Ana səhifə Əlaqə          בס"ד
Radio Sarı Gəlin
non-stop
Azərbaycan musiqisi







Elanlar

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Webmoney

Hörmətli qonaqlar!
Bizim layihəmiz qeyri komersial və digər reklamlardan istifadə etmir. Buna görə də, biz Sizin maddi köməyinizə ehtiyac duyuruq.
Əgər Sizdə bizim layihəmizə necəsə kömək etmək istək varsa, Sizə minnətdar olardıq. Bütün yığılan vasitələr serverin ödəməsinə xərclənəcək.
Hesabımız:
Z246503364336

Harada ödəmək
(Dünya üzrə ödəmə məntəqələri)

Rəsmi syatlar

Qonaqlar

Flag Counter


Yəhudi təqvimi



Partnyorlar

Ulpan Moiz

Международная Ассоциация Израиль-Азербайджан

Şalom Gazetesi | Haftalık Siyasi ve Kültürel Gazete

РИЗВАН ГУСЕЙНОВ

1905.az - Genocide 1905

Архитектурная мастерская Ильгара Алиева

Hasturk

Təqvim

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

Azərbaycan-İsrail Strateji Tərəfdaşlığı!

20-01-2020, 13:59 | Bölüm: Əsas | Baxılıb: 447 | Səhv tapdınız?
İsrail Azərbaycan münasibətləri çox möhkəm strateji tərəfdaşlığa söykənir.Tarix boyü Azərbaycanda yəhudilərin sülh içində yaşaması və Azərbaycanı özlərinə vətən bilməsi bu münasibətlərin inkişafında əsas dayaqlardan biri olmuşdur. Hələ XX əsrin əvvələrində Bakı siyonizmin əsas mərkəzlərindən biri idi. Azərbaycan Demoktratik Cumhuriyyəti zamanında Bakıda Yəhudi Xalq Universiteti fəaliyyət göstərirdi və Azərbaycan milli hökümətində səhiyyə naziri yəhudi əsilli Yevsei Gindes olmuşdur. Bolşeviklərin Azərbaycanı işğalı ilə birlikdə Azərbaycan Demokratik Cumhuriyyətinin müstəqilliyinə son qoyuldu və bütün yəhudi fəaliyyətləri də qadağan olundu.1991-ci ildə Azərbaycan yenidən müstəqillik əldə etdikdə Azərbaycanı ilk tanıyan ölkərdən biridə İsrail oldu. Belə ki, İsrail Azərbaycanı Türkiyə Pakistandan sonra tanıyan üçüncü ölkədir və 1993-cü ilin avqustundan İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir. Lakin Azərbaycanın İslam dünyasına mənsub olması və müəyyən səbəblərdən Azərbaycanın İsraildə səfirliyi yoxdur. Lakin bu münasibətlərin inkişafına mənfi təsir göstərmədi.
İsraildən Azərbaycana ilk rəsmi səfər 1996-cı ildə İsrailin səhiyyə naziri Efraim Snex tərəfindən olmuşdur. 1997-ci ildə İsrailin baş naziri Benyamin Netanyahu Bakıya gəlmişdir. Bununla birlikdə Azərbaycan İsrail münasibətləri yeni bir mərhələyə qədəm qoymuşdur. Prezidentlər arasında görüş isə 2009-cu ildə 28-29 iyun tarixində İsrail prezidenti Simon Peresin Bakıya səfəri zaman baş tutmuşdur. 2009-cu il tarixində isə İsrail Təl-Əvivdə İsrail - Azərbaycan biznes formu baş tutmuşdur. Azərbaycan İsrailin enerji təhlükəsizliyində mühüm rol oynayır belə ki İsrailin neft idxalının 40% yaxınını Azərbaycan təmin edir. Bundan əlavə İsrailin aralıq dənizi sahillərində böyük qaz rezervi kəşf edilmişdir. Bu yataqlara Leviathan və Tamar yataqlarını göstərmək olar. Azərbaycanın Dövlət Neft şirkəti Socar İsrailin Aşdod neft yatağı bölgəsindən 5% pay almışdır.İsraildə azərbaycanın hərbi sənayesinin inkişafında böyük rol oynayır. Buna Pilotsuz uçan aparatların Heronların birgə istehsalı, havadan müdafiə sistemi Dəmir qübbənin (İron dome) alınması və müxtəlif hərbi texnikaların birgə istehsalını göstərmək olar.Stokhlom Beynəlxalq Sülh Araşdırmaları İnstutunun (Stockholm İnternational Peace Research İnstitute) qeydlərinə görə 2015-ci ildən Azərbaycanın ən çox silah aldığı ölkə İsraildir.İndiyə qədər Azərbaycan İsraildən 5 milyard dollar məbləğində müxtəlif silahlar, uçan aparatlar, havadan müdafiə sistemləri və raketlər almışdır.
İsrail Azərbaycanla yalnız hərbi səhədə deyil, kənt təsərüffatı, enerji , turizm və digər sahələrdə də əməkdaşlıq edir.Bu gün İsrailin müsəlman dünyasında ən yaxın mütəffiqi Azərbaycandır. Azərbaycanın haqlı davası olan Qarabağ mövsuzunda İsrail və yəhudi lobbisi Azərabaycanı dəstəkləyir.Bunun bariz nümunəsi kimi İsrail prezidenti Reuven Rivlinin BMT kürsüsündən Xocalını Xolokost kimi soyqırım adlandırmışdır. İsrailin qafqaz bölgəsində siyəsətinin mərkəzi Azərbaycandır. Bunun üçündür ki, İsrailin Ermənistanda səfirliyi fəaliyyət göstərmir. Bu gün Azərbaycan İsrail münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. İsrail Azərbaycan arasında ticarət dövriyyəsi 1992-ci ildə 60-70 min dollar səviyyəsində idisə indi bu dövriyyə 5 milyar dollara yaxındır. Bu münasibətlər durmadan inkişaf edir. İsrail Azərbaycan münasibətlətinin inkişafında Azərbacanda yaşayan yəhudilərin tarix boyu Azərbaycan xalqından və dövlətindən qayğı görməsi mühüm rol oynayır. Yəhudi xalqıda hər zaman azərbaycanı özlərinə vətən bilmişlərdir. Məhz bunun nəticəsidir ki, Azərbaycanın ilk milli qəhrəmanlarından biri Qarabağ savaşında şəhid olan Albert Aqarunovdur. Azərbaycanda Bununla bərabər İsraildə yüz minə yaxın Azərbaycan əsilli yəhudi yaşayır və bu gələcəkdə İsraildə güclü bir azərbaycan diasporu qurulmasında böyük potensiala malikdir. Bunun üçün mütləq Azərbaycanın İsraildə səfirliyinin olmasını zəruri edir.  Azərbaycan İsrail münasibətləri nəinki Cənubi qafqazda gələcəkdə yaxın və orta şərqdə də güclü təsir gücünə malik olacaq.

Ədəbiyyat:

Yerləşdirdi: admin
21 yanvar 2020 02:59
Комментариев: 0
Публикаций: 0

Kenan K Ismayilov

Bravo, Çox yığcam və təfsilatlı. Əla məqalədir Murad, Belə yazıların davamını gözləyirik.

Bravo, Çox yığcam və təfsilatlı. Əla məqalədir Murad, Belə yazıların davamını gözləyirik.