Ana səhifə Əlaqə          בס"ד
Radio Sarı Gəlin
non-stop
Azərbaycan musiqisi







Elanlar

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Webmoney

Hörmətli qonaqlar!
Bizim layihəmiz qeyri komersial və digər reklamlardan istifadə etmir. Buna görə də, biz Sizin maddi köməyinizə ehtiyac duyuruq.
Əgər Sizdə bizim layihəmizə necəsə kömək etmək istək varsa, Sizə minnətdar olardıq. Bütün yığılan vasitələr serverin ödəməsinə xərclənəcək.
Hesabımız:
Z246503364336

Harada ödəmək
(Dünya üzrə ödəmə məntəqələri)

Rəsmi syatlar

Qonaqlar

Flag Counter


Yəhudi təqvimi



Partnyorlar

Ulpan Moiz

Международная Ассоциация Израиль-Азербайджан

Şalom Gazetesi | Haftalık Siyasi ve Kültürel Gazete

РИЗВАН ГУСЕЙНОВ

1905.az - Genocide 1905

Архитектурная мастерская Ильгара Алиева

Hasturk

Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

David Kral

7-07-2013, 08:38 | Bölüm: Tarix | Baxılıb: 60 | Səhv tapdınız?
Kral David Yəhudi tarixinin ən əhəmiyyətli şəxsiyyətlərindən biridir. M. Ö 907-ci ildə dünyaya gəlmiş, 40 il ərzində İsrael kralı olaraq hökm etmiş, e.ə. 837-ci ildə 70 yaşında ölmüşdür. Onun haqqında deyiləcək o qədər çox şey vardır ki.
Amma şəxsiyyəti və bacardıqları bir bütün olaraq ələ alındığında, hər şeydən çox mənəvi böyüklüyü ortaya çıxır. David gerçək bir insandır. Ən böyük bacarığı Tanrı ilə bir əlaqə qurmaq olan, gerçək insani səhvləri olan biri ... Ruhunun gözəlliyini, çoxunu öz yazmış olduğu mizmorlarını (Məzmurlari-Zəburu) oxuduğumuzda görərik. Bunları kim bilməz? Tanrı çobanımdır və heç bir şeydən məhrum olmayacağam ... (Mizmor 23) Tanrı işığım və səlamətimdir, kimdən qorxmalıyam ki... (Mizmor 27) Gözlərimi dağlara doğru qaldırıram, mənə kömək haradan gələcəksə Mənə kömək Tanrıdan, göyüzünü və yerüzünü Yaradandan gəlir. (Mizmor 121) Hərbi müvəffəqiyyətlərini ələ aldığımızda belə arxasındakı itələyici gücün Tanrıya bağlılığı olduğunu görərik.
YERUŞALAYİMİN FƏTHİ
İsraelin Şemotdan etibarən bütün bu dövrünün hekayəsinin, iki böyük mədəniyyət olan Misir və Mesopotamiya (müxtəlif zamanlarda Asurlular, Babillilər və Farslar tərəfindən idarə olan) arasında sıxışıb qalmış kiçik bir xalqın hekayəsi olduğunu, tarixi olaraq bilirik. David taxta çıxdığında Misir və Asurlular enişə keçmişdir. Artıq yayılacaq vəziyyətdə deyildirlər, bu da İsraelin olduğu o yerdə bir boşluq buraxmaqdadır. Bu sayədə İsrael bu böyük imperatorluqlar tərəfindən narahat edilmədən yayıla bilər. Beləcə David ən sonunda Fələstin təhdidini aradan qaldırır və İsraellilerin o zamana qədər fəth etməyi bacara bilmədikləri son Kenaan şəhər-dövlətini, Yeruşalayimi fəth edir (Keçmiş dövr üçün 14. Hissəyə bax: Yeoşua və vəd edilən torpağın fəthi) Yeruşalayim, yəhudi xalqının Erets İsraele girməsi ilə Kral Davidin zamanına qədər keçən 450 il ərzində fəthedilə bilməmişdir. Yebusilər deyə adlandırılan bir Kənaan qövmünün oturduğu bir şəhər-dövlətdir Güclü qalalarla əhatə olunmuşdur ancaq zaptedilə bilməz görünüşünə qarşı zəif bir nöqtəsi vardır. Tek su qaynağı şəhər divarının xaricində qalan bir bulaqdır. Şəhər içindən bu bulağa qayalara oyulmuş uzun bir dəhlizdəngedilməkdədir. Şemuel və Chronicles Kitabları Davidin generalı Yoavın tsinora (söz mənası boru) necə dırmaşdığını, şəhərə girdiyini və fəth etdiyində təsvir edir. Bəzi arxeoloqlar bunun Gihon Bulağından yuxarı çıxan şaquli bir tunel olan "Warren Tuneli" (bu günki Yeruşalayimin divarları xaricində qalan "Davidin Şəhəri"-nin turistləri çəkən bir hissəsi) ola biləcəyini düşünür.
NİYƏ Yeruşalayim?
Şəhəri işğal etdikdən sonra Davidin ilk etdiyi oranı paytaxtı elan etmək oldu. Burada dayanıb soruşmaq məcburiyyətindəyik: Niyə Yeruşalayim? Şübhəsiz İsraein paytaxtı ola biləcək daha uyğun şəhərlər vardı. Yeruşalayim nə hər hansı əhəmiyyətli bir suyun sahilində, nə də hər hansı bir ticarət yolunun üzərində idi. Dünyadakı bütün paytaxtlar bir okean, dəniz, çay, göl və ya ən azından böyük bir ticarət yolunun yaxınlığında qurulmuşdur. (O dövrdə İsraeli çaprazlamasına kəsən əhəmiyyətli ticarət yolları var idi. Köhnə Orta şərqin Qırmızı dənizdəki Akaba Körfəzindən Şama uzanan böyük ticarət yollarından biri Kralın Yolu idi. Ayrıca Misirdən Aralıq dənizi sahili boyunca İsraelə, oradan da Suriyaya gedən Via Maris "Dəniz Yolu" var idi.) İsraelin paytaxtı Aralıq dənizi sahilində olmalı idi. Yafa (bu günki Təl-Əvivin yanında) kimi bir yer daha məntiqli olardı. Elə isə niyə Yeruşalayim? Yeruşalayimin Yəhudi millətinin bənzərsiz əlaqəsi nədir və İsrael oğulları nə səbəbdən bir xalqa çevrildi? Normalda xalqlar bir torpaq parçasında uzun bir müddət yaşayıb ortaq bir dil və ortaq bir mədəniyyət yaratdıqdan sonra xalq halına gəlir. Məsələn Fransızlar. Günün birində oyanıb da ağ şərab, pendir sevdiklərinə qərar vermədilər. Bir qrup insan bir müddət ərzində bir torpaq parçasına yerləşdi (ki daha sonra Fransa kimi tanındı) və ortaq bir dili yarandı.Paylaşılan bir milli təcrübə dövründən sonra Fransız olaraq bilinən bir şəxsiyyət altında birləşdilər. Bu senariya az çox hər millət üçün eynidir. Yəhudilər Misir əsarətindən xilas olduqdan qısa bir müddət sonra millət oldu. Daha Erets İsraeldə deyildilər, səhrada Sinay dağının ətəklərində sahibsiz bir ərazi parçasında düşərgə qurmuşlardı. Yəhudilər orada "edəcəyik və dinləyəcəyik" deyə söz verərək Tanrı ilə bir əqd etdiklərində bir millət oldu. İsraelin millət olması ən başda və hər şeydən çox, Tanrı ilə ictimai əlaqəsi ilə təyin olunur. Və Tanrı ilə əlaqə qurmaq üçün Yeruşalayimdən daha yaxşı bir yerin olmadığı ortaya çıxır.
ALLAHIN YERİ
David Yeruşalayimi paytaxt edər etməz şəhərin şimal sərhədindəki kiçik bir təpəni, sahibi olan Yebuslu Aravnadan satın alır. Bu satın alma Torada iki yerdə qeydiyyatdadır (2 Şemuel 24:24 və 1 Salnamələr 21:25). Bu təpə Moriah dağıdır. Bura, Toranın ifadə etdiyi kimi Avraamın (İbrahimin) Yitshakı (İshaqı) qurban etməyə getdiyi və bu sözləri söylədiyi yerdir: "Tanrı görəcək" bu günə qədər deyildiyi kimi "Tanrının dağında, O görünür." (Bereşit 22:14) Bura, Yaakovun (Yaqubun) yuxusunda göyüzünə çıxan bir nərdivanı gördüyü və belə dediyi yerdir: "Bu yer nə qədər cəzb edici! Tanrının evindən başqa heç bir şey yoxdur və bu, göyüzünün qapısı." (Bereşit 28:17) Bu yer insanlıq tarixində hər böyük fatihin sahib olmaq istədiyi yer olmasına təəccüblənməmək lazımdır. (Yeruşalayim 3.000 ildə 36 dəfə fəth edilmiş və dağıdılmışdır.) Bu gün o nöqtədə Qübbətül Səhra olaraq bilinən İslam tikilisi var. Bu qızıl qübbənin altında metafizik olaraq even ştiah "içmə qayası" olaraq bilinən bir qaya vardır. Su içmək və din sinonimidir və Tora mina hayin "həyat suyu" olaraq bilinər. Yəhudiliyə görə dünya mənəvi olaraq bu nöqtədən, bu daşdan bəslənir. Dünya planetində Tanrının varlığı ancaq burada bu sıxlıqda hiss edilir. Bu səbəbdən Yəhudi xalqının sahib olduğu ən müqəddəs iki obyektin-mişkanın və Əhd Sandığı-davamlı qalacağı məkanın burada inşa edilməsi məntiqlidir.
BET-AMİKDAŞIN (MƏBƏDİN) YERİ
Kral David vaxt itirmədən Əhd sandığını Yeruşalayimə gətirir. Bu böyük bir ictimai xoşbəxtlik fürsətidir. Zövq içindəki David bu qeyd etmə əsnasında dəlicə rəqs edir. Buna görə ona çox bağlı olan, hətta Kral Şaul onu öldürmək istədiyində həyatını qurtaran arvadı, Şaulun qızı Mihali tərəfindən qınanır. Mihali, davranışını gülünc göstərərək Davidin hücum edir (2 Şemuel 6:16-23): "Xidmətkarlarının nökərləri qarşısında özünü bir kəndlinin kimi göstərən edən İsrael kralı bu gün nə qədərşəxsiyyətli idi!" Tanrı ilə xüsusi bir əlaqə qurmanın sevinci ilə qürurunu heç düşünməyən David heyrətlə cavab verir: "Tanrının hüzurunda sevinəcəyəm. Və bundan daha da sadə hərəkət edəcəm və öz gözümdə daha da aşağı olacağam; və bəhs etdiyin nökərlərdən ləyaqətlə rəftar görəcəyəm." Hekayə, Tanrı tərəfindən İsraelin kralı olaraq seçilən adamı sərt bir şəkildə tənqid üçün Mihala verilən cəza ilə sona çatır: Və Şaulun qızı Mihali öldüyü günə qədər uşaq sahibi ola bilmədi. David Əhd sandığını Moriah dağına gətirdiyi halda Tanrı onun Bet-Amikdaşı (Məbədi) inşa etməsinə icazə vermədi. Müxtəlif səbəblər irəli sürülməkdədir. Birincisi, Bet-Amikdaşın Allahın evi və bir sülh evi olması, Davidin isə İsraelin düşmənlərinə qalib gələrkən çox qan tökmüş olmasıdır. Ancaq ona, oğulunun Bet-Amikdaşı inşa edəcəyi sözü verilir. Davidin bir çox yoldaşından, ona ciddi çətinliklər yaşadan bir çox oğlu vardır. Bu oğullardan biri olan Amnon bacısı Tamara təcavüz edir. Bir digəri Avşalom Davidin qarşı intriqalar çevirir və onun yerinə keçməyə çalışır. Amma Davidin gözəl Batşeva ilə əlaqəsindən doğan çox xüsusi bir oğlu da var: Şlomo (Süleyman).
DAVİD VƏ BATŞEVA
Davidin Batşeva ilə əlaqəsi Tora'da ən səhv şəkildə qiymətləndirilən hekayələrdən biridir və bunu bir çəhrayı dizi kimi oxumamağa çox diqqət yetirməliyik. Nə var ki xülasəylə olan budur. Bir gecə David narahatlıqla sarayının damında gəzməkdədir. Aşağıda, şəhərdə olan evlər və bağçalar görünməkdədir. Orada yuyunmaqdan olan gözəl bir qadın görür. Bu qadın, döyüşdə olan generallarından birinin, Xetli Uriahın arvadıdır. David Batşevayı yanına çağırtır və gecəni onunla keçirir. Batşeva hamilə qalınca Uriahn ön cəbhələrə göndərilməsini əmr edir və general döyüşdə ölür. O zaman da David Batşeva ilə evlənir. Bu mərhələdə peyğəmbər Natan kralı ziyarət edir (2 Şemuel 12). Krala, ölkədə meydana gələn böyük bir haqsızlığı xəbər verməyə gəldiyini söyləyir. Çox qoyunu olan zəngin bir adam yoxsul bir adamın çox sevdiyi qoyununu oğurlamış və bir ziyafət üçün kesdirmişdir. Eşitdiklərindən ötəri hirslənən Kral David "Bunu edən ölümü layiqdir" deyir. Peyğəmbər də cavab verir: "O adam sizsiniz!" David boynunu əyir. "Tanrı hüzurunda günah işlədim" deyir. Bu son dərəcə kompleks bir heykayədir və ardında, göründüyündən çox daha çox gizlidir. Texniki olaraq Batşeva evli bir qadın deyildi çünki Davidin əsgərləri, döyüşdə itmələri və yoldaşlarının evlənə bilməmələri ehtimalına qarşı, yoldaşlarına hər zaman şərtli boşanma haqqı tanıyardı. Yenə də Tora Davidin doğru hərəkət etmədiyini açıqca bildirir. Müdriklər isə söz mənasında Davidin zina işləmədiyi halda əxlaqi baxımdan səhv olduğunu izah edir. Əvvəlki hissələrdə gördüyünüz kimi Tora, Yəhudi liderlərə qarşı son dərəcə tənqidçi bir rəftar alır. Kimsənin keçmişini təmizləməz. Ümumiyyətlə padşahlarını səhvsiz tanrıların soyundan gələn kəslər olaraq göstərən köhnə xalqların qeydləri arasında, Tora tək başına, ayrı bir mövqedədir. Davidin böyüklüyü günahını qəbul etməkdə təvazökarlıq və ardınca peşmanlıqda ortaya çıxır. Buna görə Yəhudi xalqının və dünyanın ən uca qurtarıcısı Davidin soyundan gələcəkdir, "Maşiah Ben David" olacaqdır. Batşeva qısa zaman sonra doğur amma uşaq, Peyğəmbər Natanın nəzərdə tutduğu kimi ölümcül bir şəkildə xəstələnir. David namaz və oruc dövrünə girər amma uşaq ölür. David bunun etdiklərinin qarşılığı olduğunu anlayır. Eyni zamanda Tanrının onu bağışladığını da. Aradan uzun zaman keçməz, Batşeva yenə hamilə qalır. Bu dəfə sağlam bir uşaq dünyaya gətirər. Adına Şlomo (Sülüyman) deyiləcək, fövqəladə bir zəkaya sahib, qızıl bir uşaq olacaqdır.


Yerləşdirdi: admin