Ana səhifə Əlaqə          בס"ד
Radio Sarı Gəlin
non-stop
Azərbaycan musiqisi







Elanlar

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Webmoney

Hörmətli qonaqlar!
Bizim layihəmiz qeyri komersial və digər reklamlardan istifadə etmir. Buna görə də, biz Sizin maddi köməyinizə ehtiyac duyuruq.
Əgər Sizdə bizim layihəmizə necəsə kömək etmək istək varsa, Sizə minnətdar olardıq. Bütün yığılan vasitələr serverin ödəməsinə xərclənəcək.
Hesabımız:
Z246503364336

Harada ödəmək
(Dünya üzrə ödəmə məntəqələri)

Rəsmi syatlar

Qonaqlar

Flag Counter


Yəhudi təqvimi



Partnyorlar

Ulpan Moiz

Международная Ассоциация Израиль-Азербайджан

Şalom Gazetesi | Haftalık Siyasi ve Kültürel Gazete

РИЗВАН ГУСЕЙНОВ

1905.az - Genocide 1905

Архитектурная мастерская Ильгара Алиева

Hasturk

Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

David Çoban və Döyüşçü

7-07-2013, 08:32 | Bölüm: Tarix | Baxılıb: 44 | Səhv tapdınız?
Peyğəmbər Şemuel Şaulun İsrael Kralı ola bilməyəcək qədər zəif olduğunu anlayınca başqa bir namizəd axtarışına çıxır.
Tanrının rəhbərliyi ilə özünü Betlehemde, İşay adlı bir adamı ziyarət edərkən tapır. Gələcək kral İşayın oğulları arasından çıxacaqdır.
İşay yeddi oğlunu tanıdır və Şemuel hamısının qeyri adi insanlar olduğunu görür: fiziki olaraq formada, Yəhudi qanununda yaxşı təhsil görmüş, özlərini Allaha
həsr etmiş şəxslərdir amma kifayət qədər yaxşı deyildir. Tora deyir ki, Şemuel İşayın oğullarından birini heyranlıqla araşdırarkən Tanrıdan bir mesaj alır:
Tanrı Şemuelə dedi ki: "Xarici görünüşünə və uzun boyuna baxma çünki onu rədd etdim. Çünki vəziyyət insanın qəbul etdiyi kimi deyildir: insan gözə görünəni görər amma Tanrı qəlbin içində olanları görür." (1 Şemuel 16:7)
O zaman Şemuel soruşur: "Başqa oğlun yoxdur?" İşay bir az xəcalətli, cavab verir: "Kiçik olanı var amma qoyunlara baxır."
O kiçik olanı Daviddir. Şemuel İşaya gedib onu gətirməsini söyləyir və qırmızı saçlı kiçik David görünür görünməz Şemuel axtardığı adamın o olduğunu anlayır. Fiziki olaraq çox təsir edici olmamasına baxmayaraq, İsraelin ehtiyac duyduğu güclü liderin xüsusiyyətlərinə malikdir.
Bu bizə insanları necə mühakimə etməyimiz lazım olduğu haqqında çox əhəmiyyətli bir dərs verir. Necə göründüyümüzə görəmühakimə edilirik, buna görə də estetik cərrahı və həmişə gənc görünmək o qədər əhəmiyyətli hesab olunur. Yəhudilik insanın gerçək böyüklüyünün xarici görünüşə görə deyil, ruhunun böyüklüyünə görə ölçüldüyünü söyləyir.
Məshedilən
Şemuel bir kiçik yağ şüşəsini alır və yağını Davidin başına tökür. Bunun adı "məsh etmək" dir.
Şemuel Davidi meshedincə bu Davidin kral olduğunu mənasını vermir. Tanrı tərəfindən sıradakı namizəd göstərildiyi mənasını daşıyır.
Bu vaxt Şaul Şemuel tərəfindən günlərinin saylı olduğu söylədiyi halda, heç bir şeydən xəbərsiz hökmdarlığa davam edir.
Tora Davidin meshedildiği vaxdan etibarən "Tanrının ruhunun Şauldan ayrıldığını" və Şaulun dərin bir depressiyaya düşdüyün izah edir. Çətinliyini yüngülləşdirmək üçün məsləhətçiləri, musiqi dinləməyin kralın özünü daha yaxşı hiss etməsinə kömək edəcəyini düşünərək bir arfa çalğıçısı gətirməyə qərar verir.
Hələ çoban olan Davidin saraya gətirilməsi belə olur. Çox gözəl arfa sənətçisidir və musiqisi, bu gəncin yerini alacağını bilməyən Kral Şaulun rahatlaşdırır.
DAVİD VƏ GOLİAT
Bu sırada İsrael davamlı Fəlistinlərlə döyüş halındadır.
 Köhnə döyüşlərin çöllərdə edildiyini bilirik. Homero'in İlyadasında Truva əhatə etməsi (e. ə 1200-ci il zamanında) epik hekayəsində toqquşmaların nə şəkildə reallaşdığını oxuduq. Hər iki tərəfin xalqı adından dövüşəcək olan böyük çempionunun göndərdiyini görürük. Çox vaxt döyüş bu döyüş ilə sonlanardı çünki itirən tərəfin əhvalı elə pozulardı ki geri çəkilərdi.
Yəhudi tarixinin bu dövründə də vəziyyət eynidir. Fələstinin olduqca ürküdücü bir çempionu vardır. Adı Goliatdır. Nəhəng kimidir.
Problem budur ki Yəhudilərin heç bir çempionu yoxdur.
Yəhudi orduları Yeruşalayimin cənubundakı Elah Vadisinin (bu gün İsrael'de bu yeri hələ ziyarət edə bilərsiniz) bir tərəfində, Fələstinlilərsə o biri tərəfində dayanmaqdadır. Goliat Fələstin xətlərinin qarşısında irəliləməkdə, Yəhudilərə küfrlər yağdırmaqdadır. Utanc içindəki İsrael ordusu isə bunları dinləmək məcburiyyətindədir çünki kimsə Goliatla döyüşmək istəməməkdədir. Günün birində, orduya qatılmaq üçün çox gənc olan David böyük qardaşlarına yemək gətirmək üzrə döyüş sahəsinə gəlir və gördükləri qarşısında şoka düşür.
Tanrıya İnanc
Kimsənin Goliatla döyüşmək cəsarətini göstərməməsini çox əsəbləşən David bu iş üçün könüllü olur amma insanları razı etməkdə çox çətinlik çəkir. Sonunda Tanrıya sarsılmaz inancı Kral Şaulu razı edir:
Və David dedi ki: "Məni aslanın pəncələrindən və ayının pəncələrini qurtaran Allah, Fələstinlinin əllərindən də qurtaracaq." (1 Şemuel 17:37)
Şaul da bu şəkildə cavab verir:
"Get, Tanrı səninlə olsun."Qılıncı və qalxanı olmayan David yalnız sapanı, bir neçə daşı və Tanrıya dərin inancı ilə Goliatın qarşısına çıxır.
Onu görüncə Goliat gülür:
"Mən bir itəm ki sopalarla gəlirsən?"
Amma David duruşunu pozmur:
"Sən mənə bir qılınc, bir nizə və bir qılıncla gəlirsən amma mən təhqir etdiyin İsrael ordularının, batalyonlarının Allahının adıyla gəlirəm. Bu gün Tanrı səni mənim əlimə verəcək... və bütün bu topluluq Tanrının qılınc və nizəylə qurtarmadığını görəcək..." (1 Şemuel 17:47)
Goliat ona doğru irəliləyərkən David sapanları ilə devin üzünə bir qaya atır, qaya Goliatın alnına dəyir, Goliat üzü üstdə yerə düşür. David Goliatın qılıncını alır və başını kəsir.
Şaşqına dönən Fələstinlilər qaçmağa başlayır, İsrael ordusu onların arxasına düşür. Nəticə Yəhudilər üçün böyük bir zəfərdir.
Güclə deyil
Davidin döyüş sahəsində söylədiyi sözlər çox təsirlidir. Peyğəmbər Zeharyanın məşhur sözlərini əksetdirərək Yəhudi xalqının gerçək gücünün Tanrı olduğunu vurğulayır
"Qüvvətlə deyil, güclə deyil amma Mənim ruhumla" deyir Orduların Tanrısı. "(Zeharya 4:6)
Yəhudilərin, Tanrı onlarla olduğu təqdirdə qazanacaqlarını və bunu unudacaqları zaman başlarının bəlaya girəcəyini xatırlamaları lazımdır. Müasir İsrail tarixinə gəldiyimizdə bunu görəcəyik: 1967dəki böyük zəfər və 1973-cü ildə qorxunc itkilər.
Yəhudilərin güc qaynaqlarının haradan gəldiyini hər zaman xatırlaması lazımdır.
Bir gecədə super qəhrəman olduğu halda David bunu ağlından çıxarmayacaq olan Yəhudi bir liderdir. Kralın qızı Mihali ilə evlənir. Onun haqqında bir mahnı belə bəsdələnir və çox məşhur olur: "Şaul minlərlə öldürdü və David on minlərlcə."
Davidin çox sevilməsi Şaulun xəstəlikli bir şəkildə qısqandırır. Onu öldürməyə çalışır və Mihali tərəfindən xəbərdar edilən David qaçmağı bacarır. Şaul onu ölkənin dörd bir yanında axtarır və David gizlənməyə məcbur olur. Amma Şaulun hökmdarlığı artıq çox uzun sürməyəcək, bir döyüşdə öldürülmək üzrədir.
Şaulun SON DÖYÜŞÜ
Fələstininlilər yenə hücum edir: şimalda, Qaliley yaxınlarda Gilboada Təpəsində.
Fələstinin ölkəyə nə dərəcədə sızmağa bacardıqları çaşdırıcıdır. Artıq yalnız sahildə yoxdur, Gilboada Təpəsinə, Beit Sheana və oradan Şama uzanan qədim ticarət yolu-Kralın Yolu-bölgəsinə varmış vəziyyətdədirlər. Yəhudi xalqı üçün strateji olaraq pis bir yerdədirlər. Şaul Fələstinlilərlə döyüşmək üzrə ordusu ilə irəliləməkdədir.
Şaul Peyğəmbər Şemuele məsləhətləşmək surətiylə hər müharibənin nəticəsini hər vaxt bilərdi. Amma peyğəmbər ölmüşdür. Yenə də onunla o biri dünyada təmas etməyi bacarır və Şemuel onun heç bir şansının qalmadığını çünki Allahın artıq onunla olmadığını söyləyir.
Buna baxmayaraq, Şaul qorxaq olmadığından Yəhudi xalqını döyüşə aparır. Oğulları gözünün qarşısında öldürülür. Məğlubiyyət şübhəsizdir. Özü də düşmənin əlinə keçir, yaralanır, qılıncının üzərinə düşür və ölür.
 Fələstinlilər Şaulun bədənini alır, başını gövdəsindən ayırır və ölkənin dörd bir yanında dolaşdırır. Bədənini və üç oğlunun bədənlərini Bet Sean şəhərinin divarlarına asarlar amma Yəhudilər gecə geri gəlir, başsız bədəni oğurlayaraq və basdırarlar.
Bu vaxt David cənubda, kral olaraq tac geydiyi Xevronda ortaya çıxır. Bir sonrakı hissədə hökmdarlığının hekayəsini ələ alacağıq.


Yerləşdirdi: admin