Ana səhifə Əlaqə          בס"ד
Radio Sarı Gəlin
non-stop
Azərbaycan musiqisi







Elanlar

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Webmoney

Hörmətli qonaqlar!
Bizim layihəmiz qeyri komersial və digər reklamlardan istifadə etmir. Buna görə də, biz Sizin maddi köməyinizə ehtiyac duyuruq.
Əgər Sizdə bizim layihəmizə necəsə kömək etmək istək varsa, Sizə minnətdar olardıq. Bütün yığılan vasitələr serverin ödəməsinə xərclənəcək.
Hesabımız:
Z246503364336

Harada ödəmək
(Dünya üzrə ödəmə məntəqələri)

Rəsmi syatlar

Qonaqlar

Flag Counter


Yəhudi təqvimi



Partnyorlar

Ulpan Moiz

Международная Ассоциация Израиль-Азербайджан

Şalom Gazetesi | Haftalık Siyasi ve Kültürel Gazete

РИЗВАН ГУСЕЙНОВ

1905.az - Genocide 1905

Архитектурная мастерская Ильгара Алиева

Hasturk

Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Kral Şaul

7-07-2013, 08:16 | Bölüm: Tarix | Baxılıb: 53 | Səhv tapdınız?
Bütün xalqa xitab olaraq etdiyi vida çıxışında Moşe xalqı belə xəbərdarlıq edir:
"Tanrının sizə verməkdə olduğu, miras alacağınız və yaşayacağınız ölkəyə çatdığınızda və Ətrafımızdakı bütün millətlər kimi bir kral seçək dediyinizdə, (o zaman) özünüzə Tanrının seçdiyi bir kral seçin. Özünüzə qardaşlarınız arasından bir kral seçəcəksiniz. Qardaşınız olmayan bir başqasını seçməyəcəksiniz. Ancaq kral çox at sahibi olmamalı ... Və çox qadın sahib olmamalıdır ... Çox çox gümüş və qızılı da olmamalıdır. Və padşahlığının taxtına oturanda özü üçün Toradan(Tövratdan) bir nüsxə yazacaq ... " (Devarim 17:14-19)
İndi bunun zamanı gəlmişdir.
Yəhudi xalqı az qala dörd əsrdən bəri güclü bir mərkəzi liderlik olmadan yaşamış və artıq bunun əskikliyini hiss etməyə başlamışdır. Bu səbəbdən Peyğəmbər Şemuelden bir kral təyin etməsini istəyir.
BÜTÜN DİGƏRLƏRİ KİMİ
Şemuel bu istəkdən ötəri çox məmnun deyildir amma Tanrı yerinə yetirməsini söyləyir. Ancaq Tanrının da məmnun olmadığı açıqdır:
"Xalqın sənə söylədiyini dinlə çünki səni rədd etmədilər amma Mənim onlara hökmetməmi rədd etdilər." (1 Şemuel 8:7)
Moşe hadisələrin bu şəkildə inkişaf edəcəyini nəzərdə tutduğu və Torada bu mövzuda bir əmr olduğu halda niyə Şemuel və Tanrı məmnun deyildir?
Cavab xalqın kral istəmək şəklində gizlidir:
 Və xalq (Şemuelə) dedi ki: "... İndi digər bütün xalqlar kimi bizi mühakimə edəcək bir kral seç ..." (1 Şemuel 8:6)
Yəhudi bir kral "digər bütün xalqlarınkı" kimi bir kral olmamalıydı. Yəhudi bir kral ideal Yəhudi millətinin  bütün xüsusiyyətlərini daşıyan bir nümunə, xalqın təqlid edəcəyi bir qəhrəman olmalı idi.
"Digər bütün xalqlar kimi" bir kral tələb etmələri, Yəhudilərin hər gün boynuna götürmək məcburiyyətində qaldıqları ağır məsuliyyət yükünü ataraq rahatca arxalarına söykənmək üçün böyük, güclü bir adam istədiklərini göstərir. Sizin yerinizə qərar verəcək birinin olması çox şeyi asanlaşdırır. Buna görə Talmud deyər ki "kölə, kölə olmaq üçün daha xoşbəxtdir", ona yaxşı davranıldığı bir kölə, özünə baxılması və onun yerinə qərar verilməsi qarşılığında azadlıqdan vazgeçəcəkdir. E. ə 836-ci ildə Şaul, xalqın istəkləri istiqamətində Peyğəmbər Şemuel tərəfindən kral olaraq məsh  edilir(İvritcə moşah: başına yağ tökərək mübarək qılmaq. Moşiah, Məsih sözü burdan gəlir.
SEÇKİ
Şaul necə kral seçildi?
Şaulun meshedilməsinin hekayəsi Yəhudi cəmiyyətinin o dövrdə nə vəziyyətdə olduğu haqqında çox şey öyrədir.
Bir dəfə ortalıqda çox sayda peyğəmbər vardır. Talmud, Moşenin(Musanın) zamanından 1.Bet-Amikdaşın yıxılışına qədər-insanların hər mövzuda danışdığı-xeyli sayda peyğəmbər olduğunu söyləyir. Yəhudi qanunu mövzusunda kompleks bir sualınız var? Bir peyğəmbərdənsoruşun. Evlilik mövzusunda fikir mi istəyirsiniz? Bir peyğəmbərdən soruşun. Eşşəyinizi mi itirdiniz? Bir peyğəmbərdən. soruşun. Əslində Şaul ilə Peyğəmbər Şemuelin qarşılaşması da belə oldu. Şaul itirdiyi bəzi uzunqulaqların yerini tapmaq üçün yardım almaq üçün Şemuelin yanına gəlir. Bu qəribə bir hekayədir. Bir adam gedər və həyatda olan ən böyük peyğəmbərdən soruşar: "eşşəyim haradadır?" Peyğəmbər cavab verir: "Eşşəyin Komanın arxasında. Ha, yeri gəlmişkən, sən İsraelin kralısan. Şemuel ona kral olacağını söylədiyində Şaul gizlənir. Xarakterinin zəifliyini ilk burada görürük.
Öldürücü zəiflik
Talmud, Şaulun fiziki olaraq hər kəsin üzərində olduğunu açıqca ifadə etməklə kifayətlənməz. Əxlaqi və etik cəhətdən də hər kəsin üzərindədir. Nümunəvi bir adamdır amma bir zəif tərəfi vardır: təvazökarlıq mövzusunda bir problem yaşamaqdadır. Həqiqətən təvazökar bir insan həqiqi güc və zəifliklərini bilir. Özünə və mövqeyinə göstərilməsi lazım olan hörmətin də yerini bilir.
Ancaq Şaul Yəhudi xalqının lideri olacaq qədər güclü deyildir. Yəhudi xalqına öndərlik etmək polad kimi bir iradə və diplomatiya bacarığı tələb edir. Moşeyə Yəhudilərə çöldə öndərlik edərkən qarşılaşdığı çətinlikləri gördük (13. bölüm). Lider kifayət qədər güclü deyilsə Yəhudi milləti onu əzib keçəcək, çox güclü olduğu təqdirdə də başqaldıracakdır. Şaul ilə başlayan zəif liderlər problemi, açıq-aşkar bir şəkildə ortaya çıxacağı kimi, Yəhudi xalqının tarixi boyunca başına bəla olacaq.
Şaul e.ə. 879-ci ildə 877-ci ilə qədər hökmdar qalır. Yalnız iki il ərzində krallıq edər və faciəvi bir şəkildə ölür.
Əslində qısa padşahlığının özü də faciədur, bunun səbəbi də başdan etdiyi öldürücü səhvdir. Tanrının Amaleq xalqını ortadan qaldırma əmrini yerinə yetirmir Yəhudi xalqına Erets Yisraelə girərkən verilən əhəmiyyətli əmrlərdən biri "Amaleqin yox etməkdir". Amaleq tarixdə Yəhudi xalqının ən böyük düşmənidir. Bu xalq pisliyi ifadə edir və Yəhudilərə qarşı duyduğu patoloji nifrət elə böyükdür ki fürsəti əlinə keçirdiyi təqdirdə Yəhudiləri yer üzündən siləcəyi üçün Torada onları yer üzündən silmə əmri vardır. 
Amaleqin ən böyük ehtirası dünyanı Yəhudilərdən və əxlaqi təsirlərindən qurtarmaq və planetə bütpərəstliyi, paganizmi və barbarlığı geri gətirməkdir. Yaxşı ilə pis arasındakı kozmik döyüş razılaşmalarla halledilə bilməyəcəyində Tanrı Yəhudilərə Amaleqin yox etməsini əmr edir: bütün xalqı, son inəyini qədər. Şaulun bunu etmə fürsəti vardır. Əmr edildiyi kimi Amalekin qarşı mübarizə aparır və qazanar amma sıra hökmü yerinə yetirməyə gəlincə, dayanır İnəklər əirgənir. Amaleqin kralı Agag da sağ qalır.
Amaleqin ideologiyası
Tarix hələ Şaulun səhvinin nəticələri ilə məşğul olmağa davam etməkdədir.
Agag, Peyğəmbər Şemuel tərəfindən öldürülmədən əvvəl bir uşaq dünyaya gətirir, sonra da Amaleq xalqı yeraltına enir.
İndiki vaxtda Amaleq soyundan gələnləri tanıma imkanımız yoxdur amma ideologiyasının həyatda qaldığını bilirik. Bəzi xalqlar Yəhudiləri dəfələrlə yox etməyə cıhd etmişdir. Bunun bir nümunəsi, Kraliça Ester zamanında (M.Ö.355) Yəhudiləri ortadan qaldırmağa çalışan Fars vəziri Amandır.
Hitler də qətiliklə Amaleq ideologiyasını mənimsəmişdir:
Bəli, biz barbarıq! Barbar olmaq istəyirik. Bu bizim üçün şərəfli bir ünvandır ... İlahi təqdir insanlığın ən böyük qurtarıcısı olmağımı əmr etmişdir. İnsanı, vicdan və əxlaq adlı kiçildici və utandırıcı saxta viziyonundan xilas edirəm... Vicdan bir Yəhudi icadıdır. (Hitler Danışır, sh.87, 220-222)
Hitlerə və holokosta baxınca Toranın(Tövratın) Amaleqin yaratdığı elə dərin bir nifrətin dünyada var ola biləcəyini anlayırıq. Faşistlər hər bir Yəhudini öldürmək istəyirdi. Yəhudi assimilyasiya olmuş, üç nəsildən bəri Xristianlarla evlənmiş ola bilərdi amma bunun əhəmiyyəti yox idi. Faşistlər ən kiçik Yəhudi mirasına sahib hər kəsi öldürmə meylində idi. Yəhudi xalqının və Yəhudi təsirinin bütün izlərini silmək istəyirdilər.
Şaulun SONU
Bu vaxt Peyğəmbər Şemuel Şaula belə deyəi:
 "Sənə doğru dönməyəcəyəm çünki Sən Allahın sözündən çıxdın və Tanrı səni İsrael Kralı olaraq qəbul etmir."
Və Şemuel getmək üzrə döndü amma o (Şaul) Onun paltarının ətəyini tutdu və cırdı. Və Şemuel ona dedi ki:
"Tanrı bu gün İsrael krallığını səndən qopardı və səndən daha yaxşı olan adamına verdi." (1 Şemuel 15:26-28)
Bu kritik səhv nəticəsində Şaulun sonu gəlir. İkinci bir şansa sahib olmur. Söz mövzusu İsrael Kralı olduğunda Tanrı vaxt itirməz.
Əgər bu sərt kimi görünürsə, Allah və Yəhudi xalqı arasındakı əlaqələrin ana xəttlərini ağlımızda tutmaq lazımdır:
Məsuliyyət səviyyəniz məlumat səviyyənizlə mütənasibdir. Güclü mövqedəki şəxslərin  səhvlərinin çox böyük nəticələri vardır.
Öhdəlik səviyyəniz məsul səviyyənizlə mütənasibdir. Nə qədər büyüksəniz, qərarlarınızın təsiri o qədər böyükdür. Bu səbəbdən son dərəcə yüksək bir standart tutdurmaq lazımdır.
Bu səbəblə Yəhudi liderlərin ən kiçik səhvləri belə ağır bir şəkildə cəzalandırıldı. Şaulun sonun gəlmiş olmasına baxmayaraq bu, anında getməsi mənasını deyil, soyunun monarxiyanı sürdürə bilməyəcəyi mənasını verir.
Həqiqətən də Şaula bu bəyanatı verdikdən sonra Şemuel meshetmək üçün başqa bir kral axtarışa çıxır və onu ən olmayacaq yerdə tapır.


Yerləşdirdi: admin