Ana səhifə Əlaqə          בס"ד
Radio Sarı Gəlin
non-stop
Azərbaycan musiqisi







Elanlar

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Webmoney

Hörmətli qonaqlar!
Bizim layihəmiz qeyri komersial və digər reklamlardan istifadə etmir. Buna görə də, biz Sizin maddi köməyinizə ehtiyac duyuruq.
Əgər Sizdə bizim layihəmizə necəsə kömək etmək istək varsa, Sizə minnətdar olardıq. Bütün yığılan vasitələr serverin ödəməsinə xərclənəcək.
Hesabımız:
Z246503364336

Harada ödəmək
(Dünya üzrə ödəmə məntəqələri)

Rəsmi syatlar

Qonaqlar

Flag Counter


Yəhudi təqvimi



Partnyorlar

Ulpan Moiz

Международная Ассоциация Израиль-Азербайджан

Şalom Gazetesi | Haftalık Siyasi ve Kültürel Gazete

РИЗВАН ГУСЕЙНОВ

1905.az - Genocide 1905

Архитектурная мастерская Ильгара Алиева

Hasturk

Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Bar/Bat Mitsva

14-05-2013, 12:18 | Bölüm: Ailə | Baxılıb: 75 | Səhv tapdınız?
Yəhudi qaydalarına görə, hər oğlan, on üç yaşına çatıb , yetkinliyə addım atdığında Bar Mitsva edir. Yəhudi gənc qızların Bat Mitsva yaşı isə on ikidir.
Bu dövr, mənəvi dəyərləri öyrənməyə başladıqları və daha yaxşı bir insan ola bilmək üçün öz məsuliyyətlərini boynuna götürdükləri dövrdür.
Qızlar, yetkinlik dövrlərinə kişilərdən bir yaş əvvəl girərlər çünki, qızların təbiəti baxımında fiziki və emosional yetkinləşmələri kişilərdən əvvəl tamamlanır, yetkinlik xüsusiyyətlərini mənimsəyəcək vəziyyətə gəlirlər.
Bar/Bat Mitsvanin Əhəmiyyəti
Qızlar və kişilər Bar/Bat Mitsva yaşlarına gəldiklərində, həyatlarında da inkişaflarının yeni bir səviyyəsinə girmiş olarlar və olmaq istədikləri şəxsiyyətin xüsusiyyətlərini düşünməyə başlayarlar.
Yetkinlik çağına girən insan, uşaqlığın xəyal dünyasından uzaqlaşaraq, ətrafındakı dünyaya daha həqiqi gözlə baxmağı öyrənər. Bu dövr, mənəviyyatın  və hassaslığının tam olaraq inkişaf etməkdə olduğu, bu səbəbdən gəncin öz hərəkətlərindən məsul sayılan dövrdür.
Yəhudi ənənələrinə görə, bu nöqtədə, istəklərini doğru olanı etməyə istiqamətləndirə bilərlər və təbii meyllərinin öhdəsindən gələrək, öz istəklərini hər şeyin üstündə tutmamağı öyrənirlər.
Bu nöqtədə, gənclər, meyllərini doğru şeylərə doğru istiqamətləndirməyə  başlayırlar.
Daha dərin diqqət yetisək, bədənlərinin inkişaf və yeni bir şəklə doğru çevrildiyi bu dövrdə, şəxsiyyətləri də böyüməkdə və inkişaf etməkdədir. Kabalistik görüş, bizə bir adamın ruhi varlığının müxtəlif səviyyələri olduğunu söyləyər. Neşama adı verilən yeni bir ruh səviyyəsi tam olaraq Bar və ya Bat Mitsva zamanında dövrəyə girir. Bu səviyyə, adamın məntiqli qərarlar verməsini təmin edir.
Niyə Bar/Bat Mitsva sözləri
Bar Mitsva termininin tam tərcüməsi, "əmrin oğlu" və bat mitsva da "əmrin qızı" deməkdir. Bu bizə iki şeyi izah edir:
Bar Mitsva edən oğlan və ya Bat Mitsva edən qız, Tanrıya daha yaxın ola bilmək üçün çalışır-ailəsinə yaxınlaşmağa çalışan qız ya da kişi övlad kimi.
Bunu etmənin ən doğru yolu, Allahın Tora 'da vermiş olduğu əmrlərə (mitsvalara) tabe olmaqdır. Bəlkə də o gün reallaşan ən əhəmiyyətli hadisə, gənc adamın, Tora'da o gündən sonra keçən əmrlərə qaydalara tamamilə məsuliyyət sahibi olmasıdır.
Tefillin taxmaq
Bar Mitsva çağına gəlmiş uşağın etməsi lazım olan ən əhəmiyyətli şey səhər duasında tefillin taxmasıdır.
Sefaradlara görə ilk dəfə tefillin taxmaq Bar Mitsvanın bir parçası olduğundan, ailə böyüyü müdrik birinə gəncə tefillini bağlamada köməkçi olma şərəfi verilir.
Bazar ertəsi və ya Cümə axşamı səhərlər tefillin taxma reallaşar. Bunun məqsədi bu günlərin Tora'nın oxunduğu günlər olmasıdır.Beləliklə Yəhudi gənci iki mitsvotu da (tefillin taxmağı və Tora oxumağı) gərçəkləştirəbilər.Ailə fərdləri yaxın qohum və dostları bu xoşbəxt gündə gənci tək buraxmaz, sevincini bölüşərlər. Arzu edən ailələr bu mərasim sonrasında  yaxınlarını və dostları ilə birlikdə bunu gözəl  bir mərasimlə qeyd edə bilərlər.
Qeyd etmək
Bar və ya Bat Mitsvalar ümumiyyətlə, Bar Mitsva uşağının və ya Bat Mitsva qızının yetkinliyə girişini qeyd məqsədiylə ailənin və yoldaşların qatıldığı xüsusi yeməklərlə qeyd edilir.
Dostlar və qohumlar, Bar / Bat Mitsva uşağının həyatında mənəvilik qazanması  üçün ona cəsarət verirlər.
Yeməyə, ümumiyyətlə yoldaşların və qohumların etdikləri xoş sözlərlə davam edilir. Bu söhbətlər , gəncin Yəhudi bir yetişgin  olaraq yeni rolunu sevinc içində reallaşdırması və həyatına mənəvilik qata bilməsi  üçün təşviq edicidir.
Ayrıca, Bar Mitsva etmiş gənc  on üçüncü ad gününü izləyən Şabat'da, , sinagogda səhər duasında Tora' oxumağa dəvət edilir.


Yerləşdirdi: admin