Ana səhifə Əlaqə          בס"ד
Radio Sarı Gəlin
non-stop
Azərbaycan musiqisi







Elanlar

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Webmoney

Hörmətli qonaqlar!
Bizim layihəmiz qeyri komersial və digər reklamlardan istifadə etmir. Buna görə də, biz Sizin maddi köməyinizə ehtiyac duyuruq.
Əgər Sizdə bizim layihəmizə necəsə kömək etmək istək varsa, Sizə minnətdar olardıq. Bütün yığılan vasitələr serverin ödəməsinə xərclənəcək.
Hesabımız:
Z246503364336

Harada ödəmək
(Dünya üzrə ödəmə məntəqələri)

Rəsmi syatlar

Qonaqlar

Flag Counter


Yəhudi təqvimi



Partnyorlar

Ulpan Moiz

Международная Ассоциация Израиль-Азербайджан

Şalom Gazetesi | Haftalık Siyasi ve Kültürel Gazete

РИЗВАН ГУСЕЙНОВ

1905.az - Genocide 1905

Архитектурная мастерская Ильгара Алиева

Hasturk

Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Aqarunov Albert Aqarunoviç

Azərbaycan xalqının milli qəhramanlarından biri olan vətəni üçün canını heç düşünmədən fəda edən Albert Aqarunov  25 aprel 1969-cu ildə Bakı şəhərində yəhudi ailəsində dünyaya gəlmişdir. O, Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinifini bitirərək peşə məktəbində sürücü-mexanik vəzifəsinə yiyələnir.1987-ci ildə hərbi xidmətə çağrılan Albert xidməti vəzifəsini Gürcüstanda yerinə yetirir və tank komandiri olur.


Hərbi xidməti başa vurduqdan sonra Bakıya qayıdan Albert Suraxanıda maşınqayırma zavodunda işləyir. Qarabağ müharibəsinin başlanması düşmənlərin vətən torpaqlarını işğal etməsinə dözə bilməyən Albert Aqarunov könüllü cəbhəyə yollanır. Albert tank komandiri təyin edilir və Şuşa cəbhəsinə yollanır. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edir. 8 may 1992-ci il Şuşada səhər tezdən düşmən tankları görünür, Albert düşmən tanklarında birini yaxın məsafədən tək atəşlə məhv edir, yenidən irəli atılan Albert növbəti atəş iləyenidən düşmən tankını məhv edir. Növbəti hücuma keçən zaman o, şəhid olmuş azərbaycan əskərlərinin cəsədlərini tankın yolundan götürmək istəyəkən erməni snayperçilər tərəfindən vuruluraraq döyüş meydanında qəhramancasına şəhid olur. Albertin ölümü Qaarabağ müharibəsində onunla bərabər vuruşan dostlarını dərindən sarsıdır. Döyüş yoldaşları Albertin adını yaşatmaq üçün  tanklarına Albert adını qoyurlar. Albert  Qaarabağ müharibəsində əfsanəyə çevrilmişdi dostda düşməndə ondan danışırdı. Ermənilər onun başına pul mükafatı qoymuşdular. Albertin vətəbi üçün şəhid olması yəhudilərin bu torpaqlara yaşadıqları vətənə verdiyi dəyərin nümunəsidir. O vətəni üçün yaşadığı dövlət üçün heç düşünmədən canını verdi. Hətda cəbhədə bir gün  müshibə zamanı jurnalisdin onun yəhudi olmasınıı biləndə çox təəcüblənmişdi və ondan soruşanda ki, sənin burda nə işin var, o, belə cavab vermişdi: bura mənim vətənimdi, mən bu torpaqlarda doğulmuşam, bu torpaqlarda yaşayıram. Aqarunov Albert Aqarunoviç ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə "Azərbaycanın Milli Qəhramanı" adına layiq görülmüşdür. Vaxti ilə təhsil aldığı 154 saylı orta məktəb onun adını daşıyır. Albert Aqarunov Bakıda Şəhidlər Xiyabanında dəfn edilmişdir.
ALLAH RƏHMƏT ELƏSİN!
Murad Salman

Yerləşdirdi: admin