Ana səhifə Əlaqə          בס"ד
Radio Sarı Gəlin
non-stop
Azərbaycan musiqisi







Elanlar

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Webmoney

Hörmətli qonaqlar!
Bizim layihəmiz qeyri komersial və digər reklamlardan istifadə etmir. Buna görə də, biz Sizin maddi köməyinizə ehtiyac duyuruq.
Əgər Sizdə bizim layihəmizə necəsə kömək etmək istək varsa, Sizə minnətdar olardıq. Bütün yığılan vasitələr serverin ödəməsinə xərclənəcək.
Hesabımız:
Z246503364336

Harada ödəmək
(Dünya üzrə ödəmə məntəqələri)

Rəsmi syatlar

Qonaqlar

Flag Counter


Yəhudi təqvimi



Partnyorlar

Ulpan Moiz

Международная Ассоциация Израиль-Азербайджан

Şalom Gazetesi | Haftalık Siyasi ve Kültürel Gazete

РИЗВАН ГУСЕЙНОВ

1905.az - Genocide 1905

Архитектурная мастерская Ильгара Алиева

Hasturk

Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Menora

Menora'nın bir çox simvolik mənası vardır. İlk mənası "Daimi İşığı təsvir etməsidir. Tanrı yeri və göyü yaratdıqdan sonra ilk olaraq "Yei Or - İşıq olsun" demişdir. Bu işıq  həm də kainatın və ruhlarımızın işığını ifadə edir.Bunun üçün  Menora eyni zamanda elmin davamlılığını və sonsuzluğu təsvir edir.
Midraş, Moşenin(Musanın) Menora'yı tam olaraq görüb qəbul edə bilməsi üçün Allahın onu, qırmızı, ağ, qara və yaşıl atəşlərlə çəkdiyini, beləcə Moşeyə bunu aydınlıkla göstərdiyini və necə  düzəldəcəyini bildirir. Tanrının Moşeyə təlimatı eyniylə belədir:
"Və  altından bir şamdan düzəldəcəksən. Şamdan qolları çəkiclə işlənəcək. Sütun başları, piyalələri, çiçəkləri tək bir parça halında olacaq. Hamısı bir talant qızıldan düzəldiləcək. Bax və sənə dağda göstərilən nümunələrinə görə et." Şemot (Çıxış 25:31-30).
Moşe , dağda Tanrının  atəşlərlə çəkib göstərdiyi Menora fiqurunu ağılında tutaraq Sinay dağından aşağı enmiş çox qabiliyyətli bir rəssam və sənətçi olan Yehuda Kabilesi'nden Betsalel Ben Uri Ben Hur'a bu müqqədəs simvolun  tərifini vermişdir. 
Menora'nın boyu, ortalama bir insan boyu və ya bir az daha uzun olacaq, ortadakı mərkəz qolun iki yanında üç-üç qol daha olacaq. Qolların başlarında badam çiçəyi formasında içləri saf zeytunyağı ilə dolu qablar olacaq. Menora tək parça qızıldan düəzldiləcək,və yalnız çəkiclə vurularaq şəkilləndiriləcəkdir.
Menora və Mənaları
Menora'nın bir çox simvolik mənası vardır. İlk mənası "Daimi İşığı ifadə etməsidir. Tanrı yeri və göyü yaratdıqdan sonra ilk əmrində "İşıq olsun" demişdir. Bu işıq bir tərəfdən kainatın və ruhlarımızın işığını təsvir edir.Digər baxımdan Menora eyni zamanda elmin davamlılığını və sonsuzluğunu ifadə edir.
Menora'nın 7 işığı yaradılışın 7 gününü  təsvir edir. Altı iş günü və yeddinci istirahət gününü yəni Şabat'ı.
Menora eyni zamanda İsrail oğullarının Misiri tərk edişləri ilə Sinay Dağı ətəklərində Tora'yı aldıqları arasında keçən 7 həftəni (Şeva Şavuot) təmsil edir. Bu məzmunda Menora; azadlığa qovuşma xoşbəxtliyi ilə bir intizam zəruriliyi arasındakı zamanı ifadə edir  ki, intizamsız azadlığın azadlıq deyil, başı pozuqluq olduğu düşüncəsinin əsasını meydana gətirir.
Menora'daki mərkəz qolla digər qollar arasındakı məsafə və yüksəklik bərabərdir. Bu da ədaləti işarələyən mərkəz qola görə, digər qolların vəziyyəti ədalət qarşısındakı bərabərliyin ifadəsidir.
Orta əsrlərdə bu 7 qol astrolojik mənada 7 planeti bildirməkdədir; ortaya günəş və hər iki yanında üç-üç planet. Bu tezisi ortaya atan şəxs E.Ə.40 –cı ildə  İskəndəriyədə yaşayan, Yunanlı Yəhudi fizolof Philon'dur. Hermes fəlsəfəsindən təsirləndiyi aydın görülən Philon'a görə ortadakı işıq, kainatın nizamını yəni günəşi simvollaşdırır. Philon "Tora" dan ilhamlanaraq, alleqorik olaraq ortadakı mərkəz qolu Saranın fiquru olaraq çəkmişdir. Çünki Sara Yəhudi birliyinin anası və işığın qoruyucusudur.
Menora bunlardan başqa, həyat ağacı olaraq xarakterizə edilmişdir. Ona bir badam ağacı şəxsiyyəti kazandırılmış, ölümsüzlüyü ifadə etmək istənmişdir. Bilindiyi kimi yazda ilk çiçək açan ağac badam ağacıdır. Ağacın budaqları çiçəklərlə bəzəndiyi zaman, yarpaqları hələ cücərməmisdir. Bu saflığı və müqəddəsliyi ifadə edir.
Yəhudi mistisizminə görə həyat ağacı simvolu 7 müqqədəs fəziləti ifadə edər. Menora insanoğlunun Tanrının surətində yaradıldığının simvoludur. Bir başqa izahatla Menora Tanrının gücün insanda şəkil tapdığını ifadə edir. Ayrıca Menora, mənəvi gücün, fiziki qaranlıqlara üstünlüyünü təsvir  edir.Nəticə olaraq Menora, Allahın İsrail oğullarına vəd etdiyi, ruhların qurtuluşuna işarədir.
Menora'nın tarixi
İlk orginal Menora, Betsalel Ben Uri Ben-Hur tərəfindən Tanrın  əmr etdiyi  şəkildə  hazırlanmış və səhrada olan Müqəddəs Çadır "mişkanın" ın ən müqəddəs daxili bölüm "Kadoş aKodaşim" ə yerləşdirilmişdir. Menora "Parohet" in (İndiki vaxtda sinagoglardaki Səfər Toraların olduğu bölüm örtən pərdə) qarşısında var, özü cənubda ikən, kölgəsi şimalda görsənməkədədir. İşıqları gecədən səhərə qədər yanar, Kohen Gadolin tərəfindən yandırılır və söndürülürdü.
Daha sonra, müqəddəs torpaqlara ayaq basıldığı zaman, Yeoşua Bennu tərəfindən Şilo'ya gətirilmişdir.
Şlomo(Süleyman) Yeruşalayim'de "Bet-Amikdaşı"  inşa etdirdiyi zaman, bütün müqəddəs əşyalar "Bet-Amikdaşa" daşınmışdır.
Şlomo əsas Menora'nın iki yanına bəş ədəd daha menora yerləşdirmişdir. Bundan məqsəd əsas Menora'yı qorumaq və məbədi gümüş və qızıllarla bəzətməkdir.
E.ə.586 'da I.Bet-Amikdaş dağıdılınca bütün bu müqəddəs əşyalar Babilə daşınmışdır. Lakin Farsların Babili fəthindən sonra Kir bu xəzinələrin böyük bir hissəsini, Yeruşalayim'i və məbədi yenidən inşa etmək məqsədiylə, müqəddəs torpaqlara geri gətirtmişdir. Menora o sıralarda ehtimalla ya təmir görmüş və ya itən yerinə yenisi düzəldilmişdir.
II. Bet-Amikdaş inşa edilərkən, Babildəki sürgündən müqəddəs torpaqlara geri dönən peyğəmbər Zekarya'ya bir mələk Menora'nın şəklini göstərmişdir.
"Qızıl bir şamdan gördüm. Ən üst təpəsində bir yağ qabı vardı. Üstündə 7 boru olan 7 lampa vardı. İki dənə zeytun budağı vardı. Biri yağ kasasının  sağında, digəri solundaydı." (Zekarya 4:2-3).
Bu ağaclar David Ameleh'in soyundan gələn Zerubavel'i və Kohen Gadolin olan Yeşuanı işarələyirdi. Bu iki adam iktidardı. 7 lampa Tanrının yerıüzündeki 7 gözünü işarələyirdi və gənc şahzadəyə bu mesajı verirdi: "Orduların Rəbbi deyir, qüdrətlə deyil, qüvvətlə deyil, ancaq mənim ruhumla."
Helenistiq əsrlərdə Antiyohus Epifanesin Menora'yı və digər obyektləri qaldırmış, qurbangahın üzərinə Olimpos tanrısı Zevsin rəsmini təsvir etdirmişdir.
Makabilər döyüşü qazanıb məbədə girincə oranı təmizləmiş adi  qabları olan dəmir bir Menora düzəltmişlərdir. Daha sonra gümüş bir menora  və ən sonunda lazımlı imkanlara malik oldunduğunda saf qızıl bir Menora təkrar köhnə yerinə qoyulmuşdur.
Menorayı, Xaşmonay xanədanının başı Matatıau Xaşmonay'ın basdırdığı bir mədən pulun üzərində də görməkdəyik. Matatıau Xaşmonay E.Ə.40-37-ci illər arasında üç il hökmdarlıq və dini liderlik etmiş, Antiyoxlu Mark Antonius tərəfindən həbs olunmuş və edam etdirilmişdir.
Böyük Herod e.ə. 37-4-cü  illər arasındakı səltənəti zamanında II.Bet-Amikdaş 'ın inkişaf etdirilməsi ilə məşğul olmuş yeni Menoralar düzəltdirmişdir. Bunlar köhnə şəhər qazıntıları zamanı ortaya çıxarılmışdır.
Müqəddəs torpaqlar Romalıların hakimiyyəti altına  keçdiyində, ikinci məbədin dağılmasından sonra geriyə qalan Menorayı ələ keçirən Romalılar onu İmperator Titus'un Zəfər Tağı'nın simvolu halına gətirmişlərdir. Bu gün belə hələ cevaplandırılamayan suallardan biri Romalıların nə səbəbdən Menorayı öz simvollarından biri halına gətirmək istədikləridir. Romalılar menoranın üzərinə mifoloji tanrılar və Greko-Rum Mitolojisi'nden alınma qrifonlar, aslanlar, qartallar və müxtəlif dəniz varlıqlarının fiqurlarını işləmişlərdi. Bir düşüncəyə görə bütün bu  fiqurların hamısı ən yaxşı şəkildə bir araya gətirib eyni anda daşıya bilmək üçün Menoranın şəkli çox əlverişli sayılmışdır.
Bütün II.Məbəd xəzinələri imperator Vespasian tərəfindən, Romadakı forumda olan sülh məbədində mühafizə edilirdi. Daha sonra M.S455'de Vandallar Romanı zəbt etdiklərində Menora imperatorluq paytaxtı olan Kartaca'ya daşındı.
VI.əsr tarixçilərindən Kesaryalı Procopius, Menora'nın Bizans İmperatoru Belisarius'un şərəfinə bir çox xəzinəylə birlikdə Bizansın paytaxtı Constantinopl'a(İstanbula) göndərildiyini yazır. Daha irəli tarixlərdə İmperator Justinien Menorayı uyğun bir vaxta qədər mühafizə etdikdən sonra, təkrar Yeruşalayim'e göndərmiş və onu kilsələrdən birində möhkəm bir nəzarət altında saxlamışdır.
E.S638-ci ildə ərəblərin Yeruşalayim'i ələ keçirmələrdən  etibarən Menora bir daha heç ortaya çıxmamışdır. Bəlkə də Farslar E.S.614-cü ildə Yeruşalayim'i tərk etmək məcburiyyətində qaldıqları zaman onu da aparmışlardır.
Əfsanəyə görə Menora ya Yeruşalayim'də, ya da Şiloda basdırılmışdır. O Maşiah'ın gəlməsini və məbədin yenidən inşa edilməsini gözləməkdədir.

Yerləşdirdi: admin