Ana səhifə Əlaqə          בס"ד
Radio Sarı Gəlin
non-stop
Azərbaycan musiqisi







Elanlar

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Webmoney

Hörmətli qonaqlar!
Bizim layihəmiz qeyri komersial və digər reklamlardan istifadə etmir. Buna görə də, biz Sizin maddi köməyinizə ehtiyac duyuruq.
Əgər Sizdə bizim layihəmizə necəsə kömək etmək istək varsa, Sizə minnətdar olardıq. Bütün yığılan vasitələr serverin ödəməsinə xərclənəcək.
Hesabımız:
Z246503364336

Harada ödəmək
(Dünya üzrə ödəmə məntəqələri)

Rəsmi syatlar

Qonaqlar

Flag Counter


Yəhudi təqvimi



Partnyorlar

Ulpan Moiz

Международная Ассоциация Израиль-Азербайджан

Şalom Gazetesi | Haftalık Siyasi ve Kültürel Gazete

РИЗВАН ГУСЕЙНОВ

1905.az - Genocide 1905

Архитектурная мастерская Ильгара Алиева

Hasturk

Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Görkəmli alim, qeyri-səlis nəzəriyyənin banisi Lütfi Zadə

29-06-2013, 20:11 | Bölüm: Mütəfəkkirlər | Baxılıb: 470 | Səhv tapdınız?
Azərbaycanın dünyaca tanınmış görkəmli alimlərindən olan Lütfi Ələsgərzadə (Lütfi Zadə) 1921-ci il 4 fevralda Bakı şəhərində, Rəhim Ələsgərzadənin ailəsində anadan olmuşdur. Atası Rəhim Ələsgərzadə I Dünya Müharibəsi illərində Ərdəbil şəhərindən neft şəhəri Bakıya üz tutur və burada kommersiya ilə məşğul olmaq qərarına gəlir. Biznes fəaliyyəti ilə məşğul olan Rəhim Ələsgərzadə Azərbaycan Universitetinin "Şərqşünaslıq” fakültəsində təhsil alır. Bakı şəhərində gələcək həyat yoldaşı yəhudi əsilli Fanya Koriman ilə tanış olan Rəhim valideynlərinin razılığı ilə onunla evlənir. Onların ailəsində dünyaya gələn Lütfi 16 saylı məktəbə gedir. Lütfi Zadə uşaqlıqda da öz həmyaşıdlarından olduqca fərqlənirdi. Anası Fanya xanım Lütfi Zadə ilə bağlı verdiyi müsahibələrinin birində deyirdi: "Lütfinin 5 yaşı tamam olan günü qohumlarımız gələrək onu təbrik etmək istəyirdi. Lakin O, bütün qonaqların ona görə gəlməsini sanki görmür, küncə çəkilərək kitab oxumaqda davam edirdi”. 12 yaşı olanda Lütfinin otağının qapısı üzərində onu oxuyan zaman narahat edilməməsi üçün "Tək”yazılmışdı. 1932-ci ildə Sovetlər höküməti iran vətəndaşları olan azərbaycanlılarla bağlı yeni fərman verir. Fərmana görə onlar ya Sovet Azərbaycanında qalıb buranın vətəndaşlığını qəbul etməli, ya da ölkəni tərk etməli idilər. Ələsgərzadələr ailəsi ətrafda baş verən hadisələrdən narazı olduqlarından İrana geri qayıtmaq qərarına gəlirlər. Həm də o illərdə sovet höküməti informatika, kibernetika, genetika kimi elmlərə mənfi münasibət bəsləyirdi və bu da Lütfi Zadənin alim kimi formalaşmasına öz mənfi təsirini göstərə bilərdi. Lütfi  9 yaşında olarkən ailəsi Bakını tərk edərək Tehrana köçürlər. Tehrana köçdükdən sonra Lütfi təhsilini amerikalıların Albors missioner məktəbində davam etdirir. Müsahibələrinin birində Lütfi Zadə Alborsda oxuyarkən Sovet ve Amerika məktəbləri arasında çox böyük fərq gördüyünü söyləmişdi. Albors məktəbində Lütfi ilk dəfə olaraq Amerika xalqı, mədəniyyəti və elmi haqqinda məlumatlar əldə edir. İlk təhsilini Tehran universitetinin elektrik mühəndisiliyi fakültəsində alır. Tehran Universitetində təhsilini uğurla başa vurduqdan sonra Amerika Birləşmiş Ştatlarna gəlir və təhsilini Massaçusets Texnologiya institutunda davam etdirən Lütfi Zadə 1947-ci ildə valideynlərini də yanına gətirir. 1948-ci ildə Kolumbiya Universitetində elektron mühəndisliyi üzrə magistr, 1957-ci ildə isə professor dərəcəsi alır. Lütfi Zadə məşhur alim Norbert Vinerin tövsiyyəsilə Kaliforniyaya, Berkli Universitetinə gəlir. Hal-hazırda da Berkli Universitetinin professoru olaraq qalır. Lütfi Zadənin 6 əsas nəzəriyyəsi məlumdur. Lütfi Zadəyə 1965-ci ildə işləyib hazırladığı dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq (Fuzzy Logic) nəzəriyyəsi dünya şöhrəti qazandırır. Uzun müddət Amerika elm ictimaiyyəti tərəfindən qəbul olunmayan bu nəzəriyyə XX əsrin 80-ci illərində Yapon alimlərinin diqqətini cəlb edir və onlar nəzəriyyədən istifadə etmək qərarına gəlirlər. Qeyri-səlis nəzəriyyə Yaponlara milyardlar qazandırır. Yaponiyanın "Sony”, "Toshiba”, "Mitsubishi”, "Nissan”, "Honda” və başqa nüfuzlu şirkətləri qeyri-səlis məntiq nəzəriyyəsindən foto, video kameralar, paltaryuyan maşınlar, avtomobillərin idarə olunmasında istifadə edirlər. Nəzəriyə Amerikanın "General elektrik”, "General Motors”, "Motorola” və başqa şirkətləri tərəfindən geniş istifadə olunur. 1989-cu ildə Lütfi Zagə Qeyri-Səlis məntiq nəzəriyyəsinin uğurlarına görə "Honda” mükafatı ilə təltif olunub. Qeyri-səlis nəzəriyyədən başqa Lütfi Zadə " Sistemlər nəzəriyyəsi”, "Optimal süzgəclər nəzəriyyəsi”, " Sözlə işləyən komputer nəzəriyyəsi” kimi dünya elminin inkişafında mühüm rol oynayan kəşflərin müəllifidir. Lütfi Zadənin nəzəriyyələrinin meydana gəlməsində Qurani-kərimi dərindən bilməsi də mühüm rol oynayıb. Hal-hazırda Lütfi Zadə Berkli unuversitetinin elektronika kafedrasının müdiridir. Lütfi Zadə Berkli universitetinin ömürlük professoru seçilmiş yeganə şəxsdir.
İradə Xəlilli

Yerləşdirdi: admin