Ana səhifə Əlaqə          בס"ד
Radio Sarı Gəlin
non-stop
Azərbaycan musiqisi







Elanlar

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Webmoney

Hörmətli qonaqlar!
Bizim layihəmiz qeyri komersial və digər reklamlardan istifadə etmir. Buna görə də, biz Sizin maddi köməyinizə ehtiyac duyuruq.
Əgər Sizdə bizim layihəmizə necəsə kömək etmək istək varsa, Sizə minnətdar olardıq. Bütün yığılan vasitələr serverin ödəməsinə xərclənəcək.
Hesabımız:
Z246503364336

Harada ödəmək
(Dünya üzrə ödəmə məntəqələri)

Rəsmi syatlar

Qonaqlar

Flag Counter


Yəhudi təqvimi



Partnyorlar

Ulpan Moiz

Международная Ассоциация Израиль-Азербайджан

Şalom Gazetesi | Haftalık Siyasi ve Kültürel Gazete

РИЗВАН ГУСЕЙНОВ

1905.az - Genocide 1905

Архитектурная мастерская Ильгара Алиева

Hasturk

Təqvim

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

Azərbaycanda yahudilər İsraildə kimi rahat yaşayırlar!

Bu səfər müsaihəbimiz İsrailin Keren Yedidud təşkilatının nümayəndəsi Türkiyə yəhudisi Moiz Sustiel olacaq.

Moiz bəy bizə bir az özünüz haqqında bəhs edərmisiniz?
Mən 06.06.1949-cu ildə İstanbulda dünyaya gəlmişəm. 1993-cü ildən İsrailə köç etmişəm.Hal hazırda İsraildə Kfar Yonada yaşayıram.İsraildə Keren Yedidud yardım  təşkilatında könüllü çalışıram.Bu təşkilat dünyadan İsrailə gələn və gəlmək istəyən yəhudilərə kömək edir.



Bildiyimiz qədər siz könüllü İvrit dilini onlayn tədris edirsiz. Bunun haqqında Məlumat verə bilərsiz?
Bəli mən neçə illərdir könüllü ivrit dilini tədris edirəm. Həm İsrailin özündə həmdə dünyanın bir çox yerindən tələbələrim var. İvrit dilini online tədris edirəm.Xüsusi ilə Türkiyədən gələn yəhudilərə kömək edirəm. Bildiyiniz kimi İsrailə gələn yəhudilər üçün ilk problem dil problemi olur onun üçündə İsrailə gəlmədən ivrit dilini öyrənmələri əsas məsələdir. İvrit dilini öyrənmmək istəyənlər https://www.ulpanmoiz.com/ girib baxa bilərlər.

Bizə İsraildə gördüyünüz işlərdən bəhs edə bilərsinizmi?
Mən 25 ildir İsraildə yaşayıram və könüllü olaraq Türkiyədən gələn yəhudilərə kömək edirəm.Onlara İsraildə cəmiyyət inteqrasiya olmalarına İsrail qanunları haqqında məlumatlandırıram.Həmçinin burda bir iş sahibi olmalarına əlimizdən gələn köməklikləri göstərirəm. Fəaliyyətlərimdən biridə İsraildə uşaqlardan türk futbol komandası qurmaq olub. Həmçinin uşaqlara türk dilini də öyrədirəm.Gördüyüm bütün bu işlər İsrail dövləti tərəfindəndə yüksək qiymətləndirilir.Bunun üçündə  mənə İsraildə hər il sadəcə 10 nəfər verilən Prasmagen mükafatı verilmişdir.

Bildiyimiz qədəri ilə Bakıyada gəlmişdiniz. Bizə bakı haqqında təəssuratlarınızı deyə bilərsiniz?
Bəli Bakıya gəlmişdim. Öncəliklə belə bir müasir şəhər ilə qarşılacağıma gözləmirdim. Həqiqətən Bakı çox müasir və gözəl şəhərdir. Burda gördüyüm  və mənə təsir edən o oldu ki, Bakıda yəhudilər İsraildə olduqları qəədər rahatdır. Burda sinaqoqları yəhudi məktəbində oldum. Həqiqətən çox tolerant bir dövlətiniz və xalqınız var. Mən özüm və bütün yəhudilər adından Azərbaycan xalqına və dövlətinə öz təşükkürümü bildirirəm. Azərbaycandakı yəhudi qardaşlarıma da bildirmək istəyirəm ki, ivrit dilini öyrənmək istəyirlərsə mənə müraciət etsinlər.Dərslər tam ödənişsiz və onlayn aparılır.

Yerləşdirdi: admin