah qurtuluş fikrini yenidən ortaya çıxarır. Bu düşüncə XIX əsrin sonunda ortaya çıxan Hovevei Zionun (Siyonu Sevənlər) dini qanadının düşüncələrindən təsirlənir.
Samuel Mohilewer, Yitshak Yaakov Reines və Jehiel Michael kimi mütəfəkkirlər, Kukun Yəhudi milliyyətçiliyi düşüncələrinin yolunu açır. Yazılarında Eretz Yisrailin mərkəzliliyi ilə Yəhudilərin köhnə ana vətənlərinə yenidən yerləşmə ümidini ilk dəfə sistematik olaraq birləşdirmə cəhdləri vardır.
1865-ci ildə Grevia Latviada dünyaya gələn Kuk, ənənəvi Ortodoks yəhudi təhsili alır. Ancaq çox kiçik yaşında Talmudu Tövratı, İvrit dilini, yəhudi və dünya fəlsəfəsi ilə mistisizmi dərindən öyrənir. 1888-ci ildə Zaumel hahamı, yeddi il sonra da Bausk hahamı olur. 1904-cü ildə Yafada hahamlıq vəzifəsini icra edəcəyi Fələstinə gedir. Bu dövrdə bir çox əsər qələmə alır və Yəhudi camaatında əhəmiyyətli bir mövqeyə gəlir. 1914-cü ildə Avropaya səfər edir və Birinci Dünya Müharibəsi başladığında İsveçrədə qalır. 1916-cı ildən 1919-cu ilə qədər Londonda haham olaraq çalışır, İsrailə döndükdən sonra Yeruşalayimdə Aşkenaz Yəhudilərinin Baş Hahamı olur. 1921-ci ildə yeni haham məhkəməsinin Aşkenaz başçısı olur və vəzifəsi onu zamanla Fələstinin Aşkenaz hahamı olmasını təmin edir. Bu vəzifəsinə 1935-ci ildə ölənə qədər davam edir.
Yəhudi dövlətini zəmanət altına almaq üçün praktik fəaliyyəti əsas alan Sekulyar sionistlərdən(Dünyəvi Siyonistlər) fərqli olaraq, Kuk dini Maşiyah fikri ilə, müasir Siyonizmin gözləntisini bir araya gətirməyə cəhd edir. Kuka görə, İsrail Yəhudi inancının təməlidir və yəhudi dini şüurunun imtina edilməz bir elementidir. Yenə də yəhudi tarixi boyunca, Maşiyah inancı heç bir zaman aktiv olaraq yenidən məskunlaşma fikiriylə paralel irəlləməmişdir. Sürgündən geri dönməklə əlaqədar dini gözlənti ilə bir çox Yəhudinin hələ də diasporda yaşamaq istəyi, İsrailin Yəhudilər üçün əhəmiyyəti haqqındakı fikir qarışıqlığını gözlər önünə sərir. Bu səbəbdən Müqəddəs torpaqlara dönüşdəki Maşiyah inancı ilə tarix boyunca Yəhudilərin çoxunun sürgündə yaşaması arasında ciddi bir ziddiyyət vardır.
Kuka görə, Yəhudi, bu ziddiyyətlə üzləşməli və bunu həll etməlidir. İsrail torpaqları Yəhudi insanların ruhundan ayrı bir şey deyildir. İsrail yalnız həyatı zəmanət altına alan sadə bir milli element deyil. Eretz Yisrail milliyyət olmanın özünün bir hissəsidir. (Hertzberg, 1969, 419). Yəhudilərin, tarixi torpaqlarından ayrılmış olması əsas bir çətinlikdir. Kuk, diaspordakı Yəhudilərin bütün mitsvaları (əmrləri) yerinə gətirə biləcəklərini və dindar Yəhudilər olaraq yaşaya biləcəklərini bildirir. Amma Eretz Yisailin xaricində yaşadıqlarından, Yəhudi həyatının çox ciddi bir parçası həyatlarından əskikdir.
Diasporda yaşamaq insanı müqəddəs olmayana yönləndirirkən, İsrailə yerləşməklə mənəvi olaraq yüksək bir həyat yaşamaq mümkündür. Ziona (İsrailə) dönüş əsas bir Yəhudi yaranması üçün məcburidir:
"Bir Yəhudi, diasporda öz fikirlərinə, duyğularına və yaradıcılığına, Eretz Yisraildəki qədər özünü həsr edə bilməz. Müqəddəs olanın sözləri, hansı mərtəbədə olursa olsun Eretz Yisraildə ən saf şəklindədir. Buranın xaricində saf olmayan elementlərdən təsirlənər.... Müqəddəs torpaqlarda insanın xəyal gücü axıcı və təmizdir, ilahi əmrləri almağa qabiliyyətlidir. Həyatında peyğəmbərlik idealının gerçək mənasını ifadə bilər və həyatı Müqəddəs ruh ilə aydınlana bilər. Xarici torpaqlarda xəyal gücü nəfəs, buludlu və qaranlıqdır. İlahi işığın axacağı bir qab olmaqdan uzaqdır." (420-1).
Belə bir inanc, diaspordakı dindar Yəhudiləri hərəkətə geçirsəydi, Yəhudi xalqının tarixi çox fərqli olardı. Sürgündə yaşamaq, dini qaydalara edilən bir xəyanət olaraq görülərdi. İndi Sionizm Yəhudi həyatında fəal bir güc halına gəlmişdi amma yəhudi kimliyinin təbiətini yenidən nəzərdən keçirmək lazım idi. Kuka görə millət, Tora (Tövrat) və torpaq bir-birləriylə ayrılmaz şəkildə bağlı idi. On doqquzuncu əsrdə yaşayan dini reformcularının müdafiə etdiyi kimi, Yəhudiliyin Müqəddəs torpaqlardan ayrı tutulabiləcəyini müdafiə bir səhv idi. Tam tərsinə, Siyona dönmək inancın təməlidir. Əsas olan gündəlik həyatdan ayrılmış göylərdəki bir Yeruşalayim anlayışı fikri deyil, Yəhudi varlığını bu dünyada dilə gətirməkdir. Bu səbəblə Kuk belə deyir: "Yəhudiliyin diasporda etibarlı olaraq gücləndilməsi ancaq Eretz Yisrailə bağlılıq yolu ilə reallaşa bilər. Müqəddəs Torpaqlara geri dönüş ümidi Yəhudiliyin xüsusi təbiətinin davamlı bir qaynağıdır" (41).
Kuk Müqəddəs torpaqlara belə bir bağlılığın müasir dünyadakı Yəhudiliyin əsas təməl fikri olmasını irəli sürər. İsrailə gələn dünyəvi qabaqcıllar ənənəvi yəhudilikdən çox ayrı bir sıra ideoloji əsaslar ilə motivasiya olmasına baxmayaraq hərəkətləri Tanrının seçilmiş xalqı üçün təyin etdiyi böyük planda özünü göstərir. Bu səbəbdən bu qabaqcıllar, fərq etmədən Maşiyahın gəlişi üçün iştirak etmişlər ancaq etdikləri işin əhəmiyyətini kifayət qədər anlamamışlardır. Əslində Tanrının məqsədinə xidmət etmişlərdir. Kuk belə yazır:
"Bu andakı milli oyanışın bir çox tərəfdarı özlərini dünyəvi qəbul edir. Əgər yəhudi sekulyar millətçiliyi (Dünyəvi) həqiqətən düşünüləbilirsə, o zaman qurtuluşa heç bir zaman çata bilməyəcək qədər aşağı düşmə təhlükəsi ilə qarşı-qarşıya qalarıq. Ancaq Yəhudi milliyyətçiliyi özünü aldatma formasıdır. İsrailin ruhu Tanrının ruhuna o qədər yaxındır ki, bir Yəhudi milliyyətçisi, niyyəti nə qədər dünyəvi olursa olsun ona baxmayaraq İlahi Olanı təsdiqləyir. Bir fərd özünü sonsuz həyatla əlaqələndirən dəyərlərdən ayıra bilər. Amma İsrail xalqı, bir bütün olaraq bunu edə bilməz. Millətin sahib olduğu bütün ortaq dəyərlər - torpaq, dil, tarix, və adətlər-Tanrının ruhunun dolacağı qablardır "(430).
Bu müşahidələr Kukun, Fələstində Yəhudi bir məskunlaşma qurmaq üçün özlərini fəda edən dünyəvi sionistlərin səylərini də əslində ilahi bir qığılcım olduğunu düşünməsini təmin edir. Bu qabaqcıllar tanrısız deyil, Allahın hizmətkarlarıdır. İlahi misyalarından xəbərsiz olaraq Tanrının Krallığını yenidən qurmağa kömək olmaqdadırlar.Kuk, Dini Siyonizmin bu səylərin əhəmiyyətini fərq etməsinin lazım olduğunu bildiri və dünyəvi siyonistlərin işlərinin gerçək xüsusiyyəti haqqında öyrətməsi lazım olduğunu düşünür:
"Onlarla olan mübahisəmiz yalnız onların səhvlərini göstərməli, və İsrailin birliyini böləcək hər cür hərəkətin müvəffəqiyyətsizliyə uğrayacağını sübut etməkdir. Bu gərçək ortaya çıxarıldıqda bizə qarşı çıxanlar ən sonunda boşa çalışdıqlarını anlayacaqlardır. Ortadan qaldırmağa çalışdıqları dəyərlər əlbəttə var olar, ancaq təhrif edilmiş və pozulmuş olaraq ayaqda qalar." (426).
Kuka görə, İsailin qurtuluşu bütün insanlığı maraqlandıran böyük bir prosesin tərkib hissəsidir. Yəhudi insanların qurtuluşu yalnız böyük əhəmiyyətə sahib bir hadisə deyil, bütün dünyanın təşkili ilə əlaqədar bir durumdur (Tikkun olam). Köhnə ana vətənlərində Yəhudi xalqının yenidən doğması ilə bütün insanlıq azad olacaqdır.İsrailin yaradılmasındakı gerçək budur.
"Ruhumuzun yenidən doğuşuyla dünyadakı bütün mədəniyyətlər yeniləcəkdir. Bütün müzakirələr sona çatacaq və yenidən doğuşumuz həyatın bu təzə doğuşun sevinciylə işıqlanmasını təmin edəcəkdir. Bütün dindar Yəhudilər təmiz olmayan hər şeyi aradan qaldıracaq müqəddəs işıqların pırıltısını birləşdirəcək, İsrailin rifahı içində bütün insanlığın hazır olmasını təmin edəcəklər. Avraamın (İbrahimin) dünyadakı bütün millətlərə verdiyi duanın aktiv gücü ortaya çıxacaq və bu, Eretz Yisraildə yenilənən yaradıcılığımızın təməlini təşkil edəcəkdir." (423).
Belə qlobal bir dəyişməni nəzərdə tutan bir görüş tamamilə, Maşiyahın gəlişinin insanlıq tarixini sona çatdıracağına inana köhnə Yəhudi yazarların fikridir. Ancaq Kuka görə, yəhudi dövlətinin yenidən qurulması-Yəhudiliyi rədd edənlər tərəfindən belə olsa-universal qurtuluşun çox əhəmiyyətli bir parçasıdır.

Referanslar / Kuk'un Əhəmiyyətli Yazıları
Arthur Hertzberg, The Zionist İdeya: A Historical Analisis and Reader, New York, 1969
Daha ətraflı məlumat üçün:
S.H. Bergman, Faith and Reason, New York, 1963
I.Epstein, Abraham Yitshak Kuk: His Life and Times, 1951
L Jung, Guardians of our Heritage, 1724-1953, New York, 1958
N. Rotenstreich, Jewish Philoshopı in Modern Times, New York, 1968

Yerləşdirdi: admin