Ana səhifə Əlaqə          בס"ד
Radio Sarı Gəlin
non-stop
Azərbaycan musiqisi







Elanlar

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Webmoney

Hörmətli qonaqlar!
Bizim layihəmiz qeyri komersial və digər reklamlardan istifadə etmir. Buna görə də, biz Sizin maddi köməyinizə ehtiyac duyuruq.
Əgər Sizdə bizim layihəmizə necəsə kömək etmək istək varsa, Sizə minnətdar olardıq. Bütün yığılan vasitələr serverin ödəməsinə xərclənəcək.
Hesabımız:
Z246503364336

Harada ödəmək
(Dünya üzrə ödəmə məntəqələri)

Rəsmi syatlar

Qonaqlar

Flag Counter


Yəhudi təqvimi



Partnyorlar

Ulpan Moiz

Международная Ассоциация Израиль-Азербайджан

Şalom Gazetesi | Haftalık Siyasi ve Kültürel Gazete

РИЗВАН ГУСЕЙНОВ

1905.az - Genocide 1905

Архитектурная мастерская Ильгара Алиева

Hasturk

Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Dağ yəhudilərin qısa tarixi

29-06-2013, 20:05 | Bölüm: Tarix | Baxılıb: 207 | Səhv tapdınız?
Azərbaycanda yaşayan ən böyük yəhudi qrup Dağ yəhudiləridir. Dağ yəhudilərinin mənşəyinin onların nə zamandan bu torpaqlarda yaşaması haqqında tam fikirləri yoxdur. Müasir dövrdə yəhudilərin tarixi barədə müxtəlif fikirlər mövcuddur. Bir qisim alimlər dağ yəhudilərinin VII əsrdə yaranmış və Azərbaycan torpaqıarınada nəzarət etmiş xəzərlərin əcacdları olduğunu deyirlər. Məlum olduğu kimi Xəzərlər yəhudi dinini qəbul etmiş türk tayfaları idilər. Lakin küasir alimlər bu fikrə qarşı çıxaraq dağ yəhudilərinin erazmızdan əvvəlAssur və Babil işğalı zamanı əsir götürülmüş yəhudilər olduğunu qeyd edirlər. Yəhudi dini kitablardında göstərilir ki, Samirə şəhərinin Assurlar tərəfində işğal olunması nəticəsində burda olan yəhudilər Assuriyanın Kalaxa ərazisində, Haburə, Qozan çayı sahillərində və Midiya dağlarında indiki Cənubi Azərbaycan ərazisində yerləşdirilir.

 

Əksər taixçilərin fikrinə görə, dağ yəhudilərinin əcdadları bura 15 əsr bundan əvvəl gəmişlərdir. V əsrin sonları VI əsrin əvvəllərində İranda məzdəkilər hərəkatının yatırılmasından sonra onlara dəstək verən İran yəhudiləri imperiyadan kənarlaşdırılaraq Şimali Azərbaycan və Cənubi Dağıstan ərazisində yerləşdirilir. Yəhudilərin həmin əcdadları fars dilinin cənub-qərbi ləhcəsində danışırdılar ki, bu da dağ yəhudilərinin dili ilə demək olar ki, eynidir. Bu fikir ibri dilinin araşdırıcısı Mixail Aqarunov tərəfindən də təsdiqlənib. Əvvəllər ibri və aramey dillərində danışan İudey sakinləri eramızdan əvvəl VI əsrin sonlarında öz torpaqlarından qovularaq «İkiçayarası»nda (Mesopotamiya) yaşamağa başlayıblar. Müasir İran və İraq ərazisində məskunlaşdıqları dövr ərzində onlar fars dilini mənimsəməklə yanaşı, öz tarixi dillərinin bəzi fonetik və leksik qanunlarını da qoruyub saxlayıblar. Bu da öz növbəsində dağ yəhudələrinin dilinin mənbəyinin ibri və ya aramey dili olduğunu sübuta yetirir. Maraqlıdır ki, dağ yəhudiləri başqaları başa düşməsin deyə, öz aralarında hərdən «zuhun imromi» adlanan sirrli dildən də istifadə edirlər ki, həmin dil daha çox arameyə bənzəyir. Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, dağ yəhudilərinin əcdadları eramızdan əvvəl VI əsrdə İudey ərazisində yaşamış, sonradan Mesopotomiya ərazisində yerləşdirilmiş insanlar olublar. Eramızın VI əsrinin əvvəllərində isə onlar şimali Azərbaycan və Dağıstan ərazilərinə köçürülüblər.
Bundan başka 1254-cü ildə flamand səyahətcisi B. Rubrukvis (Rubruk) Şərqi Qafqazın hər yerində həm Dağıstanda həm də Azərbaycanda çox sayda yəhudi olduğunu qeyd edir. Həmçinin İnqa Saffron "The Philadelphia İnquirer" qəzetində "Qubanın dağ yəhudiləri" adlı yazısında dağ yəhudilərinin haradan gəldiyinə dair irəli sürülən bütün iddiaların ancaq fərziyyə olduğunu qeyd edir. Onun sözlərinə görə, bir çox dağ yəhudisi özlərini İsrailin qeyb olmuş tayfalarının övladları olduqlarını bildirir və Miladdan əvvəl 722-ci ildə Yerusəlimdə Beyt-ül-Müqəddəs (Süleyman məbədi) ilk dəfə dağıdılan zaman didərgin düşdüklərini, köç edə-edə nəhayət Şərqi Qafqazda məskunlaşdığını iddia edirlər. 
Bəzən dağ yəhudilərinə Qafqaz yəhudiləri deyilir ama bu yalnış fikirdir çünkü bu Qafqaz dağlarında yaşayan yəhudiləri əhatə etmir. Gürcüstan yəhudiləri daha çox çəhərli və tacir idilər. Dağ yəhudiləri isə kəndlərdə yaşayırdılar və sənətkarlıqla və kənd təsərrüfatı ilə məşğul olurdular. Dağ yəhudiləri özlərinə Cuhur adlandırırlar və tatca danışırlar. Onların tatca danışmağına səbəb tarixi qaynaqlarında göstərdiyi kimi fars dilli tatlarla yaxından təmas qurmasıdır. Qəbul edilən fikirlərdən biridə Mesapotamiyadan və İrandan gələn yəhudilərin tatların sıx yaşadığı yerlərdə məskunlaşması və onların dilini mənimsəməsidir.  Qafqazda və xüsusi ilə Dərbəndə böyük yəhudi məskulaşmaları olmuşdur. Hətda Dərbənd yaxınılğında bir vadinin adi "Yəhudi Vadisi” deyə adlandırılmışdır. Buranın mərkəzi isə XVIII əsrin sonlarında lakların hücumları ilə dağıdılan "Aba-Savaydı” 1797-ci ildə Surxay xanın başcılığı ilə hücum təşkil olundu. Bu hücüm zamanı şəhər tamimiylə dağıdılmış kişilər qılıncdan keçirilmiş kadınlar və uşaqlar isə kölə halına salınmışdır. Buradan qaçan yəhudilərin əksəriyyəti Qubaya yerləşirlər. Həmçinin 1730-cu ildə Nadir şahın hücumlarınada məruz qalan dağ yəhudilərinin bir qismi zorla din dəyişdirdi, bir qismi isə Quba xanı olan Hüseyin xanın himayəsi altına keçdi. Dağ yəhudi sözü ilk dəfə Qafqaza istila edən ruslar tərəfindən istifadə edilmişdir. Ruslar Cənubi Qafqaza gələn zaman at bellində qılınc oynadan yəhudiləri görəndə çox təəcüblənmiş və onlara "Dağ yəhudiləri” adını vermişdi. Rusların Qafqazı işğal etməsi ilə digər xalqlar kimi dağ yəhudilərinində həyatını dəyşmişdir. 1830-cu ildə 1859-cu ilə qədər Ruslara qarşı Seyx Şamil öndərliyində üsyan baş vermişdir. Bu üsyan nəticəsində xeyli yəhudi zorla müsəlman olmuş bir o qədərdə yəhudi qılıncdan keçirilmişdir. 1918-ci ildə Aərbaycanda Şərqin ilk demokratik Cumhuriyyətinin qurulması yəhudilərində talehini dəyişdirir. Cumhuriyyətin səhiyyə naziri aşkenaz yəhudisi Yevsei Gindes olur. Bundan başka 1919-cu ildə Bakıda Yəhudi Xalq Unversiteti qurulur. Lakin Cumhuriyyətin Sovetlər tərəfində işğali ilə bütün fəaliyyətlər qadağan olunur. Stalin zamanında bu daha da artır. Yəhudi -tat dilində tədris və nəşriyyar fəaliiyəti dayandırılır və dağ yəhudilərinin məktəbləri rus dilli məktəblərə çevrilir. Və o zamanlar dağ yəhdilərinə qarşı bu cür təzyiqlər səbəbindən onlar özlərini yəhudi kimi yox tat olaraq göstərirdilər. Bu da dağ yəhudilərinin sayının azalmasına və tatların sayının isə çoxalmasına səbə oldu. Cünkü xeyli sayda yəhudisi özünü tat kimi göstərirdi. SSRİ zamanı Azərbaycanda dağ yəhudiləri Bak şəhəri Qubada Qırmızı qəsəbə Oguz rayonunda məskunlaşmışdılar . Bundan başka dağ yəhudiləri Şamaxıda və Göyçayda Yexlaxda Gəncədə Bərdə də yaşayırdılar. Rusiyada isə dağ yəhudiləri Dərbənddə Qroznidə məskunlaşmışdılar. 1987-ci ildən xeyli sayda dağ yəhudisi İsrailə və Amerikaya köç etmişdir. 1991-ci ildə Azərbaycan müstəqillik əldə etmişdir. Müstəqillik əldə edildikdən sonra dağ yəhudilərinə də öz haqqları verilmişdir. Sovetlər zamanında bağlanan sinaqoqlar yenidən fəaliyyətə keçmişdir. Bu gün Azərbaycan Yəhudi icmasının böyük hissəsinin dağ yəhudiləri təşkil edir. Qubada "Qırmızı Qəsəbə”Avropa da dağ yəhudilərinin kompakt yaşadığı yeganə məkandır. Bu gün Azərbaycanda dağ yəhudiləri Bakıda Qubada Oğuzda kompakt şəkildə yaşayırlar. Hər üç şəhərdə də sinaqoq fəaliyyət göstərir. Həmçinin Sumqayıtda Gəncədə və Göyçayda da az sayıda dağ yəhudisi var. Bu gün dağ yəhudiləri azərbaycanda sülh içində yaşayırlar. Azərbaycanın Milli Qəhramanlarından biri olan Qarabağ müharibəsində qəhramancasına şəhid düşmüş Albert Aqarunov dağ yəhudisi idi. Bu gün Azərbaycan milli məclisində Quba şəhərinin millət vəkili dağ yəhudisi olan Yevda Abramovdur. Bu gün Azərbaycan Dağ yəhudiləri arasından həkim müəllim siyasətçi hüquqşünas və müxtəlif peşə sahibləri çıxırlar və onlar yaşadıqları ölkəyə və dövlətə xidmət edirlər. Bu gün təxminən Azərbaycanda 6 mindən artıq dağ yəhudisi var. Bu gün dağ yəhudilərinin böyük əksəriyyəti İsraildə yaşayırlar. Həmçinin bundan başqa Dağ yəhudiləri Rusiya və Avropada məskunlaşıblar.


Yerləşdirdi: admin